Kafedra müdiri: dosent Bayramov Hafiz Məhərrəm  oğlu

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
Telefon: +(994) 12 564-47-68
e-mail: hafiz.bayramov@unec.edu.az 

IMG_5491 IMG_5522  IMG_5536 IMG_5543 IMG_5550

6804 8

“Made in Azerbaijan”-ın qalibi: “tagWishes.com” – arzuları reallaşdıran layihə (26.04.2016)

FeqanDSC_8654 DSC_8498

Kafedra haqqında

Kafedra 1977-ci ildə «İqtisadi kibernetika» kafedrasının bazasında, onun bəzi ixtisasları hesabına ayrıca bölmə kimi ya­ra­dıl­mış və ondan ayrılaraq müstəqil fəaliyyətə başlamışdır. İlk illərdə fə­aliy­yətdə olan elektron maşınlar iqtisadi infor­masiyanın işlənməsi funksiyasını öz üzərinə götürdüyü üçün yeni yaranmış kafedra «İqtisadi informasiyanın maşınla işlənməsi» adlanırdı.

1984-cü ildə tədris olunan fənlərin xarakterindən asılı olaraq həmin kafedra iki müxtəlif kafedraya bölünür: «Hesablama maşınları və proqramlaşdırma» və «İqtisadi informasiyanın maşınla işlənməsi».

1987-ci ildə AXTİ-nin müstəqilliyinin ləğv olunması və Leninqrad Maliyyə-İqtisad İnstitutunun Filialı kimi fəaliyyət göstərməsi ilə əlaqədar olaraq kafedra 1988-ci ildən 1990-cı ilə qədər «İnfomatika və hesablama maşınları» adlanmışdır. 1990-cı ildən kafedra «İqtisadi informatika və avtomatlaşdırılmış idarəetmə sistemləri» adı ilə öz funksiyalarını yerinə yetirmişdir.

2004-cü ilin noyabrında kafedranın tərkibinə universitetin texniki və texnoloci ixtisasları üçün nəzərdə tutulan analoji kafedranın qatılması ilə yeni, daha səmərəli fəaliyyət göstərəcək «İnformatika» kafedrası yaradıldı.

Kafedranın istiqaməti texnika, iqtisadiyyat və riyaziyyat yö­nüm­lü olduğu üçün kollektivi bu üç sahənin mütəxəs­sis­lə­rindən təşkil olunmuşdur.

Kafedraya müxtəlif illərdə dos. V.M.Bayramov, dos. A.Hüseynov, prof. Y.R.Abdullayev, prof. R.Ə.Balayev rəhbərlik etmişlər. Hazırda kafedraya t.e.n., dos. Hafiz Bayramov rəhbərlik edr.

Yeni informasiya texnologiyalarının, müasir kom­pyu­ter texnikasının və bununla bağlı əlverişli proqram tə­mi­na­tı­nın yaranması kafedranın istiqamətində ciddi dəyişikliklərə səbəb olmuşdur. İnformatika kafedrasında İnformatikanın nəzəri və praktiki prob­lemlərinin həlli, o cümlədən iqtisadi informasiya sistemlərinin yaradıl­ması və istifadəsi, mütərəqqi kompyuter texnologiyalarının tətbiqi istiqa­mətində elmi məktəb formalaşmışdır. Universitetdə tədrisin və elmi-tədqiqatların ən qabaqcıl sisteminin qurulduğu, innovasiya fəal­lığının yüksək səviyyəsinin əldə edildiyi 2005-2010-cu illərdə kafed­ranın pro­fes­sor-müəllim heyəti qeyri-səlis və assosiativ yanaşmaların iqtisadi təd­qiqatlarda informasiya problemlərinin lazımi səviyyədə həllinə imkan verdiyini nəzərə alaraq “Ekspert sistemlərinin qeyri-səlis, assosiativ və proqnozlaşdırma metodlarının iqtisadi tədqi­qat­larda tətbiqi problemləri və informasiya texnologiyaları” istiqamətində elmi-tədqiqat işini uğurla davam etdirir. Kafedranın elmi poten­sialın­dan səmərəli istifadə sayəsində həmin metodların iqtisadi tədqi­qatlarda tətbiqindən informasiya problem­lərinin həlli üçün mühüm elmi və praktiki əhəmiyyətli nəticələr əldə edilmişdir.

Kafedra mövcud olduğu bütün dövrlərdə respublikanın aparıcı hesablama mərkəzləri ilə, son illərdə isə respublika EA-nın «İnfor­masiya və Telekommunikasiya» elmi mərkəzi ilə nəzəri və praktiki əlaqələri genişləndirmişdir.

Tədris olunan fənlərin tələbələr tərəfindən dərindən mənimsənilməsində kafedranın nəzdində fəaliyyət göstərən metodiki tədris laborato­riyasının böyük rolu vardır. Laboratoriyanın təşkil edilməsində əsas məqsəd kafedrada tədris edilən fənlər üzrə laboratoriya işlərinin hazırlanması, labo­ratoriya məşğələlərinin aparılmasında metodik və təcrübi kömək göstərilməsi, kompyuter proqramlarının hazırlanması və tətbiq edil­mə­sindən ibarətdir.

Kafedranın əməkdaşları tərəfindən çoxlu 10 monoqrafiya və 420-dən artıq məqalə çap edilmişdir ki, onların 21-i xaricdə nəşr olunmuşdur.

