Kafedra müdiri:Prof. Quliyev Tofiq Əvəz oğlu

Ünvan:  Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
Əlaqə tel: +(994) 12 441-65-31
e-mail: tofiq.quliyev@unec.edu.az 


1-DSC_0001 1-DSC_0018 (1) 1-DSC_0017 (2)

UNEC-də “Strateji Yol Xəritəsi” öyrənilir (19.01.2017) 

4537 2

Kafedra haqqında

Kafedra 1966-cı ildən, D.Bünyadzadə adına Azərbaycan Döv­lət Xalq Təsərrüfatı İnstitutu yaradıldığı vaxtdan mövcuddur. İlkin vaxtlar kafedra «Əməyin iqtisadiyyatı», 1975-ci ildən «Əməyin iqtisadiyyatı və sosiologiyası», 1992-ci ildən isə «Əməyin iqtisadiyyatı və təşkili» adı ilə fəaliyyət göstərmişdir. Kafedra yaradıldığı gündən bu günə kimi, yəni 40 ilə yaxın bir müddətdir ki, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor T.Ə.Quliyev ona rəhbərlik edir. Bu adda kafedra respublikada yalnız Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərir.

“Əməyin iqtisadiyyatı və təşkili” kafedrası Gəlirlər və onların tənzimlənməsi problemi üzrə məşğul olur. Burada minimum əməkhaqqı, gəlirlər və əməkhaq­qının dövlət tənzimlənməsi mə­sə­lələri, gəlirlərin tənzimlənməsində, onların düzgün bölüş­dürül­mə­sində rolu, sosial standartlar və həyat səviyyəsi, tənzimlənmədə ver­giyə cəlbetmənin rolu, əhali istehsalının proqnozlaşdırılması, gəlirlər və əha­linin sosial təbəqələşməsi kimi məsələlər tədqiq edilmişdir.

“Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının tədris, elmi-tədqiqat işlərini yüksək səviyyədə yerinə yetirməsi ilə yanaşı, ən böyük vəzifəsi respublikamızın qarşısında duran iqtisadi problemlərin həllində fəal iştirak etməkdən ibarətdir. Kafedra insan resurslarının idarə edilməsi problemi üzrə kompleks elmi-tədqiqat işi aparılmasında, bu problem üzrə keçirilən respub­lika və yaxud beynəlxalq elmi-metodiki konfransların təşkilində fəal iştirak edir.

İxtisaslar:

Bakalavr pilləsində: Əməyin iqtisadiyyatı və sosiologiyası
Magistr pilləsində: Heyətin idarə edilməsi

Tədris olunan əsas fənlər:

  1. Əməyin iqtisadiyyatı və sosiologiyası
  2. Əməyin iqtisadiyyatı və təşkili
  3. Əməyin sosiologiyasının əsasları
  4. İnsan resurslarının idarə edilməsi
  5. Gəlir və əmək haqqı siyasəti
  6. Əməyin iqtisadiyyatının əsasları
  7. Davamlı insan inkişafı
  8. Əməyin normalaşmasının əsasları
  9. Əməyin təşkilinin əsasları