Kafedra müdiri: i.e.d., prof. Babayev Əlican Pirican oğlu

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
Telefon: +(994) 12 564-37-01
E-mail: alican.babayev@unec.edu.az

*

UNEC-də beynəlxalq konfrans: “Siyasi iqtisad: müasir problemlər və perspektivlər” (22.12.2015)

6791 10

Kafedra haqqında

Azərbaycan Dövlət İqtisad Universitetinin (D.Bünyadzadə adına Azər­bay­can Xalq Təsər­rü­fatı İnstitutu) fəaliyyət göstərdiyi 1966-cı ildən İqtisadi nəzə­riy­­yə (Siyasi iqtisad) kafedrası möv­cud­­dur. Hazırki “İqtisadi nəzəriyyə” kafed­rası 1975-ci ildən müstəqil kafedra kimi fəaliyyət göstərir. Həmin il fənnin əhəmiyyətini və iqtisadçı mütəxəssislərin hazırlanması ilə bağlı problemləri nəzərə alaraq “Siyasi iqtisad” kafedrası iki müstəqil kafedraya ayrıldı. Elə o vaxt kafedranın müdiri vəzifəsinə əvəzçiliklə elmi işlər üzrə prorektor, Azərbaycan EA-nın müxbir üzvü, prof. A.Ələsgərov təyin olundu .

1976-1987-ci illərdə kafedraya prof. M.Musayev rəhbərlik etmişdir. 1987-1990-cı illərdə kafedraya prof. Ə.Axundov, 1990-1996-cı illərdə prof. M.Əhmədov rəhbərlik etmişdir. Kafedra 1993-cü ildən İqtisadi nəzəriyyə adlandırılmışdır. 1996-cı ildən indiyədək kafedraya i.e.d., prof. Əlican Pirican oğlu Babayev rəhbərlik edir.

Kafedrada müxtəlif vaxtlarda Azərbaycanda ilk iqtisad elmləri doktoru, Azərbaycan EA-nın müxbir üzvü, prof. Bəhman Axundov, məşhur iqtisadçı alim prof. Həsən Dadaşov, AXTİ-nin rektoru işləmiş (1955-1959) dos. Şamil Əliyev, məşhur iqtisadçı alim prof. Ələsgər Qasımov, elmi nəşrləri və qabaqcıl ideyaları ilə Ümumittifaq səviyyəsində tanınmış prof. Ərəstun Axundov, respublikada iqtisad elminin inkişafında əhəmiyyətli rol oynamış prof. Yusif Məmmədov, prof. Qara Sadıqov, Azərbaycan EA-nın müxbir üzvü, prof. Teymur Vəliyev, Azərbaycan EA-nın müxbir üzvü prof. Ağasəlim Ələsgərov, prof. Məmmədhəsən Sultanov və digər görkəmli alimlər elmi-pedaqoji fəaliyyət göstərmişlər.

Kafedranın professor-müəllim heyəti tərəfindən dərslik və proqramlar hazırlanmışdır. Buraya 45 ç.v. həcmində olan “İqtisadi nəzəriyyə” dərsliyini, “İqtisadi nəzəriyyə kursunun təkmilləşdirilmiş proqramı”nı, yeni tədris fənləri olan “Keçid iqtisadiyyatının nəzəri əsasları”, “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”, “İqtisad elminin yaradıcılıq metodologiyası”, “İqtisad elminin tarixi və metodologiyası”, “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycan və Şərq iqtisadi fikir tarixi” kursları üzrə proqramların nəşrini aid etmək olar. Bununla yanaşı, P.Samuelsonun və V.Nordhauzun “İqtisadiyyat” dərsliyinin əsas iqtisadi anlayışlarının ingilis – Azərbaycan dili izahlı lüğəti hazırlanmış və çap olunmuşdur.