Kafedra əməkdaşları dövlət büdcəli elmi-tədqiqat işlərini yerinə yetirməklə bərabər, mühüm elmi-praktiki əhəmiyyətli 10-a yaxın layihənin rəhbəri və ya icraçısı olmuşlar. Professor-müəllim heyəti hər il beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda təmsil olunmuşlar. Onların hər biri bu dövrdə iki dəfə müvafiq kurslarda ixtisas səviyyələrini yüksəltmişlər. Bir sıra xarici univer­sitetlərdə çalışmış əməkdaşların təcrübələrindən istifadə edilmişdir.

Əsas nəşrlər:

  • Z.B.Həsənova, K.K.Məmtiyev,H.M.Bayramov. İnformatika üzrə qısa mühazirə kursu və praktiki məşğələlər. Dərs vəsaiti,Bakı 2015.
  • Əlizadə M.N. ,Hacızadə S.M.,Qurbanov B.A., Kompüter qrafikası (mühazirə materialları). Dərs vəsaiti, 2010.
  •  Salmanova M.Ə, Əlizadə M.N.  İnformatika. Dərs vəsaiti.Bakı 2013

*
Kafedranin elektron kitabxanası

ELEKTRON BİZNES 
EXCEL 2013  
İNTELLEKTUAL SISTEMLƏR. Dərslik, 2016
İQTİSADİ İNFORMATİKA-Dərslik, 2016
MS WORD 2013  
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİ. Dərslik
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ, Dərslik, 2016

İNFORMATİKA, Dərslik

*

Tədris olunan fənnlər üzrə proqramlar
İnformatika kafedrası üzrə mühazirələr
İnformatika kafedrası üzrə mühazirələr

İnformatika kafedrası üzrə təqdimatlar
Презентации по интернет технологии – часть 1
Презентации по интернет технологии – часть 3
Презентации по интернет технологии – часть 4
Презентации по Автоматизированная информационная система предприятия – часть1
Презентации по Автоматизированная информационная система предприятия – часть2
Презентации по Автоматизированная информационная система предприятия – часть3
КОНСПЕКТ ЛЕКЦИЙ по дисциплине “АРМ специалиста”
ЛЕКЦИИ

İxtisaslar:

050632     İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

Tədris olunan əsas fənlər:

  • Proqramlaşdırma dilləri və informatika
  • Kompüterin və hesablanma sistemlərinin arxitekturası
  • Müasir proqramlaşdırma dilləri
  • Kompüter şəbəkələri
  • Kompüter sistemlərində informasiya təhlükəsizliyi
  • Multimediya texnologiyaları
  • Sistem proqramlaşdırması və əməliyyat sistemləri 1
  • Verilənlərin strukturu və verilənlər bazası sistemləri 1
  • İnfromasiyanın işlənməsinin kodlaşdırılması
  • Sistem proqramlaşdırması və əməliyyat sistemləri 2
  • Verilənlərin strukturu və verilənlər bazası sistemləri 2
  • İnformasiya sistemlərinin idarəedilməsi
  • İnternet texnologiyaları
  • İqtisadi riyazi üsulların paketləri
  • Tətbiqi proqram paketləri
  • Korporativ informasiya sistemləri
  • Müəssisənin avtomatlaşdırılmış informasiya sistemləri
  • İqtisadi informasiyanın işlənməsi texnologiyası
  • Çoxluqlar və münasibətlər nəzəriyyəsi

*

IMG_6929 IMG_6932 IMG_6936

IMG_6939IMG_6938  IMG_6940

Professor-müəllim heyəti:

  1. tex.e.n. dos. Bayramov Hafiz  Məhərrəm  (kaf. müdiri) 
  2. i.e.n., dos. Hüseynov Eldar Hüseyn
  3. i.e.d., prof. Balayev Rəsul Ənvər
  4. i.e.n., dos. Musayev İsa Kərim (0,5)  
  5. f.-r.e.n., dos.Musayev Musa Nadir  
  6. tex.e.n., dos. Əsgərov Həmdulla Abil
  7. tex.e.n., dos. Əlizadə Mətləb Nuruş
  8. tex.e.n., dos. Mikayılova Rəna Nuru  
  9. f.-r.e.n., dos. Məmtiyev Kamil Kərim
  10. i.e.n., dos. Salmanova Mahilə Əlif  
  11. tex.e.n., dos. Mənsimov Haqverdi İsgəndər 
  12. b/m. Qurbanov Bəşarət Adil
  13. b/m. Mahmudov Akif Bilal
  14. b/m. Rüstəmova Məlahət Əliağa 
  15. b/m. Həsənova Heyran Rəhim
  16. r.f.d., b/m Qasımov Bayram Məmmədəli 
  17. f.-r.e.n., b/m. Fərhadova Gülşən Mövsün
  18. f.-r.e.n., b/m. Abbasova Xatirə Eldar
  19. i.f.d., b/m. Orucova Məlahət Şamil
  20. i.f.d. Abdullayeva Səadət Faiq
  21. i.f.d. Hacızadə Sevda Məmmədcəfər
  22. b/m. Məmmədov Əlövsət Suliddin

 

Məsləhətçi

b/m. Dağkəsəmənli Rəna Yusif   (b/m-məsləhətçi)