Kafedra haqqında

UNEC-in Elmi Şurasının 16 sentyabr 2022-ci il tarixli  qərarı ilə “Maliyyə və maliyyə institutlari” kafedrasi ilə “Muhasibat uçotu və audit  ” kafedrası  birləşdirilərək   “Maliyyə və audit” kafedrası yaradilmişdir.

Bir necə il öncə Universitetdə tədrisin səmərəli idarə edilməsi və təşkili məqsədilə Azərbaycan Dövlət  İqtisad Universitetinin Elmi Şurasının 25.12.2015-ci il tarixli iclasının qərarına əsasən “Maliyyə”, “Bank işi”,  “Vergi və vergiqoyma” kafedraları 03.02.2016-cı il tarixdən ləğv edilmiş və həmin kafedraların bazasında  “Maliyyə və maliyyə institutları” kafedrası yaradılmışdır.

Kafedranın rəhbəri Azərbaycanın eks-maliyyə naziri, tanınmış ictimai-siyasi və dövlət xadimi və əməkdar müəllim olan iqtisad elmləri doktoru, professor Əvəz Əkbər oğlu Ələkbərovdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinin  əsas ixtsas  “Maliyyə və  audit” kafedrası özündə böyük elmi potensialı cəmləndirir. Hal-hazırda kafedrada  iqtisad elmləri uzrə 10 elmlər doktoru, 29 elmlər namizədi, 8 baş müəllim və 4 müəllim çalışır.

Daha keyfiyyətli elmi kadr potensialının formalaşdırılması üçün kafedrada təhsilin doktorantura pilləsində əyani və qiyabi təhsil formasında iqtisad uzrə  7 elmlər doktoru, 43 fəlsəfə doktoru proqramları üzrə doktorant və dissertant fəaliyyət göstərir.

Kafedrada   5301.01 – “Daxili fiskal siyasət və dövlət maliyyəsi”  və 5303.01“Mühasibat uçotu və audit” ixtisasları fəlsəfə doktoru və  elmlər doktoru dissertasiyalarının aktual mövzular üzrə hazırlanmasına elmi rəhbərlik təmin  edilməklə onların vaxtında və keyfiyyətli müdafiə olunmasına yuksək  elmi şərait yaradılır. Son dövrlərdə müdafiə olunan dissertasiyalar, əsasən “Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı olan elmi mövzulara həsr edilmişdir.  Doktorant və dissertantlar vaxtlı-vaxtında illik attestasiyadan keçərək, kafedranın professor-müəllim heyətin qarşısında hesabat verirlər. Azərbaycan Respublikasi Prezidenti yaninda Ali Attestasiya Komisiyasinin əmri ilə kafedranin professorlari 5301.01 – “Daxili fiskal siyasət və dövlət maliyyəsi ” ixtisasi uzrə UNEC nəzdində yaradilmiş ixtisaslaşdirilmiş mudafiə şurasinin uzvləri təyin edilmişlər.

Kafedra eyni zamanda təhsilin magistratura səviyyəsində də  magistrantlara elmi mövzuların seçilməsində, onlara elmi rəhbərlik edilməsində öz xidmətlərini tam və dolğun şəkildə reallaşdırır.Azərbaycan Respublikasi  Elm və Təhsil Nazirinin əmri ilə ali təhsilin magistratura səviyyəsində  060403 “Maliyyə” ixtisası üzrə “Bank işi”, “Maliyyə menecmenti”, “Maliyyə bazarları”, “Vergi və vergiqoyma”, “Sığorta işinin təşkili”, “Maliyyə nəzarəti və audit”  ixtisaslaşmalarında  keçirilən   magistr dissertasiya işlərinin müdafiəsində  hər il kafedranin professor və dosentləri iştirak edirlər.

Kafedranın nəzdində fəaliyyət göstərən  «Maliyyə» laboratoriyası  kafedranin  elmi-nəzəri potensialının praktika  ilə əlaqələndirilməsi işini uğurla həyata keçirir.

