Kafedra müdiri: c.e.n., dos. Mehdiyeva Validə Zülfüqar qızı

Ünvan:  Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
Telefon: +(994) 12 564-16-76
e-mail: valida.mehdiyeva@unec.edu.az 

 

15133738_1191876184193766_1905267919_o 15133836_1191876187527099_226272502_o 15133927_1191876147527103_1389541564_o 15146902_1191876190860432_83692173_o 15153070_1191876150860436_448869293_o

“Təmiz Şəhər”in “Re-Life” layihəsi UNEC-də (29.11.2016)
7-ci Beynəlxalq Ətraf Mühit sərgisində (17.11.2016)
UNEC tələbələri məktəblilərə seminar keçib
 (14.12.2015)

9527 10

Kafedra haqqında

«Ətraf mühitin mühafizəsi və iqtisadiy­yatı» kafedrası 2009-cu ildə iki müstəqil kafedranın – «İqtisadi coğ­ra­fiya və təbiətdən istifadənin iqtisadiyyatı» və  «İstehsal sistemləri və ətraf mühitin mühafizəsi» kafedralarının birləşməsi nəticəsində yaradılmışdır. Bu kafedrada birləşmiş olan keçmiş «İqtisadi coğ­ra­fiya» kafedrası hələ XX əsrin 30-cu illərindən fəaliyyətə başla­mışdır. 1966-cı ildən həm «İqtisadi coğrafiya» həm də «İstehsalın tex­nologiyası» kafedraları müstəqil fəaliyyətdə olmuş, sonrakı vaxt­lar­da hər iki kafedranın adı dəfələrlə dəyişdirilmiş və nəhayət, 2009-cu ildə «Ətraf mühitin mühafizəsi və iqtisadiy­yatı» adı ilə fəaliyyətini davam etdirmişdir.

Müxtəlif vaxtlarda həmin kafedralara dosent K.V.Hüseynova (1966-1970), do­sent A.H.Məmmədov (1971-1975), dosent S.Məcidov (1975-1979), prof.R.H. Məmmədov (1980-2008), dosent C.İbadova (1966-1968), prof. C.M.Mahmudov (1969-1991, 2000-2009), dosent A.Q.Qa­­sımov (1991-2000) rəhbərlik etmişlər.

Kafedrada tədris olunan fənlərə aid ümumi həcmi 75 çap və­rə­qin­dən artıq olan müxtəlif adlarda 6 dərslik, 4 dərs vəsaiti, proqra­m­lar, habelə 250-dən artıq elmi məqalə, o cümlədən 7 adda irihəcmli monoqrafiya nəşr olunmuşdur.

Hazırda kafedrada ətraf mühitin mühafizəsi və təbii eh­ti­yat­lardan səmərəli istifadə olunması ixtisası üzrə mütəxəssis hazır­lanır. Kafedra tərəfindən “Dəniz neft-qaz yataq­larında horizontal quyuların qazılması ilə neft hasilatının artırılması və yaranan şlam və qazma məhlulları ilə ətraf mühitin çirklənməsinin qar­şısının alınması problemləri” istiqamətində elmi-tədqiqat işləri aparıl­mışdır. Təsdiq olunmuş Elmi-tədqiqat proqramına uyğun olaraq hər təqvim ilində nəzərdə tutulan mərhələlər bütün tələblərə uyğun yerinə yetirilir. Hər il elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin nəticələri kafedranın uyğun iclaslarında müzakirə edilərək qəbul edilir. Kafedrada ekoloji kontrast ekskursiyalar, sərbəst işlərin müsabiqəsi və s. həyata keçirilir.

Kafedrada tədris olunan əsas fənlər:

Əhali və sosial ekologiya
Ekоlоgiya
Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi
Ekoloji standartlaşdırma vəsertifikasiya
Geomorfologiyanın əsasları
Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi
Sənaye istehsalının əsasları
Sənaye və məişət tullantılarının təkrar emalı
Təbiətdən istifadənin iqtisadiyyatı
Təbiətdən istifadənin iqtisadiyyatı və proqnozlaşdırma
Torpaqşünaslığın əsasları
Ümumi ekologiya
Ümumi yerşünaslıq
Ekоlоgiya
İstehsalın texnoloji əsasları
Azərbaycanın xüsusi qorunan əraziləri
Materialşünaslığın əsasları
Ekoloji biznesin əsasları