Kafedra müdiri: dosent Hacızalov Yalçın İbrahim oğlu

Ünvan:  Bakı, H.Əliyev küçəsi, 135 (IV korpus)
Telefon: +(994) 12 440-71-59
e-mail: yalchin.hacizalov@unec.edu.az 

 

4826 1

Kafedra haqqında

Xalq təsərrüfatının və onun sahələrinin optimal idarə edilməsini təmin edəcək səmərəli idarəetmə qərarlarının hazırlanması və qəbul edilməsi kimi aktual problemlərin həlli iqtisadi tədqiqatlarda kibernetikanın, riyazi üsulların və hesablama texnikasının son nailiyyətlərindən istifadəni tələb edirdi. Bu tələb yeni elmi istiqamətin – iqtisadi kibernetikanın yaranmasına gətirib çıxardı.

1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda «İqtisadi kibernetika» kafedrası yaradıldı. Yarandığı vaxtdan «İqtisadi kibernetika» kafedrası xalq təsərrüfatının ayrı-ayrı sahə­lərinin optimal idarə olunmasında riyazi üsullardan istifadə isti­qa­mə­tin­də geniş miqyaslı tədris-metodiki və elmi-tədqiqat işləri aparmışdır. «İqtisadi kibernetika» kafedrasının bazasında respub­li­ka­da ilk hesablama mərkəzlərindən biri təşkil olunmuşdur. Hazırda kafedra “Ekonometrika” adlanır.

Göstərilən elmi istiqamətlər üzrə respublikada ilk dərslik və dərs vəsaitləri, metodik göstərişlər, məhz «İqtisadi kibernetika» kafed­ra­sı­nın üzvləri tərəfindən hazırlanmışdır. Bu kitablar təkcə tələbələrin deyil, aspirant və müəllimlərin də elmi biliklərinin formalaşmasında böyük rol oynamışdır.

Kafedra Azərbayjan iqtisadiyyatı üçün «İqtisadi kibernetika» ixtisası üzrə bakalavr və magistr səviyyəsində yüksək nəzəri və peşə hazırlığına malik kadr hazırlığını təmin edir. Kafedranın müdavimləri müxtəlif təyinatlı iqtisadi sistemlərin optimal idarə edilməsi üzrə idarəetmə qərarlarının qəbul edilməsi istiqamətində nəzəri və praktiki biliklərə malik olurlar.

Kafedra tədris prosesinin fənn proqramları, dərslik və dərs vəsaitləri ilə təmin edilməsi istiqamətində bir sıra uğurlu nəticələr əldə etmiş, bütün fənlər üzrə tədris proqramları hazır­lan­mış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir. Kafedrada «Ekonometrika» dərsliyi (2010-cu il, müəlliflər dos. Y.İ.Hacızalov, Y.R.Kərimova, L.N.Hüseynova), «Riyazi proqram­laş­dırma» dərs vəsaiti (2010-cu il, müəllif dos. A.H.Əliyev), «EXCEL paketində iqtisadi-riyazi modellərin həlli» metodik vəsaiti (2007-ci il, müəllif dos. S.Ə.Şabanov) nəşr etdirmişdir.

Kafedra elmi fəaliyyətini bir neçə istiqamətdə həyata keçirir: İqtisadi kibernetika və iqtisadi sistemlərin optimal idarə edilməsi; İqtisadi və sosial sistemlərin fəaliyyətinin iqtisadi-riyazi mo­delləş­di­ril­mə­si; Riyazi proqramlaşdırma və əməliyyatların tədqiqi.

*

Kafedra «Bazar iqtisadiyyatı şəraitində iqtisadi sistemlərin optimal davranış və inkişaf strategiyalarının müəyyən edilməsi» problemi üzrə «İqtisadi və sosial proseslərin model­ləş­di­ril­məsi» mövzusunda dövlət büdcəli elmi-tədqiqat işlərini yerinə ye­tir­mişdir. Kafedra Dövlət sifarişi formasında daxil olmuş «Növ­bəti 5 il ərzində Azərbaycanın rabitə və İKT sahəsinin gəlir­lərinin proqnozlaşdırılması modellərinin yaradılması» mövzusunda problem xarakterli elmi-tədqiqat işini yerinə yetirmiş və hesabatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təhvil vermişdir.

Kafedra üzvləri respublikada və xaricdə nəşr olunan bir sıra elmi curnallarda çoxsaylı məqalələr nəşr etdirmiş, respub­likadaxili və beynəlxalq elmi konfranslarda çıxışlar etmişlər.

*

Professor-müəllim heyəti:

  1.  i.e.n., dos. Hacızalov Yalçın İbrahim (kafedra müdiri)
  2. i.e.d., prof. Həsənov Yədulla Həmdulla (0,5) [İAETİ-nin direktoru]
  3. i.e.d., prof. Sadıqov Şahin Mustafa (0,25) [NK-nin şöbə müdiri]
  4. i.e.n., dos. Əbdürəhmanov Sədi Məhəmməd - UNEC-in Fəxri professoru
  5. i.e.n., dos. Əliyev Alxan Hümbət
  6. f.-r.e.n., dos. Şıxəliyev Natiq Şıxəli
  7. tex.e.n., dos. Şabanov Sərdar Əhmədiyyə
  8. i.e.n., dos. Məmmədov Məmməd İbrahim
  9. i.e.n., b/m. Həsənova Afət Məmmədəli
  10. müəl. Babayeva Gülnarə Ağamusa
  11. müəl. Kərimova Yeganə Rəşid
  12. asst. Hüseynova Leyla Nizaməddin

*  

Məsləhətçi

i.e.n. Mirzəyev Əsəd Məzahim  –  dosent-məsləhətçi