«Maliyyə və audit» kafedrasında Azərbaycan Respublikasi Nazirlər Kabinetini 11 fevral 2019-cu il tarixli 45 sayli qərari ilə təsdiq edilmiş ali  təhsilin bakalavriat səviyyəsində 050406 Maliyyə və 050409 Muhasibat ixtisaslari uzrə iqtisad mutəxəssislər hazirlanir.

İxtisaslar üzrə kafedrada tədris olunan fənlər:

MALİYYƏ ixtisasi uzrə

1.Korporativ maliyyə

2.Maliyyə bazarları

3.Davranış maliyyəsi

4.Maliyyə risklərinin idarəedilməsi

5.Dövlət maliyyəsi

6.İnvestisiyanin idarəedilməsi

7.Vergitutma

8.Maliyyə menecmenti

9.Bank işi

10.Opsiyonlar və fyuçerslər

11.Sabit gəlirli qiymətli kagizlar və törəmə maliyyə alətləri

12.Sahibkarliq maliyyəsi və vençur kapitali

13.Budcə sistemi

14.Sığorta

15.Dövlətin gəlir və xərclərinin idarə edilməsi

16.Büdcə və xəzinə uçotu

17.Şirkət birləşmələri, satınalmalar və özəl kapital

MUHASİBAT ixtisasi uzrə

    1. Maliyyə uçotu
    2. İdarəetmə uçotu
    3. Maliyyə hesabatlılığı
    4. Xərclərin idarə olunması
    5. Risk və nəzarət
    6. Mühasibat uçotunun proqram təminatı
    7. Xarici iqtisadi fəaliyyətin uçotu
    8. Audit
    9. Maliyyə təhlili
    10. İdarəetmə təhlili
    11. Vergi hesabatlılığı
    12. Fəaliyyətin effektiv idarə edilməsi
    13. Vergi auditi
    14. Maliyyə hesabatlarının təhlili
    15. Maliyyə hesabatı

*
Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində kafedrada bir çox tədbirlər həyata keçirilir: professor-müəllim heyətinin açıq dərsləri təşkil edilir, gənc müəllimlərin təcrübə toplaması üçün onların kafedranın təcrübəli, qabaqcıl müəllimlərinin dərslərində iştirak etmələrinə şərait yaradılır.Strukturda keyfiyyətin və şəffaflığın təmin edilməsi məqsədilə “Maliyyə və audit” kafedrasında təcrübəli müəllimlərdən ibarət xüsusi nəzatət komissiyası yaradılmışdır. Komissiya üzvləri gənc kadrların dərslərinə nəzarət və təcrübələrinin artırılması məqsədilə onların dərslərində iştirak edir, tədris prosesində buraxılan nöqsanların aradan qaldırılması üçün həmin müəllimlərə dəyərli məslə­hətlər verirlər.«Maliyyə və audit» kafedrasında  büdcə təyinatlı elmi-tədqiqat işləri ilə yanaşı həm də podrat müqavilə əsasında  təsərrüfat hesablı elmi tədqiqat işi yerinə yetirərək sifarişçi təşkilatlara təhvil verilir.Kafedra tərəfindən “Azərbaycan Respublikasının Təkrarsığorta” şirkəti ilə “Milli iqtisadiyyatın şahələndirilməsi prosesinin tənzimlənməsində sığorta bazarının resurs potensialının artırılması prioritetləri”, “Azəravtoyolservis” şirkəti ilə “Avtomobil yollarının saxlanılması və inkişafına yönəldilən investisiyaların idarəedilməsi”, “Xalq Bank” ASC ilə “Əmanətlərin sığortalanması işinin təkmilləşdirilməsi” və “Kredit portfelnin diversifikasiyasının müasir istiqamətləri” mövzuları üzrə müqavilələr bağlanmışdir.

