UNEC voleybolçularına diplomlar təqdim olunub

15 MAY 2017 | VIEWS:
2037

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Nərimanov rayonu ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında voleybol (oğlanlar) yarışı keçirilib.

Yarışda Nərimanov rayonu ərazisində yerləşən 6 ali və orta ixtisas təhsil müəssisəsinin (UNEC, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dillər Universiteti (ADU), “Bakı Avrasiya” Universiteti, Bakı Biznes və Kooperasiya Kolleci və Bakı Humanitar Kollecinin) komandası iştirak edib.

UNEC komandası Avrasiya Universiteti və Bakı Humanitar kollecinə 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda ADU komandası ilə mübarizə aparan UNEC voleybolçuları 2:0 hesabı ilə rəqib komandanı məğlub edərək finala çıxıblar.

Final mərhələsində UNEC komandası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının voleybolçuları ilə qarşılaşıb. Gərgin keçən mübarizənin sonunda UNEC  komandası 2:1 hesabı ilə ikinci yerin sahibi olub.

Yarışmanın sonunda mükafatlandırma mərasimi keçirilib. Qalib  komandaların üzvlərinə  medal və diplomlar təqdim edilib.

Qeyd edək ki, komandaya UNEC-in “İdman klubu”nun  baş məşqçisi Vahid Yolçuyev rəhbərlik edib.

 

2038 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser