UNEC müəllimləri Rusiya İqtisad Universitetində dərs deyəcəklər

17 FEVRAL 2017 | VIEWS:
1020

UNEC-in dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə eynigüclü təhsil xidmətlərinin təqdim etməsi istiqamətində fəaliyyəti, nüfuzlu reytinqlərdə yer tutması, habelə  tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində regionda ilk  dəfə həyata keçirdiyi dayanıqlı islahatları dünyanın nüfuzlu ali təhsil müəssisələrinin diqqətini çəkməkdədir.

Bu mənada rektor, professor Ədalət Muradovun Q.V. Plexanov adına Rusiya İqtisad Universitetinə səfəri zamanı UNEC-in professorlarının Rusiyanın ilk iqtisadyönümlü  universitetində tədris prosesində iştirak etmələri üçün dəvət olunmalarını bu qəbildən hesab etmək olar.

Q.V. Plexanov adına Rusiya İqtisad Universitetinin rektoru, professor Viktor Qrişin UNEC-in  professorlarını universitetə dəvət edərək onlar üçün bütün  şəraitin yaradılacağını qeyd edib. Professorların tədris prosesinə cəlb olunmaları iki universitet arasında əməkdaşlığı daha da gücləndirəcək.

Görüş zamanı Rusiyada distant təhsil üzrə lider universitet olan  Q.V. Plexanov adına Rusiya İqtisad Universiteti ilə birgə proqramların işlənməsi də razılaşdırılıb. Hazırda iki universitet arasında ikili diplom proqramları tamamlanır.

Qeyd edək ki, UNEC ötən ildən başlayaraq ölkədə ilk dəfə olaraq Yunanıstan Respublikasının Qərbi Makedoniya Texnologiya Təhsil İnstitutunda təhsil xidmətləri həyata keçirir.

Anoloji razılaşma Böyük Britanlyanın  Lester Universiteti ilə də əldə olunub.

 

1021 1