Kafedra müdiri: Prof. Hacıyev Şəmsəddin Hümmət oğlu

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
Telefon: +(994)12 564-37-05
e-mail: sh.hajiyev@unec.edu.az 

4921 8

Kafedra haqqında

Məlumdur ki, keçmiş Sovetlər İttifa­qın­da beynəlxalq münasibətlərin müxtəlif istiqamətləri üzrə kadr hazırlığı mərkəzin (yəni Mos­kvanın) inhisarında olmuşdur. Sovetlər Birliyinin dağılması və Azərbaycanın müstəqillik qazanması ilə xarici ölkələrlə sərbəst iqtisadi münasibətlər yaratmaq imkanı əldə edən respublikamız üçün BİM ixtisası üzrə mütəxəssislərə ciddi ehtiyac yarandı. Yaranmış yeni şərait isə beynəlxalq iqtisadi münasibətlər istiqaməti üzrə milli mütəxəssislərin hazırlanması zərurətini meydana çıxardı. Bu məqsədlə, 1991-ci ildə respublikada ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universitetində “Marketinq və ticarət” kafedrası təşkil olundu. Sonralar dövrün tələblərinə, kafedranın profilinə və apardığı elmi istiqamətlərə müvafiq olaraq kafedranın adı təkmilləşdirilərək “Xarici iqtisadi reklam və marketinq”, “Xarici iqtisadi əlaqələr və marketinq”, “BİM və marketinq” və nəhayət 2004-cü ildən etibarən “BİM” adlandırılmışdır. Kafedranın adının bir neçə dəfə dəyişdirilməsi zərurəti, hər şeydən əvvəl, qlobal iqtisadiyyatda baş verən hadisələr və konyuktur dəyişik­lik­lərinə müvafiq olaraq ölkənin xarici iqtisadi siyasətinin formalaşmasına həm nəzəri-metodoloji cəhətdən, həm də praktiki fəaliyyət baxımından yeni konseptual yanaşmaların işlənib hazır­lan­ması, ölkənin qlobal iqtisadiyyatda mövqeyinin möhkəmləndirilməsi, onun regionun geoiqtisadi liderinə çevrilməsi, dünya iqtisadiyyatına inteqrasiyasının genişləndirilməsi və dərinləşdirilməsi ilə əlaqədar olmuşdur. Bu dövrdən başlayaraq kafedra özünün elmi-metodoloji və tədris-pedaqoji fəaliyyətinin əsas istiqamət və hədəflərini müəyyənləşdirdi. Beləliklə, BİM ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətcə yeni mərhələsi başlandı.

İlk vaxtlarda mütəxəssis çatışmazlığı ilə üzləşən kafedra qısa bir vaxtda elmi-pedaqoji kadrların yeni nəslinin yetişdirilməsinə nail oldu. Kafedranın ahəngdar fəaliyyəti üçün nüfuzlu nazirlik, komitə və özəl şirkətlərin, eləjə də xarici iqtisadi əlaqələrlə məşğul olan digər müəssisə və təşkilatların bey­nəlxalq iqtisadçı kadrlara olan tələbatı öyrənildi və tələbə qəbulu planında nəzərə alındı.

Kafedra qısa müddər ərzində Rusiya, Ukrayna, Avstriya, ABŞ, İngiltərə, Hollandiya, Çexiya, Türkiyə və digər ölkələrin aparıcı universitetləri ilə əlaqələr yaradaraq, onların elmi-metodik bazasından istifadə etməklə tamamilə yeni, müasir dövrün tələblərinə cavab verən tədris plan və proqramlarının hazırlanmasına nail oldu.

Kafedra üzrə ilk məzunların buraxılışı 1996-cı ildə olmuşdur (onların sayı cəmi 27 nəfər idi) və bu günə qədər həmin ixtisası 5000-dən çox tələbə bitirərək, iqtisadiyyatımızın müxtəlif sahələrində uğurla çalışırlar. Məzunlardan bir çoxu hazırda ABŞ və Avropa ölkələrinin ən aparıcı universitetlərinin magistratura və doktoranturalarında təhsil almış və ya öz təhsillərini davam etdirirlər, eləcə də dövlət və özəl strukturlarda məsul vəzifələrdə çalışırlar.

