Kafedra müdiri: i.e.d., prof. Fərhad Pənah oğlu Rəhmanov

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
Telefon: +(994) 12 564-37-10
e-mail: f.rahmanov@unec.edu.az 

 

4870 4

Kafedra haqqında

«Hüquq» kafedrası kimi 1969-cu ildən fəaliyyətə başlamışdır. 2007-ci ilin fevral ayında «Hüquq» kafedrası və «İqtisadiyyatın dövlət tənzimlənməsi» kafedrasında hazırlığı həyata keçirilən «İqtisa­diyyatın hüquqi tənzimlənməsi» ixtisasının bazasında “İqtisadi hüquq” kafedrası kimi formalaşdırılmışdır.

Kafedranın yaradılması ölkə iqtisadiyyatının yeni iqtisadi münasibətlər sisteminə transformasiya olunması şəraitində, iqtisadi fəaliyyətin qanunvericilik əsaslarının ali təhsil müəssisələrində tədri­sinin zəruriliyindən irəli gəlmişdir.

Kafedrada «Ümumi iqtisadiyyat» istiqamətində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasının bakalavr və magistr pillələri üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Yaradıldığı dövrdən 2012-ci ilə qədər kafedraya rəhbərliyi dosent Sadıqov Kamil Fazil oğlu həyata keçirmişdir. 2012-ci ildən kafedraya professor  Rəhmanov Fərhad Pənah oğlu rəhbərlik edir.

Kafedrasının əməkdaşları tərəfindən kafedrada iki dərs vəsaiti, 5 tədris proqramı, 3 me­to­dik vəsait və 100-dən çox elmi məqalə (o cümlədən xaricdə) nəşr edilmişdir.

Tədris olunan əsas fənlər:

Bakalavr pilləsi üzrə:

1.  Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları
2.  İqtisadi hüquq
3.  Təbiətdən istifadənin hüquqi əsasları
4.  Maliyyə hüququ
5.  Mülki hüquq
6.  Əmək hüququ
7.  İnzibati hüquq
8.  Beynəlxalq hüquq
9.  Beynəlxaq xüsusi hüquq
10. Beynəlxalq umumi huquq
11. İqtisadiyyatın hüquqi tənzimlənməsi
12. Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi
13. İnvestisiya fəaliyyətinin hüquqi tənzitmlənməsi
14. Gömrük hüququ
15. Turizm fəaliyyətinin huquqi tənzimlənməsi
16. Beynəlxalq iqtisadi huquq

Magistr pilləsi üzrə:

1.  İnformasiya huququ
2.  Gömrük hüququ
3.  Bank hüququ
4.  Rəqabət hüququ
5.  Enerji hüququ
6.  Nəqliyyat hüququ