Kafedra müdiri: akad. Abbasov Əli Məmməd oğlu

Ünvan: Bakı, Həsən Əliyev, 135 (II korpus)
Telefon: +(994) 12 564-12-55

infor7630333_n  ulviya7679763_n vekil_infor96_n

UNEC-də “Strateji Yol Xəritəsi” müzakirə edilib (27.01.2017)
İnformatika və idarəetmə fakültəsində elmi seminar keçirilib (29.04.2016)

5881 3

Kafedra haqqında

İlk zamanlar «Dünya iqtisadiyyatında infor­masiya texnologiyaları» adlandırılmış bu kafedra 2002-ci ilin iyul ayından fə­aliyyət göstərir. İlk vaxtlar kafedra «Dünya iqtisadiyyatında infor­masiya texnologiyaları» adlanmış, 2004-cü ilin noyabr ayından «İn­for­masiya iqtisadiyyatı», 2009-cu ildən «İnformasiya iqtisadiyyatı və texnologiyaları» kimi fəaliyyətini davam etdirir.

Kafedranın yaradıcısı və rəhbəri akademik Əli Abbasovdur. Akademik Ə.Abbasov informasiya texnologiyaları üzrə dünya şöhrətli alimdir. Azərbaycanda İnformasiya-Telekommunikasiya elmi məktəbinin yaradıcılarındandır. 2000-2004-cü illərdə universitetimizin rektoru, 2004-2014-cü illərdə Rabitə və Yüksək Texnologiyalar naziri vəzifələrində işləmişdir.

Hal-hazırda kafedrada 050655 – « İnformasiya texnologiyaları» ixtisası üzrə bakalavr və  060509 – «Kompüter elmləri» ixtisası üzrə«İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı» və «İdarəetmənin in­for­masiya texnologiyaları» ixtisaslaşmalarına uyğun magistr hazırlığı həyata keçirilir.

Kafedrada bakalavriat pilləsində ixtisas üzrə 31 fənn, magistratura pilləsində isə 10 fənn tədris olunur. Bunlardan iki fənnin – “İnformasiya iqtisadiyyatı” və “İnformasiya-kommunikasiya texnologiyaları” fənlərinin tədrisi bakalavriat pilləsində universitetin bir sıra iqtisad­yönümlü ixtisasları üçün, digər iki fənnin – “Dünya iqtisadiyyatında informasiya sistemləri” və “Elektron kommersiya” fənlərinin tədrisi isə bəzi iqtisadyönümlü ixtisaslar üçün nəzərdə tutulmuşdur.

Kafedrada cari tədris ilində reallaşdırılması nəzərdə tutulan əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Həm bakalavriat, həm də magistratura pilləsində tədris olunan fənlər üzrə mühazirə, məşğələ və laboratoriya dərsləri yüksək səviyyədə müasir təlim metodlarının tətbiqi ilə aparılır. Kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının, metodik göstərişlərin, dərs vəsaiti və dərsliklərin hazırlanması; elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi – tədqiqat işlərinə cəlb olunması və bu işlərə rəhbərlik edilməsi, Tələbə Elmi Cəmiyyəti ilə sıx ünsiyyətdə olmaqla kafedra tərəfindən tələbələrin elmi-tədqiqat  işlərinə nəzarət və dəstək üçün seçilmiş rəhbərin fəallığının artırılması istiqamətində işlərə xüsusi diqqət yetirilir.

Kafedrada tədris edilən fənn proqramlarının hər bir mövzusu üzrə mühazirə mətnlərinin və təqdimatların, öyrətmə suallarının və testlərin hazırlanmasında kafedra əməkdaşlarının birgə iştirakı həyata keçirilir. Universitet rəhbərliyinin göstərişi ilə kafedra əməkdaşları dərslik, dərs vəsaiti və tədris metodiki ədəbiyyatlara, eləcə də digər iddiaçıların dissertasiya işlərinin müzakirəsini təşkil edib rəyin verilməsi kimi təşəbbüsləri yerinə yetirməyə cəlb olunur.

Kafedrada respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabacıl iş təcrübəsi öyrənilir və təbliğ olunur. Qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi, ixtisas qruplarının istehsalat və digər təcrübələrə göndəriləcək təşkilatlarla əlaqənin yaradılması və möhkəmləndirilməsi nəzərdə tutulur. Yeni fəaliyyətə başlayan gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi məqsədilə kafedra əməkdaşları arasında nümunəvi dərslərin, elmi seminarların və kafedranın istiqamətinə uyğun elm adamları ilə görüşlərin təşkili, elmi biliklərin təbliği və bölüşdürülməsi istiqamətində işlər görülür, kafedranın professor-müəllim heyətinin elmi tədbirlərdə, yerli və beynəlxalq elmi konfranslarda, beynəlxalq mübadilə proqramlarında iştirakı təmin olunur.

