Kafedra müdiri: Prof. Həsənov Əli Pənah oğluÜnvan: Bakı, M.Muxtarov, 194 (III korpus)
|
UNEC-in yenidən seçilən müəllimləri and içib (18.04.2018)
UNEC-də yeni laboratoriya yaradılacaq (09.04.2018)
Ulu Öndərə həsr olunan konfranslar tələbələrin elmi potensialını inkişaf etdirir (05.05.2017)
UNEC tələbələri müasir istehsal texnologiyaları ilə tanış olublar (23.11.2016)
ADNSU və UNEC tələbələri Azərbaycan gənclərinin müasir problemlərini müzakirə ediblər (19.11.2016)
“Dövlət Bayrağı Günü” UNEC-də qeyd edilib (08.11.2016)
UNEC-də “Sağlamlıq ayı” çərçivəsində tədbir keçirilib (02.11.2016)
UNEC-də Beynəlxalq standartlaşdırma gününə həsr olunan elmi-praktik seminar (18.10.2016)
Əmtəəşünaslıq fakültəsində konfrans: “İstehlak mallarının təhlükəsizliyi” (10.05.2016)
UNEC tələbələri Neft-Kimya Prosesləri İnstitutunun laboratoriyalarından istifadə edə biləcəklər (17.12.2015)
“İstehlak mallarının ekspertizası” kafedrası 2015-ci ilin sentyabrında iki kafedranın – “Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası” və “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedralarının birləşməsi nəticəsində yaranmışdır. Hazırda kafedraya prof. Əli Həsənov rəhbərlik edir.
“Ərzaq malları əmtəəşünaslığı və ekspertizası”. 1967-ci ildə “Əmtəəşünaslıq” kafedrasından ayrılmışdır. Bu sahə üzrə mütəxəssislərin hazırlanmasına hələ 30-cu illərdən başlanılmışdır.
Kafedraya müxtəlif vaxtlarda dos. Nazim Mustafayev (1967-1973), dos. Aliya Karaşarlı (1973-1983), dos. Əhməd-Cabir Əhmədov (1983-1984; 1989-2001), prof. Aliya Karaşarlı (1984-1989), dos. S.H.İsfəndiyarov (2001-2005), dos. Ə-C. Əhmədov (2005-2015) rəhbərlik etmişlər.
Uzun müddət “Ərzaq mallarının əmtəəşünaslığı” kimi fəaliyyətdə olan kafedranın adı daha sonralar dəyişdirilərək, “Ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası” kimi öz missiyasını yeni şəraitdə davam etdirmişdir.
Kafedranın əməkdaşları Moskva, Kiyev, Odessa, Mogilyov, Xarkov, Tbilisi, Alma-Ata şəhərlərində keçirilən konfranslarda elmi məruzələrlə çıxış etmişlər. Kafedra əməkdaşlarından 7 nəfəri müəlliflik şəhadətnaməsi almış, 4 texnoloji təlimat hazırlamış və 4 yeni məhsulun istehsalını istehsalata tətbiq etmişlər.
Hazırda kafedrada iki ixtisas üzrə mütəxəssis hazırlanır:
*
Kafedranın nəzdində bir sıra laboratoriyalar fəaliyyət göstərir:
1.Bitki mənşəli ərzaq malları əmtəəşünaslığı laboratoriyası;
2.Heyvan mənşəli ərzaq malları əmtəəşünaslığı laboratoriyası;
3.Ərzaq malları əmtəəşünaslığı muzey-kabineti;
4.Magistrlər üçün laboratoriya-kabinet.
Kafedra “Azərsun” şirkətinin iki müəssisəsində (“Bakı yağ və qida sənaye ATSC” və “Qafqaz Konserv Zavodu”) istehsal edilən ərzaq məhsullarının keyfiyyətinin və ekoloji təmizliyinin ekspertizası üzrə dövlət büdcəli elmi-tədqiqat işi aparır. Eyni zamanda tələbələr “SUN TEA AZERBAYCAN” ASC-də əmtəəşünaslıq-texnoloji təcrübə keçirlər. Kafedra istehsalatla daim əlaqə saxlayır. İstehsalatla əlaqədar olaraq elmi-tədqiqat işləri aparılır.
Kafedrada “Azərbaycanda əhaliyə təklif edilən ərzaq mallarının istehlak dəyərinin yüksəldilməsi yolları” probleminə həsr olunmuş “Azərbaycanda istehsal olunan meyvə-tərəvəz konservlərinin, yeyinti yağlarının, dən-un məhsullarının və balıq məhsullarının istehlak xassələrinin öyrənilməsi” mövzusunda elmi-tədqiqat işləri yerinə yetirilmişdir.
Tədris olunan əsas fənlər:
1. Ərzaq malları əmtəəşünaslığının nəzəri əsasları.
