Kafedra müdiri: i.e.d., prof. İmanov Telman İman oglu

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (IV korpus)
Telefon: +(994) 12 440-66-32
e-mail: t.imanov@unec.edu.az


marketinqDSC_0008marIMG_4217marIMG_4224DSC_0004marDSC_0025-1024x768marDSC_0002-1024x768

“Marketinq” kafedrasının magistrləri elmi-pedaqoji təcrübə keçiblər (17.03.2017)
UNEC-də “Logistika və ticarətin inkişafına dair strateji yol xəritəsi” mövzusunda seminar keçirildi
 (24.01.2017)
UNEC-də konfrans: “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə”
 (24.11.2016)
UNEC-də yazıçı-filosof Eluca Atalı ilə görüş keçirilib (11.11.2016)
Nüfuzli marketoloqlar UNEC-də: “Azərbaycan iqtisadiyyatının sürətli inkişaf konteksində sahibkarlığa marketinq dəstəyi”
 (26.05.2016)
UNEC-də seminar: “Müasir şəraitdə innovativ fəaliyyətə marketinq yanaşma” (24.05.2016)
“Marketinq-diskusiya klubu”nun növbəti seminarı keçirilib (08.04.2016)

“UNEC-də ilk: Açıq dərs canlı yayımlandı” (11.03.2016)

“Marketinq-diskusiya klubu”nunda aktual mövzu müzakirə edilib (29.02.2016)
Marketinq” kafedrasında  II kurs magistrantların elmi-pedaqoji təcrübələrinin təşkili (23.02.2016)
“Marketinq”  kafedrasının müdiri i.e.d.,dos.T.İ.İmanovun açıq dərsi (15.02.2016)
UNEC professorları Sakarya Universitetində (05.02.2016)
UNEC professorları Uludağ Universitetində (05.02.2016)
I yerə layiq görülən gənc tədqiqatçılarımız (13.11.2015)
“New Media” şirkətinin rəhbəri UNEC-də seminar keçib (10.04.2015)
“Yello” şirkətinin həmtəsisçisi UNEC-də seminar keçib (06.03.2015)
“Dəmirbank”-ın “Marketinq” departamentinin rəhbəri UNEC-də (18.12.2014)
“Embawood” şirkətinin Strateji İdarəetmə Qrupunun rəhbəri UNEC-də (11.12.2014)
“Marketinq” kafedrasının nəzdində fəaliyyət göstərən “Marketinq-diskusiya klubu”nun növbəti seminarı keçirildi (05.12.2014)
“Qarant Holdinq” in piar meneceri UNEC-də  (04.12.2014)
«Marketinq» ixtisası üzrə təhsil alan tələbələrin «Marketinq-diskusiya klubu» (27.11.2014)
I yerə layiq görülən gənc tədqiqatçılarımız (13.11.2015)
ADİU Mövlanə proqramını uğurla davam etdirir (16.05.2015)

1-telman_1363??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????image3

5339 3

Kafedra haqqında  

Kafedranın missiyası və məqsədi

Bu gün marketinq kafedrası mövcud təhsil proqramı əsasında «Marketinq» ixtisası üzrə  bakalavr və magistr, eləcə də doktorant  və dissertant hazırlığını həyata keçirir.

Kafedranın missiyası - çağdaş ölkə və dünya iqtisadiyyatı çərçivəsində əlverişli sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lazım olan strateji və əməli marketinq, logistika, informasiya və marketinq  sistemləri, marketinq kommunikasiyası, bençmarkinq, beynəlxalq marketinq və müasir marketinqin bütün digər aktual istiqamətləri sahəsində yüksək səviyyəli peşəkar mütəxəssislərin hazırlanmasından ibarətdir.

Kafedranın məqsədi - Azərbaycan Dövlət İqtisad Universitetində bütün marketinq fənləri kompleksi üzrə  səmərəli tədris sistemini yaratmaq və həyata keçirməkdir.

Kafedranın tarixi

Kafedra 1968-ci ildə D.Bünyadzadə  adına AXTİ-də “Sənayenin iqtisadiyyatı” kafedrasının bazasında müstəqil kafedra kimi yaradılmış və fəaliyyətə  başlamışdır.

Kafedranın yaradıcısı və ilk müdiri i.e.d., professor, respublikanın əməkdar iqtisadçısı Telman Əlihüseyn oğlu Hüseynov olmuşdur. Kafedra yarandığı ilk illərdə “Maddi texniki təchizatın iqtisadiyyatı və planlaşdırılması”, sonralar “Material resurslarının idarə edilməsi və istehsal vasitələrinin topdansatış ticarətinin təşkili”, “İstehsal vasitələrinin marketinqi” adı ilə fəaliyyət göstərmişdir. 2005-ci ildən Universitetdə aparılan struktur dəyişikliklərinə uyğun olaraq paralel fəaliyyət göstərən  “Marketinq”, “ Logistika”  və “Birja faəliyyəti” adlı kafedralar birləşdirilərək hal-hazırda fəaliyyət göstərən «Marketinq» kafedrası yaradılmışdır.