Kafedra əməkdaşlarının indiyə qədər 1000 çap vərəqi həcmindən çox monoqrafiya, dərslik, dərs vəsaitləri və elmi məqalələri dərc olunmuşdur. Çap olunmuş əsərlərin coğrafiyası respublika, yaxın və uzaq xarici ölkələri əhatə edir. Kafedra üzvləri müxtəlif səviyyəli konfrans, simpozium, elmi seminarlarda elmi məruzələrlə çıxış etmişlər. Kafedranın bir çox müəllimi ABŞ, İngiltərə, Hollandiya, Rusiya, Türkiyə, Ukrayna və s. ölkələrdə ixtisasartırma kurslarında iştirak etmişlər.

Kafedranın elmi işlər və tədris prosesinin təkmilləşdirilməsi sahəsində fəaliyyətinin ən mühüm istiqəmətlərindən biri də yaxın və uzaq xarici ölkələrin aparıcı ali təhsil müəssisələri ilə elmi əməkdaşlığın inkişaf etdirilməsidir. BİM kafedrası Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, T.Şevçenko adına Kiyev Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutu, Ukrayna Dövlət Ticarət-İqtisad Universiteti, Q.V.Plexanov adına Rusiya Xalq Təsərrüfatı Akademiyası, eləcə də, Türkiyənin və Avropanın bir çox universitetlərinin müvafiq kafedraları ilə sıx əməkdaşlıq edir.

*

Bakalavr pilləsində kafedrada «Beynəlxalq iqtisadi münasibətlər», «Dünya iqtisadiyyatı», «İxtisasa giriş», «Beynəlxalq kommersiya işi», «Beynəlxalq iqtisadi təşkilat­lar», «Azərbaycanın xariji tijarət əlaqələri», «Xarici iqtisadi siyasət», «Ölkəşünaslığın əsasları», «Xarici iqtisadi reklam», «Beynəlxalq marketinq», «Transmilli korp­orasiyalar», «Beynəlxalq nəqliyyat əməliyyatları», «İşgüzar korrespondensiya» və s. fənlər tədris olunur. Magistratura pilləsində isə «BİM-in aktual problemləri», «Azərbaycanın xarici iqtisadi siyasəti», «Beynəlxalq turizm», «Müəssisənin xarici iqtisadi fəaliyyəti», «Beynəlxalq sazişlər və kontraktlar», «Beynəlxalq biznes» və «Beynəlxalq ticarət» fənləri tədris olunur.

*

Professor-müəllim heyəti:

  1. i.e.d., pof. Hacıyev Şəmsəddin Hümmət oğlu (kafedra müdiri) [MM-in üzvü]
  2. i.e.d., prof. Həsənov Rasim Tapdıq oğlu
  3. i.e.d., prof. Bayramov Əvəz İslam oğlu (0,5)
  4. i.e.d., prof. Kasumov Rüfət Məmməd oğlu
  5. i.e.n., dos. Rəhimli Fikrət Əhməd oğlu
  6. i.e.n., dos. Məmmədov Müzəffər Qulu oğlu
  7. i.e.d., dos. İsrafilov Həsən Abid oğlu
  8. i.e.n., dos. Barxudarov Mənsur İsa oğlu (0,5) 
  9. i.e.n., dos. Əsgərova Samirə Tanrıverdi qızı (0,5)
  10. b/m. Kərimova Tahirə Hüseyn qızı
  11. müəl. Mahmudov Hamiz Ramiz oğlu (0,75)
  12. i.f.d. Hacıyeva Çeşmi Şəmsəddin qızı (0,5)
  13. i.f.d. Xəlilov Tural Tapdıq oğlu
  14. müəl. Qafarlı Bənövşə Bəhram qızı (0,5)