*

Kafedranın elektron kitabxanası

İqtisadi informasiyanın işlənməsinin kompüter texnologiyası (2002)
İntellektual informasiya sistemlərində qərar qəbuletmə üsulları(2003)
İnformatika və kompüterləşmənin əsasları (2005)
MS ACCESS (2005)
İnformasiya iqtisadiyyatı (2011)
İdarəetmənin informasiya texnologiyaları (2012)
İnformasiya sistemlərinin riyazi elementləri (2012)
Rəqəmsal iqtisadiyyat  (2014)
İnformatika üzrə qisa mühazirə kursu və praktiki məşğələlər (2015)
Korporativ informasiya sistemləri(2016)

Elektron tədris proqramları 

Elektron metodik göstərişlər

 

Bakalavriat pilləsində tədris olunan fənlər:

İnformasiya texnologiyalarına giriş
İnformasiya texnologiyalarının riyazi elementləri
Hesablama təcrübələri
Rəqəmsal sistemlər
İntellektual texnologiyalar
İnformasiya sistemləri
İnsan-maşın interfeysləri
İnformasiya kommunikasiya texnologiyaları
İnformasiya iqtisadiyyatı
Elektron kommersiya
Bilik iqtisadiyyatı
Rəqəmsal iqtisadiyyat
Biliklərlə idarəetmə
Sistemli analiz və kompüterdə modelləşdirilmə
Dünya iqtisadiyyatında informasiya sistemləri
İnformasiya sistemlərinin layihələndirilməsi
İnformasiya sistemlərinin menecmenti
Kommunikasiya vasitələri
Korporativ informasiya sistemləri
Qərar qəbuletmənin üsul və vasitələri
Yeni informasiya texnologiyaları
Sahəin formasiya texnologiyaları
Müasir iqtisadi modellər
İnformasiya sistemlərinin fəaliyyətinin etibarlılığı
İnformasiya sistemlərinin inteqrasiyası
Elektron idarəetmə texnologiyaları
İqtisadi informasiyanın işlənilməsi texnologiyaları
İnformasiya texnologiyalarının hüquqi  aspektləri
Böyük həcmli verilənlərin intellektual təhlili (Data Mining)
Coğrafi informasiya sistemləri
Dizayn informasiya texnologiyaları

 

Magistratura səviyyəsində tədris olunan fənlər:

Kompüter elminin muasir problemləri
Elmdə və təhsildə kompüter texnologiyaları
Soft computingin əsasları
Mühasibat uçotunda informasiya sistemləri və texnologiyaları
Optimallaşdırmanın riyazi üsulları və koqnitiv iqtisadiyyat
Qərar qəbuletmə nəzəriyyəsi və usulları
İqtisadiyyatda süni intellekt sistemləri və biliklərin idarə edilməsi
Verilənlərin intellektual analizi
Qeyri səlis modelləşdirmə və çoxkriteriyalı optimallaşdırma
Elektron kommersiya və virtual idarəetmə

Professor-müəllim heyəti:

  1. tex.e.d., akad. Abbasov Əli Məmməd (kafedra müdiri)
  2. tex.e.d., prof. Quliyev Rövşən Ağakişi
  3. f.-r.e.n., prof. Kərimov Ədalət Kərim
  4. i.e.n., dos. Bayramov Zakir Zəkəriyyə
  5. tex.e.n., dos. Gülməmmədov Rüfət Həsən
  6. i.e.n., dos. Quliyeva Aidə Aydın (Sabah Mərkəzinin rəhbəri)
  7. f.-r.e.n., dos. Əliyeva Təranə Əbülfəz
  8. i.e.d., dos. Hüseynova Arzu Doğru
  9. f.-r.e.n., dos. Abdullayev Abdulla Xudayat
  10. f.-r.e.n., dos. Məmmədova Arzu İmamverdi
  11. f.-r.e.n., dos. Həsənova Zöhrə Bilal (İKTM-in direktoru)
  12. i.e.n., dos. İbrahimov Vaqif Şahnəzər (Biz.və men.fak.dekan müavini)
  13. b/m. Azadova Məleykə Həsənxan
  14. b/m. İbrahimov Vəkil Həmid
  15. b/m. Xəlilova Ceyran Musa
  16. riy.f.d. Rzayeva Ülviyyə Şahin
  17. b/m. Əzizova Reyhan Səftər
  18. müəl. Əbilova Arzu Sabir
  19. müəl. Əbdüləziz Dilarə Abas
  20. müəl. Mirzəmmədova Könül Babək
  21. müəl. Hüseynova Rəna Şikar