Yeni layihə: UNEC news

19 OKTYABR 2016 | VIEWS:
2498

Radio UNEC-in efirində “UNEC news” adlı yeni layihəyə start verilir. “UNEC news” UNEC-lə bağlı ən son məlumatları, o cümlədən mətbuatda, universitetin rəsmi saytı olan www.unec.edu.az-da yayımlanan və sosial şəbəkələrdə paylaşılan maraqlı xəbərlərin həftəlik xülasəsini dinləyicilərə çatdıracaq.

Veriliş hər həftənin cümə günü, saat 15-00-da UNEC tələbəsi Firəngiz Quliyevanın təqdimatında efirdə olacaq. Bununla da, Radio UNEC-də həyata keçirilən layihələrin sayı 20 olub.

2499 1