İlk dövrdə kafedranın yaranması təchizat-iqtisadçı kadrların hazırlanmasına olan çox böyük  ehtiyacdan  doğmuşdur. Kafedranın ilkin özəyini təşkil edən pedaqoqlar sırasına prof. T.Ə.Hüseynovla yanaşı, mərhum i.e.n., dos. Ş.O.Orucov, i.e.d., prof. H.B.Allahverdiyev, i.e.d., prof.,R.B.Kazımov, S.İ.Hacıyev, N.R.Növrəsli, Ş.Ə.Axundov və başqalarını aid etmək olar.

1968-1983-cü illərdə kafedraya prof. T.Ə.Hüseynov, 1983-2005-ci illərdə prof. Ş.Ə.Axundov və 2005-ci ildən sonra isə prof. T.İ.İmanov rəhbərlik etmişdir.

Tədris-metodiki laboratoriya

Kafedra müasir tələblərə cavab verə bilən maddi-texniki bazaya – mühazirə və praktik məşğələlərin keçirilməsi üçün texniki tədris vasiətələri ilə təmin edilmiş 50 nəfərlik tutumu olan ixtisaslaşdırılmış auditoriyaya malikdir. Tədris metodiki laboratoriya tədris prosesinin təşkili və keçirilməsi ilə əlaqədar işləri, eləcə də tələbələrin tədris-metodiki materiallarla təminat işini yerinə yetirir.

  

Bakalavr və magistrlər

1. Tələbələr üçün perspektivlər

 Marketoloq  - əsas fəaliyyətinin nəticəsi rəqabət mübarizəsinin mövcud olduğu bir şəraitdə istehsalçı ilə istehlakçı marağını uzlaşdırmaqla biznes subyektlərinin işgüzar fəaliyyətinə və dinamik  inkişafına nail olan mütəxəssisdir. Marketoloq ətraf mühitdə baş verən dəyişiklikləri nəzərə almaqla təsərrüfat subyektlərinin fəaliyyətinin təhlil edilməsi, əlaqələndirilməsi və tənzimlənməsini həyata keçirir.

ƏTRAFLI

 

Professor-müəllim heyəti

Kafedranın professor-müəllim heyəti milli iqtisadiyyatın bütün sahələrində marketinqin aktual problemləri üzrə tətbiqi xarakterli elmi-tədqiqatlar aparır, elmi konfranslarda iştirak edir, elmi monoqrafiyalar, məqalələr, dərslik və dərs vəsaitləri çap etdirirlər. Kafedra intensiv olaraq istər respublika, istərsə də onun hüdudlarından kənarda «Marketinq» ixtisası üzrə mütəxəssis hazırlığını həyata keçirən bir sıra təhsil müəssisələri, eləcə də şirkət və firmalarla əmək-daşlıq formalarını inkişaf etdirir.

 

  1. i.e.d., prof. İmanov Telman İman (kafedra müdiri)
  2. i.e.n., dos. Əsgərov Şaiq Əhəd oğlu (İnz.və təş. məs. üzrə prorektor)
  3. i.e.n., dos. Əhmədov Mirağa Məhərrəm (Biz. və men. fak. dekanı)
  4. i.e.n., dos. Məmmədov Aslan Tahir
  5. i.e.n., dos. Xeyirxəbərov İsmayıl Mahmud
  6. i.e.n., dos. Aşurov Alı Sarı
  7. i.e.n., dos. Novruzova Sevinc Əzim
  8. i.e.n., dos. Quliyev Eldar Nadir
  9. i.f.d., dos. Hacıyeva Leyla Arif
  10. b/m. Əkbərov Elbrus Həsən [Biz/men. fak.dekan müavini]
  11. b/m. Qasımov Əlislam İsrail
  12. b/m. Xəlilova Sevil Abdul
  13. müəl. Muradova Hicran Rafiq
  14. müəl. Həziyev Vəli Əli
  15. müəl. Abdullayeva Aygün Valeh
  16. müəl. Əliyev Elnur Sirac (0,5)
  17. müəl. Əkbərova Səbinə Sabir
  18. müəl. Əhmədova Emiliya Oktay
  19. müəl. Xəlilova Solmaz Dadaş
  20. müəl. Cabbarov Ramil Şahin (0,5) [Rektorun kömək.]

 ??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????

Metodik göstərişlər

Tədris olunan fənlər üzrə proqramlar

2016/2017-ci tədris ilinin qış imtahan sessiyası zamanı məsləhət saatlarının qrafiki

“Marketinq” kafedrasi üzrə təhsil alan magistrantlar üçün dissertasiya işlərinin mövzuları

Təqvim tematik planlar

“Marketinq” kafedrasinda tədris olunan fənnlərin mühazirə mətnləri və slaydlar

Kafedra əməkdaşlarının 2016/2017-ci tədris ilinin yaz semestrinin növbətçilik qrafiki

MM-də tədris olunan fənnlərin imtahan sualları

Kafedranın elektron k/xanası

2016/2017-ci tədris ilində keçiriləcək açiq dərslər

Kafedraya təhkim olunmuş dissertant və doktorantlarin attestasiya qrafiki

“Marketinq” ixtisası üzrə bakalavr təhsili alan tələbələrin kurs işi mövzularının siyahısı

“Marketinq tədqiqatları” fənnindən kurs işi mövzularının siyahısı