UNEC Biznes Məktəbinin magistrləri üçün Avropa əmək bazarına çıxış imkanı – HIGHERED – Global Talent Network

25 İYUL 2017 | VIEWS:
3234

hhhUNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanı əldə ediblər.

Bu üstünlüyü onlara UNEC Biznes Məktəbinin tam hüquqlu üzvü olduğu EFMD təşkilatı verib. Belə ki, MBA proqramında təhsil alan magistrlər EFMD-nin “HIGHERED – Global Talent Network” adlı işə düzəlmə şəbəkəsi vasitəsi ilə ölkə hüdudlarından kənarda da əmək bazarına çıxış əldə edə biləcəklər.

Xaricdə çalışmaq istəyən MBA proqramının bilikli və bacarıqlı magistrləri bu qlobal portalına daxil olmaq üçün https://unec.higheredtalent.org/Login ünvanında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün lazım olan unec.edu.az domeynli email ünvanını UNEC Biznes Məktəbinə müraciət etməklə əldə edə bilərsiniz.

Magistrlər portalda qeydiyyatdan keçdikdən həmən sonra Avropa Birliyi ölkələrində və digər qlobal regionlarda iş axtarışına başlaya biləcəklər.

3235 1