UNEC tələbələri Şəhidlər Xiyabanına yürüş etdi

06 APREL 2016 | VIEWS:
1467

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH tələbələri ermənilərin son günlər cəbhə xəttində baş verən döyüşlərdə torpaqlarımızı işğaldan azad etmək üçün canından keçən şəhidlərin xatirəsinə həsr olunan yürüş keçirib.

Şəhidlərin ruhuna ehtiramlarını bildirən tələbələr UNEC-dən Şəhidlər Xiyabanına yürüş edərək, Azərbaycan Respublikasının Dövlət Himnini və vətənpərvərliyə səsləyən şüarlar səsləndiriblər. Xiyabanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların müqəddəs ruhuna dualar oxunub.

1468 1