1927-ci il aprel ayının 10-da Azərbaycanın Zaqatala mahalının Muğanlı kəndində anadan olub.
1936-1943-cü illərdə Muğanlı kənd 7-illik natamam orta məktəbdə təhsil alıb.
1943-1946-cı illərdə Zaqatala Pedaqoji məktəbində orta ixtisas, 1946-1950-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix fakültəsini bitirib. Həmin ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunda aspiranturaya müsabiqədə iştirak edərək qalib gələrək aspiranturaya qəbul olunub.
1950-1952-ci illərdə aspiranturada təhsil alıb. Namizədlik dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi adına layiq görülmüşdür.
1958-1966-cı illərdə Azərbaycan EA Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifələrində işləmişdir. 1966-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində iş fəaliyyətinə başlamışdır. Müxtəlif illərdə müəllim, baş müəllim, dosent və professor vəzifələrində işləmişdir.
İki universitetin – Azərbaycan Dövlət İqtisad Universitetinin və Odlar Yurdu Universitetinin – Elmi Şuraları tərəfindən professor elmi adı verilmişdir.
2017-ci ilə kimi “Humanitar fənlər” kafedrasının dosent-məsləhətçisi, UNEC-in Fəxri professoru olub.
25.12.2017-ci il tarixindən öz təşəbbüsü ilə “Humanitar fənlər” kafedrasının məsləhətçisi vəzifəsindən azad edilmişdir.
75 elmi və publisistik əsərin müəllifidir.
Xaricdə (Moskvada və Tbilisidə) əsərləri nəşr edilmişdir.
*
Görkəmli pedaqoq, alim (09.10.2017)
Ömür döngələri: Məmmədəli Paşayev 90 (02.10.2017)
“Təhsili qoruyun, o sizə şəxsiyyət verəcək!” (21.04.2017)
Məmmədəli Paşayev – 90 (20.04.2017)