UNEC-lə Hollandiya universiteti arasında əlaqələr genişləndirilir

30 MART 2016 | VIEWS:
1946

Niderland Krallığının Amsterdam Azad Universitetinin (Vrije University of Amsterdam) xaricdə təhsil proqramının rəhbəri Ramon Ellenbroek Erasmus+ mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Ramon Ellenbroek UNEC-in beynəlxalq əlaqələr departamentin əməkdaşları ilə görüşüb. Görüş zamanı hər iki universitet arasında mövcüd və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib, birgə lahiyə və proqramların işlənib hazırlanması təklif olunub.

Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH qrupları, MBA Departamenti, TKQİM, İKT və innovasiya iqtisadiy­ya­tı şöbəsi ilə tanış olan qonaq UNEC-in infrastrukturundan və tədris prosesinin təşkilindən məmnunluğunu bildirib. Birgə əməkdaşlıq üçün yüksək inkişaf perspektivlərinin olmasını qeyd edib.

UNEC-in “Əlilliyi olan Tələbələr üçün Mərkəzi”nin təşkil etdiyi təlim-seminarda iştirak edən R.Ellenbroek Əlillər Təşkilatları İttifaqının  prezidenti  Davud Rəhimli ilə də görüşüb. Qonaq UNEC-in bu sahədə fəaliyyətini yüksək qiymətləndirərək Amsterdam Azad Universitetinin müvafiq dəstək göstərəcəyini bildirib.

Ramon Ellenbroek UNEC-in professor-müəllim heyəti, gənc alimlər, doktorantları və tələbələri ilə görüşdə Erasmus+ proqramı haqqında məlumat verib və qəbul şərtlərini açıqlayıb.

Qeyd etmək lazımdır ki, Erasmus+ proqramı çərçivəsində UNEC-in Beynəlxalq əlaqələr departamentinin üç əməkdaşı yanvar ayında Amsterdam Azad Universitetində olub. UNEC əməkdaşları Erasmus+ proqramının icra mexanizmi ilə tanış olub, proqramın KA1 və KA2 istiqamətləri üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

1947 1