Həmin layihələrin nəticələrinə görə müvafiq qrantlar alınmış, onun bir hissəsi vergi və sosial sığortaya köçürüldükən  sonra Universitetin carı işlərinə və əməkdaşların mükafatlandırılmasına yönəldilmişdir.

Son illərdə kafedranın əməkdaşları tərəfindən Maliyyə ixtisasi üzrə dərslik, dərs vəsaiti, monoqrafiya, metodiki göstəriş, mə­qa­lə, tezis, kitabça və tərcümə işləri çap edilmişdir. Nəşr olun­muş əsərlər içərisində «Vergi nəzarəti», «Maliyyə», “Dövlət və bələdiyyə maliyyəsinin problemləri”, «Korporativ maliyyə»,«Beynəlxalq maliyyə, kredit və valyuta münasibətləri», “Sığorta fəaliyyətinin əsasları”, “Maliyyənin əsasları”, “Pul və banklar”, “Sığorta işi”, “Sığortanın əsasları” və s. dərslik və dərs vəsaitlərini göstərmək olar.

*

Professor müəllim heyəti tərəfindən Müha­sibat  ix­ti­sa­sı üzrə hazırlanan tədris-metodik vəsaitlərin  böyuk əhəmiyyəti vardir. 2010-cu ildə hazırladığı və beynəlxalq qriflə dərc olunan «Beynəlxalq və milli uçot terminlərinin izahlı lüğəti» adlı kitabı, “Maliyyə hesabatı” dərsliyi (2018), «Mü­hasibat uçotunun nəzəriyyəsi» adlı dərsliyi (2009-cu il), «Mühasibat uçotu və audit» adlı dərsliyi (2008-ci il), “Audit” dərsliyi, “Audit” dərsliyi (2019),  “İdarəetmə təhlili” dərsliyi (2018), “Maliyyə hesabatının beynəlxalq standartları” fənninin tədris proqramı  adlı tədris-metodiki vəsaiti xüsusilə qeyd edilməlidir.Kafedra əməkdaşları tərəfindən son illərdə hazırlanılan monoq­rafiyalar aşağıdakı­lardır: Maliyyə hesabatı: formalaşması və təkmil­ləşdirilməsi problemləri, 2003-cü il, 16,0 ç.v.; Beynəlxalq və Milli uçot terminlərinin izahlı lüğəti, 2010-cu il, 16,0 ç.v.; Neft və qazma sənayesində idarəetmə uçotu və təhlilin problemləri, 2008-ci il, 17,3 ç.v.; İdarəetmə uçotunun təşkili prinsipləri, 2009-cu il, 18,0 ç.v. «Дивидендная политика: вопросы оптимизации» Актуальные вопросы финансовой политики и развития денежно-кредитной системы, 2018-ci il, və s. İngilis alimləri D.Aleksanderin, Anne Brit­tonun və başqalarının yazdıqları «Международные стан­дар­ты фина­н­­совой отчетности» adlı monoqrafiya tərəfindən tərcümə olunmuş və ən yüksək poliqrafik üslubda 2009-cu ildə dərc edilmişdir. Bu kitab Maliyyə Hesabatlarının Bey­nəl­xalq Standartlarının konseptual əsasları istiqamətində respublika miqyasında işıq üzü görən ən sanballı əsərdir.

İstehsalat təcrübəsinə rəhbərlik etmək üçün  sahəüzrəən təcrübəli müəllimlə seçilir. İstehsalat təcrübəsi keçən tələbələrlə geniş izahat işi aparılır, istehsalat təcrübəsində səmərəli istifadə etmək yolları müəyyən olunur. Bundan başqa vaxtaşırı istehsalat təcrübəsi obyektlərində olan müəllimlər gündəlik öyrənilən təcrübə ilə bağlı gündəliyin tərtib olunmasında, hesabatların yazılmasında, sənədlərdən istifadə qaydalarını tələbələrə dərindən öyrədilməsində bilavasitə iştirak edirlər. Təcrübə rəhbərləri xüsusi qrafik üzrə işləyir və kafedrada həmin qrafikə riayət edilməsinə ciddi nəzarət aparılır. Bütün tələbələr istehsalat təcrübələrinin keçirilməsinə dair Əsasnamə ilə tanış edilirlər.

