UNEC professoru Azərbaycanın MDB təhsil məkanı ilə əməkdaşlığının əhəmiyyətindən bəhs edib

02 MART 2018 | VIEWS:
1342

UNEC-in Rus İqtisad Məktəbinin direktor müavini, professor Elşad Məmmədov Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində “RİA NOVOSTİ” agentliyinin təşkilatçılığı ilə keçirdiyi videokörpüdə ölkəmizi təmsil edib.

Videokörpüdə Bakı, Qazaxıstan, Belarus, Qırğızıstan, Ermənistan ekspertləri və MDB İcraiyyə Komitəsinin nümayəndələrinin iştirakı ilə MDB çərçivəsində iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə edib. Müzakirələrdə fəal çıxış edən E.Məmmədov çıxışında həmçinin Azərbaycanın MDB təhsil məkanı ilə əməkdaşlığının əhəmiyyətindən danışıb. O, UNEC-in Rus İqtisad Məktəbi barədə də MDB-nin aparıcı KİV-lərinə məlumat verib.

Videosüjeti təqdim edirik:

1343 1