UNEC tələbələri kitab sərgisində

31 MART 2017 | VIEWS:
1561

UNEC tələbələri Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında 31 mart  Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan kitab sərgisində iştirak ediblər.

UNEC tələbəsi, “İqtisadçı tələbələrə dəstək” İctimai Birliyinin sədri Səməd Rzazadə tələbələrə 1918-ci ildə Bakı şəhərində və onun ətraf kəndlərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından söz açıb, rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyini, insanların itkin düşdüyü, Qubada aşkar edilən kütləvi məzarlıqda – Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksində müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqlarının müəyyən olunmasının soyqırımın bariz nümunəsi olduğunu bildirib.

Tələbələrin marağına səbəb olan sərgidə həmçinin Azərbaycanın və Ukraynanın ictimai-siyasi xadimi, şair, yazıçı, tarixi araşdırmaçı Xaqani İsmayılın erməni vandalizmindən, işğalçılıq, irqçilik siyasətindən bəhs edən və tarixi faktlara əsaslanan “Erməni məsələsi” və türk-müsəlman soyqırımı” (azərbaycanca, ingiliscə), “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” (ingiliscə, rusca) kitabları təqdim edilib.

1562 1