Kafedranın elmi fəaliyyətinin ən mühüm istiqamətlərindən biri də dövlət büdcəli elmi-tədqiqat işlərinin həyata keçirilməsidir. Kafedranın əməkdaşlarının elmi-tədqiqat mövzuları Azərbaycan Respublikasında mövcud olan iqtisadi prosesləri adekvat əks etdirmiş, məntiqi ardıcıllıqla bir-birini tamamlamışdır. 1996-2000-ci illərdə “Keçid dövründə iqtisadiyyatın formalaşması və fəaliyyətinin nəzəri-metodoloji əsasları”, 2001-2005-ci illərdə: “Yeni iqtisadi sistemin formalaşmasının və inkişafının ümumi qanunauyğunluqları və xüsusiy­yətləri”, 2006-2010-cu illərdə: “Müasir iqtisadi nəzəriyyə: qlobal meyillər və milli xüsusiyyətlər” problemləri diqqət mərkəzində olmuşdur. Kafedranın 2011-2013-cü illər üçün elmi-tədqiqat problemi “Müasir bazar təsərrüfatçılığı sisteminin transformasiyası: nəzəriyyə və praktika” mövzusunda müəyyənləşdirilimişdir ki, bu da əvvəlki dövrdə işlənmiş elmi problemlərin məntiqi davamıdır.

*

Hazırda kafedrada bakalavr və magistr təhsili üzrə 11 fənn tədris olunur. “İqtisadi nəzəriyyə”, “İqtisad elminin tədqiqat metodu”, “İqtisad elminin müasir problemləri”, “İqtisad elminin tarixi və metodologiyası”, “Mikroiqtisadiyyat”, “Meqaiqtisadiyyat”, “Keçid iqtisadiyyatının nəzəri əsasları”, “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycan və Şərqin iqtisadi fikir tarixi”, “Xarici ölkələrdə iqtisadi islahatların təcrübəsinin Azər­baycanda istifadə edilməsi”, “İqtisadi kateqoriya və qanunlar sistemi”.

Kafedranın elmi işlərinin mühüm tərkib hissələrindən biri də xarici ölkələrin aparıcı ali məktəblərinin müvafiq kafedraları ilə elmi əməkdaşlığı inkişaf etdirməsidir. İqtisadi nəzəriyyə-1 kafedrası M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisad fakültəsinin “Siyasi iqtisad” və Q.V. Plexanov adına Rusiya İqtisad Akademiyasının “İqtisadi nəzəriyyə” kafedraları ilə birgə elmi əməkdaşlıq edir. İqtisadi nəzəriyyə – 1 kafedrasının professor-müəllim heyəti tərəfindən Rusiya Federasiyası Təhsil Nazirliyinin iqtisad yönümlü ixtisas və istiqamətlər üzrə təhsil alan ali məktəb tələbələri üçün dərslik kimi tövsiyə edilmiş Q.V.Plexanov adına Rusiya İqtisad Akademiyasının “İqtisadi nəzəriyyə” kafedrasının hazırladığı İqtisadi nəzəriyyə. Mikroiqtisadiyyat – 1, 2; İqtisadi nəzəriyyə. Makroiqtisadiyyat – 1, 2 dərslikləri Azərbaycan dilinə tərcümə edilmişdir. İqtisadi nəzəriyyə -1 kafedrasının professor-müəllim heyəti dəfələrlə respublikada və respublikadan kənarda təşkil olunmuş elmi forumlarda məruzələrlə çıxış etmişlər. Dünyanın müxtəlif ölkələrinin nəşrlərində kafedra əməkdaşlarının çoxsaylı məqalələri çap olunmuşdur.

Professor-müəllim heyəti:

i.e.d., prof.Babayev Əlican Pirican  (kafedra müdiri)
i.e.d., prof. Mustafayeva Nazilə Mustafa
i.e.n., dos. Xankişiyev  Xankişi  Səməd
i.e.n., dos. Yusifov Oqtay Yusif
i.e.n., dos. Məmmədov İsa Ismayıl
i.e.n., dos. Quliyev Asiman Aydın (İqtisadiyyat fak. dekanı)
i.e.n., dos. Rüstəmov Çingiz  Adil
i.e.n., dos. Abbasova Samirə Təhməz
i.e.n., dos. Əliyeva Dilşad Ziyad
i.e.n., dos. Seyidov Ziyad Mirəziz
i.e.n., dos. Qurbanova Zümrüd Məmməd
i.e.n., dos. Məmmədov Aydın Bayram
i.e.n., dos. Sultanova Leyla Rəhim
i.e.n., dos. Babayeva Səidə Cəbi
i.f.d., dos. Sərdarova Sevda Yusif
i.f.d., dos. Xankişiyeva Camalə  Xankişi
b/m. Əsgərova Hicran Camal
b/m.  Məmmədova Svetlana Yevgeni
müəl. Vəliyeva Tamilla Qulam
müəl.  Abbasova Sevda İsmayıl

 

Məsləhətçi

Osmanov Bəşir Osman – b/m-məsl., UNEC-nin Fəxri dos.