2. Taxıl –un və qənnadı mallarının əmtəəşünaslığı və ekspertizası.
3. Meyvə-tərəvəz və tamlı mallarının əmtəəşünaslığı və ekspertizası.
4. Yeyinti yağları süd və süd məhsullarının əmtəəşünaslığı və ekspertizası.
5. Ət və balıq məhsullarının əmtəəşünaslığı və ekspertizası.
6. Yeyinti məhsullarının soyuduculuq texnologiyası.
7. Yeyinti məhsullarının ümumi texnologiyası.
8. Ərzaq xammalının əmtəəşünaslığı və anatomiyası.
9. Ərzaq mallarının kriminal ekspertizası.
10. İstehlak (ərzaq) mallarının eyniləşdirilməsi və saxtalaşdırılması.
11. İstehlak (ərzaq) mallarının kodlaşdırılması.
12. Ərzaq malları əmtəəşünaslığı və ekspertizası – ümumi kurs (Digər ixtisaslarda tədris olunur).
13. Əmtəəşünaslığın əsasları – Kommersiya fakultəsində tədris olunur.
14. Kommersiya əmtəəşünaslığı – Kommersiya fakultəsində tədris olunur.
“Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası”. Kafedra “Əmtəəşünaslıq” kafedrasının bazasında, onun iki yerə ayrılması ilə 1967-ci ildən fəaliyyət göstərir. 1967-1976-cı illərdə kafedraya görkəmli Azərbaycan əmtəəşünas-alimi, dosent Soltan Salmanov rəhbərlik etmişdir. Kafedraya 1976-1985-ci illərdə t.e.n., dosent Cavanşir Vəliməmmədov, 1985-1992-ci illərdə prof. Əli Pənah oğlu Həsənov, 1992-1994-cü illərdə dos. Nurəddin Həsənov, 1994-2008-ci illərdə tex.e.n., dos. C.M.Vəliməmmədov, 2008-2014-cü illərdə tex.e.n., dos. S.İ.Abdullayeva rəhbərlik etmişlər.
2009-cu ildə Nazirlər Kabinetinin təsdiq etdiyi yeni ixtisas istiqamətinə əsasən kafedra “İstehlak mallarının ekspertizası” kafedrası ilə birləşərək “Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası” adlandırılmışdır.
Kafedrada 2 ixtisas üzrə: “Qeyri-ərzaq malları əmtəəşünaslığı” və “İstehlak mallarının keyfiyyət ekspertizası” ixtisasları üzrə bakalavr və magistr hazırlığı həyata keçirilir.
“Qeyri-ərzaq malları əmtəəşünaslığı” ixtisası üzrə bakalavr pilləsində 11 fənn, “İstehlak mallarının keyfiyyət ekspertizası” ixtisası üzrə isə 12 fənn tədris olunur. Hər iki ixtisas üzrə magistr hazırlanır. Magistratura pilləsində kafedrada 6 fənn tədris edilir.
*
Kafedranın nəzdində fəaliyyət göstərən tədris laboratoriyalarında mövcud olan cihaz, avadanlıqlar, həmçinin əyani vəsaitlər tədris planında nəzərdə tutulmuş mühazirə və laboratoriya məşğələlərinin qənaətbəxş səviyyədə keçirilməsinə imkan verir.
Tədrisin keyfiyyətini yüksəltmək məqsədilə kafedranın əməkdaşları tərəfindən onlarla dərslik, dərs vəsaitləri, proqram, metodik göstərişlər hazırlanmış və nəşr edilmişdir.
Kafedranın professor-müəllim heyəti ixtisas kurslarının tələbələrini elmi işlərə cəlb edirlər. Hər il 18-20 tələbə elmi işlərin aparılmasında iştirak edir və öz məruzələrinin tezislərini konfransların materiallarında çap etdirirlər. Bu tələbələrin əksəriyyəti öz təhsillərini sonradan magistraturada davam etdirir.
Kafedra aşağıdakı təşkilat və müəssisələrlə sıx əməkdaşlıq edir:
Bu təşkilatlarda tələbələr istehsalat təcrübəsi keçir, buraxılış işləri üzrə materiallar toplayır, nəzəri biliklərini təcrübə ilə birləşdirirlər. Onların aparıcı mütəxəssisləri istehsalat tərəfindən bizim təcrübəyə göndərdiyimiz tələbələrə rəhbərliyi həyata keçirirlər.
Kafedra Müstəqil Dövlətlər Birliyinin bir sıra ali məktəbləri ilə sıx əlaqələr yaratmışdır. Onlardan Q.V.Plexanov adına Moskva İqtisadiyyat Akademiyası, Moskva Kooperativ Universiteti, Moskva Toxuculuq Universiteti, Tbilisi və Kutaisi Dövlət Universitetlərini göstərmək olar.
*