Kafedrada tələbələrin arzusu ilə istehsalat təcrübəsinin xarıcı dövlətlərin banklarında:  Sankt Peterburq Xarici Ticarət Banki , Polotsk Kommersiya Bankinda  keçirilməsinə şərait yaradilir.Tələbə Elmi Dərnəyinin fəaliyyəti hər zaman kafedra rəhbərliyinin diqqət mərkəzindədir. Tələbələrə mövzuların seçilməsində və elmi rəhbərlə daimi təmasin olmasina  dəstək verilir

Kafedranın əməkdaşları Universitetin ictimai siyasi həyatında aktiv iştirak edirlər, belə ki, kafedranın müdiri i.e.d., prof. Ə.Ə.Ələkbərov “Professorlar Klubu”nun Rəyasət Heyətinin sədridir. Beynəlxalq konfranslarda, elmi sipoziumlarda, ictimai-siyasi tədbirlərdə kollektiv daim öz aktivliyi ilə seçilir. Professional baxımdan İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Kapital Bank,Beynəlxalq Bank, Sahibkarlar (İşə götürənlər) Təşkilatları Milli Konfederasiyası və digər qurumlarla daim işgüzar əlaqələr qurur, “Vergi Olimpiadası” və treninq xarakterli çox saylı birgə elmi-praktiki tədbilər həyata keçirir.

“Maliyyə və audit” kafedrasınin əməkdaşlari  öz fəaliyyətlərini daha da genişləndirmək uçun perspektiv planlar hazirlayirlar:

  • Tədrisin keyfiyyətinin və şəffaflığının yüksəldilməsi üçün tələbə-müəllim münasibətlərinin müasir dövrün tələbləri səviyyəsində təşkil etmək;
  • Əməkdaşların peşəkarlıq və elmi səviyyələrinin daim yüksəldilməsi istiqamətində işlər aparmaq ;
  • Beynəlxalq indeksli jurnallarda məqalələrin dərc olunması;
  • Beynəlxalq və respublika əhəmiyyətli elmi-praktiki tədbirlərdə fəal iştirak etmək;
  • Yeni dərsliklər və dərs vəsaitlərinin hazırlanması və tərcümə edilməsi;

Kafedranın əməkdaşları kafedra qarşısında qoyulmuş vəzifələrin vaxtında və tələb olunan standartlara uyğun yerinə yetirilməsi və elmi –pedoqoji fəaliyyətlərində bundan sonra da daha yüksək nəticələr əldə etmək məqsədilə səylə çalışacaqlar.Kafedranin professorlari xarici ölkələrin universitetlərində dövri olaraq  muhazirə dərsləri apararaq azərbaycan iqtisad elmini dunya təhsil sisteminə təqdim edirlər.

“Maliyyə və audit” kafedrasının əməkdaşları Universitetdəki səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə müxtəlif səviyyəli mükafatlara və təltiflərə layiq görülmüşlər.Kafedranın əsas məqsədi, müxtəlif səviyyəli strategiyaların for­malaşması və həyata keçirilməsi sahəsində, eləcə də ölkənin, region­ların və müəssisələrin sabit sosial inkişafı üçün zəruri mexa­nizmlərin hazırlanması və texnologiyaların həyata keçirilməsi pro­sesində müvafiq biliklərə və bu bilikləri effektiv surətdə tətbiq etmək bacarığına malik olan müasir təhlilçi və auditorların hazırlanması, Azərbaycan cəmiyyətinin bu istiqamətdə artan tələbatının təmin edilməsindən ibarətdir.

