UNEC tələbəsinin uğuru CBC kanalında

12 YANVAR 2018 | VIEWS:
737

CBC televiziyasının “Xəbərlər” proqramı UNEC-in I kurs tələbəsi Şamxal Hüseynlinin müəllifi olduğu Azərbaycanın ilk milli brauzeri barədə xüsusi süjet hazırlayıb.

Ş.Hüseynli müsahibəsində “Butterfly” adlandırdığı milli brauzer haqqında ətraflı məlumat verib. Bir neçə yerli müsabiqə və beynəlxalq layihədə iştirak edərək, proqramın ona uğur gətirdiyini bildirən Ş.Hüseynli artıq 100 minə yaxın istifadəçisinin olduğu deyib. O, proqramın üstünlüklərindən danışaraq, brauzerdə xoşagəlməz reklamların mobil vasitəni məşğul etməsinin qarşısını ala bildiyini, digər brauzerlərdə isə bunun üçün telefona əlavə qoruyucu proqramların yüklənməsi tələb olunduğunu qeyd edib.

CBC TV-nin Azərbaycan, rus və ingilis dillərində hazırladığı süjeti təqdim edirik:

https://youtu.be/dGYhqf5Izus

https://youtu.be/aiNtHfcjsz4

 

https://youtu.be/ZgyfTfpLg94

738 1