UNEC rektoru “ASAN Radio”da

16 NOYABR 2017 | VIEWS:
2112

logo_asanUNEC rektoru, professor Ədalət Muradov “ASAN Radio”nun qonağı olub.

Rektor canlı efirdə UNEC-də həyata keçirilən layihə və yeniliklər barədə danışıb. O, son üç ildə UNEC-in pedaqoji və inzibati heyətinə Avropa, Amerika və Kanadanın nüfuzlu universitetlərindən məzun olan 300-dən çox gəncin cəlb edildiyini bildirib. “Gənc müəllimlər” və “Gənc professorlar” layihəsinin əhəmiyyətindən bəhs edən Ə.Muradov UNEC-də Gənc Müəllimlər Şurasının yaradıldığını diqqətə çatdırıb.

UNEC-in təhsil imkanları və tədrisin keyfiyyəti haqqında məlumat verən rektor bu il universitetə yüksək balla qəbul olan abituriyentlərin sayının ötən illərə nisbətdə xeyli artdığına diqqət çəkərək, ikinci ixtisas qrupu üzrə 700 bal toplayan hər iki abituriyentin UNEC-i seçdiklərini qeyd edib. Rektor müsahibədə Elektron Universitet Modeli, 4 dildə təhsil, Differensial Əməkhaqqı Sistemi və digər yenilikləri dinləyicilərlə bölüşüb.

Verilişin audio yazısını təqdim edirik:

2113 1