Kafedra haqqında

“Beynəlxalq münasibətlər” kafedrası 2005-ci ildə ixtisas kafed­rası kimi fəaliyyətə başlamışdır.

Kafedranın beynəlxalq münasibətlər sisteminin bu və ya digər məsələlərini tədris etməkdə müasir dövrdə dünyanın qabaqcıl universitetlərinin təcrübəsindən istifadə edilməsi, tədrisin müasirləşməsinə yönəldilmiş qabaqcıl texnologiyaların mənimsənilməsi, bir sıra fənlərin, o cümlədən  «Diplomatik yazışma», «Beynəlxalq münasibətlərin regional aspektləri», «Azərbaycan diplomatiyası» və i.a. fənlərinin respublikada ilk dəfə tədrisinin həyata keçirilməsi mümkün olmuş­dur. Kafedranın başlıca vəzifəsi bir tərəfdən bu ixtisas üzrə yüksək səviyyəli mütəxəssislər hazırlamaq və digər tərəfdən müasir Azərbaycan dövlətinin beynəlxalq münasibətlərinin ən aktual mövzuları üzrə elmi tədqiqatlar aparmaqdan ibarətdir. Kafedranın elmi-tədqiqat istiqaməti Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki  yeri, rolu, vəzifələri, imkan və perspek­tivlərinin kompleks şəkildə öyrənilməsinə yönəldilmişdir.

Beynəlxalq münasibətlər, ənənəyə uyğun olaraq, dövlətlər arasında mövcud münasibət və əlaqələrin məsmusu hesab edilir və dövlətlərin xarici siyasi fəaliyyətini təşkil edir. Bu nöqteyi-nəzərdən kafedranın tədqiqatlarında yuxarıda göstərilən kompleks problemin konkretləşməsinə, Azərbaycanın ayrı-ayrı dövlətlərlə siyasi, iqtisadi, mədəni əlaqələrinin araşdırılması, eyni zamanda Azərbaycanın xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsi öz əksini tapır.

Tədris olunan əsas fənlər (Bakalavr)

  • Müasir beynəlxalq münasibətlər
  • Beynəlxalq münasibətlər tarixi-1,2,3,4
  • Asiya və Afrika ölkələri tarixi
  • Müasir beynəlxalq münasibətlər sistemində qloballaşma prosesi
  • Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasları
  • Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü
  • Avropa və Amerika ölkələri tarixi
  • Azərbaycan və xarici ölkələrin siyasi sistemləri
  • Dünya siyasəti
  • Beynəlxalq təşkilatlar
  • Türk xalqlarının tarixi
  • Azərbaycanın xarici siyasəti
  • Müasir beynəlxalq münasibətlərdə enerji diplomatiyası
  • Beynəlxalq münasibətlər nəzəriyyəsi
  • Konfliktologiya
  • İqtisadi diplomatiya
  • Diplomatiyanın əsasları
  • Beynəlxalq münasibətlərin regional aspektləri- 1,2
  • Diplomatik protokol
  • Diplomatik etiket
  • Diplomatik portret
  • Gender problemi
  • Diplomatik yazışma
  • Diplomatik konsul xidməti
  • Müasir siyasi ideologiyalar

*

Tədris olunan əsas fənlər (Magistartura)

  • Beynəlxalq münasibətlərin nəzəri və metodoloji əsasları
  • Beynəlxalq münasibətlər ikinci dünya müharibəsindən sonra Avropa mədəniyyəti və dünya sivilizasiyasına onun təsiri
  • Siyasi fikir tarixi
  • Qeyri-hökumət təşkilatları: Müasir vəziyyəti və inkişaf perspektivləri
  • Azərbaycanın xarici siyasət problemləri
  • Siyasi regionşunaslıq
  • Beynəlxalq humanitar təşkilatlar
  • Dünya siyasətində milli dövlətlərin rolu
  • Müasir dünya siyasətində enerji diplomatiyası