“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri Aslan Əzimzadə

*** Ünvan: Bakı, İstiqlaliyyət küçəsi, 6 (I korpus)
*** Telefon: +(994) 12 497-58-71

*** İnternet səhifəsi: www.sues.az
*** Email: [email protected]   

*

“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İCTİMAİ BİRLİYİNİN xəbərləri UNEC NEWS-da

UNEC tələbələri üçün yeni layihə: “EconomiX” (10.04.2018)
“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin yeni sədri
 (16.02.2018)
“Gənc Bankir Məktəbi-3” layihəsinə start verilib
 (13.11.2017)
UNEC-də “Gənc Bankir Məktəbi- 3” layihəsinə start verilib
 (23.10.2017)
UNEC-də müzakirə: “Gənclər və vətəndaş cəmiyyəti”
 (11.10.2017)
Davos İqtisadi Forumu modeli – UNEC
 (16.05.2017)
SUES ilin ən fəal fakültələrini seçib
 (08.05.2017)
“Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsi tələbələrin müzakirəsində
 (18.01.2017)
“Gənc Bankir Məktəbi” yenidən UNEC-də
 (18.11.2016)
SUES-in Azərbaycan Dövlət Aqrar Universitetində filialı təsis edilib
 (08.11.2016)
UNEC-də “Gənc Bankir Məktəbi-2” layihəsinə start verilir
 (27.10.2016)
“İqtisadçı Expert”in qalibi bəlli oldu
 (24.05.2016)
“UNEC Liga”nın qalibləri bəlli olub (11.05.2016)
UNEC-də elmi seminar: “İqtisadi inkişaf və ali təhsildən gözləntilər” (02.05.2016)
Memorandum imzalanma mərasimi (22.04.2016)
UNEC-də “Beyin həftəsi” keçirildi (18.03.2016)
“Dostluq Kuboku”nun qalibi bəlli oldu (14.03.2016)
“Dostluq Kuboku”nun seçim turu keçirilib (07.03.2016)
Tələbələr memorandum imzalayıb
 (04.03.2016)
UNEC-də “Lingo Gladius” layihəsinin seçim turu keçirilib (02.03.2016)
UNEC-lə ADA universitetinin tələbələri əməkdaşlıq edəcək
 (22.02.2016)

1-DSC_6573IMG_2661DSC_0445 _DSC0436_DSC0401_DSC0428

“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyi qeydiyyatdan keçib (11.02.2016)
“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin saytı yaradılıb
 (09.02.2016)
Qiyabi tələbələr ilk dəfə olaraq “Nə? Harada? Nə zaman?”da yarışdılar
 (28.01.2016)

UNEC “Gənc Bankirlər”ini seçib
 (29.12.2015)
“HR School” layihəsi  (25.12.2015)
Kimsəsizlər evini ziyarət (22.12.2015)
Gömrük Akademiyasının tələbələri ilə görüş (16.12.2015)
“Ağac Əkən Adamlar” layihəsi (14.11.2015)
“Financial Instruments” layihəsi  (30.10.2015)
“UNEC I Tələbə İdman Oyunları” Azərbaycan universitetlərinin tarixində bir ilkdir – MÜSAHİBƏ (19.10.2015)
I UNEC Sinxron İntellektual Çempionatı-Final  (13.10.2015)

IMG_4726 IMG_4725 IMG_4722 IMG_4648 IMG_4596 IMG_4611

8619 2

“İqtisadçi Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İCTİMAİ BİRLİYİ haqqında

“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyi 18 sentyabr 2015-ci il UNEC-in Elmi Şurasının qərarı ilə yaradılmış, 28 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır. İctimai Birliyin Dövlət Gömrük Komitəsinin Akademiyasında, Milli Aviasiya Akademiyasında və Dövlət Aqrar Universitetində filialları təsis edilmişdir. Birlik “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq  Nizamnaməsində müəyyən edilmiş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki şəxsin təşəbbüsü ilə yaradılmış, könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və gəlirini üzvlər arasında bölməyən, daimi əsaslarla fəaliyyət göstərən  ictimai birlikdir. Birliyin həmtəsisçisi və ilk sədri Hidayət Kərimov, daha sonra UNEC-in “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi Əhliman Abbasov olub. Hazırda “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi Aslan Əzimzadədir.

Təşkilat yarandığı gündən ümumilikdə 50-dən çox layihəyə təşkil və tərəfdaşlıq etmişdir. Layihələr içərisində ən çox auditoriyası olanlar: Gənc Bankir Məktəbi (1 və 2), Dostluq Kuboku, HR School, İqtisadçı Ekspert, Gənclərin Karyera Forumu, UNEC LİGA İntellektual Çempionatı olmuşdur. Layihələrdən yararlanan gənclərin sayı 5 mini ötmüşdür. 567 təlim və seminar keçirmiş və Azərbaycanda ilk dəfə olaraq Gənclərin Karyera Forumu-2016 layihəsini uğurla başa vurmuşdur. Ümumilikdə tədbirlərdən yararlanan gənclərin sayı 10 mini keçmişdir.(2016/2017-ci il üzrə HESABAT nəticələri)

BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ 

Birliyin  əsas  məqsədi  iqtisadçı  tələbələrin biliklərinin artırılmasına və onların elmi araşdırmalarına kömək etməkdən ibarətdir.

Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

  • elmin və təhsilin inkişafı, gənclər siyasəti sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;
  • tələbələr arasında əməkdaşlığı və təcrübə mübadiləsini təşviq etmək;
  • iqtisadçı tələbələr arasında yaradıcılığın inkişafına yardım etmək.

Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:

  • elmi araşdırmalar aparır, müxtəlif kuslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir;
  • ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;
  • məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir;
  • Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin edir.

Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz.

“İqtisadçı Tələbələrin Elmi fəaliyyətinə Yardım” İctimai Birliyinin Strukturu:

Birliyin Sədri:
Birliyin icraçı direktoru
Birliyin sədr müavini

*
Ümumi və inzibati işlər departamenti:

-Təlim və tədbirlərin təşkili şöbəsi:
-Layihələrin qəbulu şöbəsi:
-İnformasiya texnologiyaları resurslarına nəzarət şöbəsi:

Marketinq və kommunikasiya departamenti:

-Sosial media hesablarının idarə olunması şöbəsi:
– Reklam və ictimaiyyətlə əlaqələr şöbəsi:

Beynəlxalq əlaqələr departamenti:

Qeyri-Hökumət təşkilatları və təhsil müəssisələri ilə iş üzrə departament:

-QHT-lərlə iş üzrə şöbə:
-Təhsil müəssisələri ilə iş üzrə şöbə

*
İnsan Resursları departamenti:

– Əməkdaşların işə qəbulu şöbəsi
– İnsan resursları fəaliyyətinin planlaşdırılması şöbəsi

*
Hüquq departamenti:

– Protokol şöbəsi

*
İqtisadi araşdırmalar və elmi-tədqiqat departamenti:

-İqtisad yönümlü araşdırmalar şöbəsi
-Qeyri- İqtisad yönümlü araşdırmalar şöbəsi
-UNEC Science Klubu