maliyyab4284e95adf7353370DSC_6049DSC_6062DSC_6060

Professor-müəllim heyəti:

MALİYYƏ ixtisasi üzrə

  1. i.e.d., prof. Ələkbərov Əvəz Əkbər (kafedra müdiri) (0.5)
  2. i.e.d., prof. Sadıqov Elnur Məhəmməd
  3. i.e.d., prof. Həsənli Mirələm Xası
  4. i.e.d., prof. Xudiyev Nizami Nəcəfqulu
  5. i.e.d., prof. Bağırov Mübariz Məmməhüseyn
  6. i.e.d., prof. Məmmədov Zahid Fərrux (0,5) (EFTIED direktoru)
  7. i.e.n., dos. Qurbanova Tünzalə Tofiq (İxtisas rəhbəri)
  8. i.e.n., dos. İbrahimov Zöhrab Həsən
  9. i.e.n., dos. Qarayev Azər İslam (0.5) (Maliyyə və Mühasibat fak. dekan müavini)
  10. i.e.n., dos. Kaşıyeva Flora Şamil
  11. i.f.d., dos. Paşayev Zöhrab Şahin
  12. i.e.n., dos. Mehdiyeva Leyla Tofiq
  13. i.e.n., dos. Qurbanov Bayraməli Şükür
  14. i.e.n. dos. Məmmədova Gülsüm Mirdamət
  15. i.f.d. dos. Məmmədova Gültəkin Qabil
  16. i.f.d.,dos. Əliyeva Təhminə Tahir
  17. i.f.d., dos. Zeynalov Zakir Hacı (0,5)
  18. i.e.n., dos. Səmədzadə Elşad Ziyad (0,5)
  19. i.f.d., dos. Hüseynova Alidə Teymur
  20. i.f.d. b/m. Həkimova Yeganə Allahyar
  21. i.f.d., b/m. Əlicanova Şəhla Musa
  22. b/m. Babayev Nüsrət Salman
  23. b/m. Həmişəyeva Şəfa Üzeyir
  24. b/m. Əliyev Nəvai Şaxlar (0,5) [TMM-nin direktor müavini]
  25. müəl. Hüseynova Sevinc Xanhüseyn 
  26. müəl. Qaraxanova Ülkər Tofiq

 

MÜHASİBAT ixtisasi uzrə

  1. i.e.d., prof. Abbasov Qəzənfər Əli (məsləhətçi)
  2. i.e.d., prof. Namazova Cəmilə Bayraməli (0.5)
  3. i.e.d., prof. Hacıyev Fazil Şöhlət
  4. i.e.d., prof. İsmayılov Niyazi Musa
  5. i.f.d. Hacıyeva Aynurə Sabir (ixtisas rəhbəri)
  6. i.e.n., dos. Cəfərli Hənifə Alhüseyn
  7. i.e.n., dos. Xudaverdiyeva Kifayət Aslan
  8. i.e.n., dos. Kazımov Rahib Nadir
  9. i.e.n., dos. Quliyev Vaqif Məhərrəm
  10. i.e.n., dos. Hacıyev Hafis Əhməd (Maliyyə və Mühasibat fak. dekanı)
  11. i.f.d., dos. Musayeva Nəzakət Məmməd 
  12. i.f.d., b/m. Tanrıverdiyeva Gülnarə Qurbanəli
  13. i.f.d., dos. Hacıyeva Amaliya Rauf
  14. i.f.d., müəl. Fərəcova Dilbər Daşdəmir
  15. i.f.d., b/m. Atakişiyeva Nigar Nazim (0,5)
  16. b/m. Mirzəyeva Firuzə Müştəba
  17. b/m. Məmmədova Mənzər Əziz
  18. müəl. Məmmədova Ülkər Zahir
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser