UNEC tələbələrinin əl işləri festivalda

20 NOYABR 2017 | VIEWS:
1491

zaqatala-20171119-WA0002Zaqatala rayonunda ilk dəfə “Fındıq-qoz-şabalıd” adlı beynəlxalq festival keçirilib.

Zaqatala rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan festivalda UNEC-in Zaqatala filialının müəllim və tələbə heyətinin fındıqdan düzəldilmiş əl işləri də nümayiş olunub.

Festivalda respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin təmsilçiləri, təşkilatçı qurumların rəsmiləri, millət vəkilləri də iştirak ediblər. Festival Zaqatalanın kənd təsərrüfatı üçün ənənəvi sahələrdən sayılan fındıqçılığın daha geniş təbliğ edilməsi, o cümlədən rayonunun iqtisadi, mədəni və turizm potensialının nümayiş olunması məqsədilə təşkil edilib.

Fındıqdan hazırlanan asma körpü, tablo, suvenirlər festival iştirakçılarının marağına səbəb olub.

Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir.

1492 1