Kafedra müdiri: i.e.d., prof. Səbzəliyev Sifariz Mirzəxan oğlu

Ünvan: Bakı, İstiqlaliyyət küçəsi, 6 (I korpus)
Telefon: +(994) 12 492-60-54
e-mail: s.sabzaliyev@unec.edu.az

*
UNEC alimləri beynəlxalq forumda çıxış ediblər (29.11.2016)

6993 3

Kafedra haqqında

Universitetdə tədrisin səmərəli idarə edilməsi və təşkili məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 25.12.2015-ci il tarixli iclasının qərarı ilə ləğv edilmiş “Mühasibat uçotu” və “İqtisadi təhlil və audit” kafedralarının bazasında “Mühasibat uçotu və audit” kafedrası yaradılmışdır.

Azərbaycanda ilk dəfə «Mühasibat uçotu» kafedrası 1928-ci ildə təşkil olunmuş Bakı Sosia­list Uçotu İnstitutunun tərkibində yaradılmışdır. Onun təşkilatçısı və uzun müddət rəhbəri professor Əliqulu Fərəcov olmuşdur. 20-ci illərin axırı 30-cu illərin əvvəllərində Mühasibat uçotu Bakı Sosialist Uçotu İnstitutunda, Azərbaycan Ticarət-Kooperativ İns­titutunda, həm də Azərbaycan Dövlət Universitetində müvafiq fa­kül­tələrdə bir fənn kimi tədris olunurdu. Bu kafedraların təşkilində, tədris materialları, müəllim kadr­ları ilə təchiz olunmasında Azərbaycanda mühasi­bat uçotu və təsərrüfat fəaliyyəti məktəbinin yaradıcısı Ə.S.Fərəcovun böyük xidmətləri olmuşdur.

1930-1960-cı illərdə Azərbaycanda uçot kadrlarının hazır­lan­­masında prof. Ə.S.Fə­rə­cov­la yanaşı, Abdulla Tahirzadənin, V.İ.Du­pel­skinin, Məmmədiyyə Alxazovun, Fərrux Əfən­diyevin, Agakərim Kərimovun, Məbud Məmmədovun, Əli Kazımovun və başqalarının da müəyyən xidmətləri danılmazdır.

1958-1964-cü və 1966-1972-ci illərdə «Mühasibat uçotu və təsər­rüfat fəaliyyətinin təhlili» kafedrasına prof. S.İ.Səmədov rəhbərlik etmişdir.

1970-ci ildə «Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili» kafedrasının bazasında iki müstəqil kafedra yarandı:

  1. «Mühasibat uçotu» kafedrası;
  2. «Təsərrüfat fəaliyyətinin təhlili» kafedrası.

Yeni yaradılmış «Mühasibat uçotu» kafedrasına respublikanın əməkdar iqtisadçısı, professor A.M.Səlimov (1970-1977), dosent F.M.Qu­­li­yev (1977-1980), dosent Y.B.Hüseynov (1981-1986,  dosent İ.A.Məm­mədov (1986-1987), professor  S.M.Səbzə­liyev (1987-1994), dosent Q.Ə.Abbasov (1994-2000) rəhbərlik etmişlər. Hazırda kafedranın müdiri profesoor Sifariz Səbzə­liyevdir.

2005-ci ildə «Mühasibat uçotu haqqında Qanunun tətbiqi haq­qında» Azər­baycan Respublikası Prezidentinin imzaladığı fərman Azərbaycanda müha­sibat uçotu və maliyyə hesabatı sisteminin qurul­ması konsepsiyasını müəy­yənləşdirən başlıca sənəd hesab olunur. Bu Qanunun əvvəlki Qanundan əsas fərqi onun bilavasitə konseptual, çərçivə xarakteri daşımasıdır. Eyni zamanda Azərbaycan Respub­likasının Nazirlər Kabineti 18 iyun 2005-ci ildə «2005-2008-ci illərdə Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə Proqram» qə­bul etmişdir. Bu Proqrama əsasən Maliyyə Nazirliyinin təşkilati və metodiki rəhbərliyi altında kommersiya təşkilatları üçün-37, büdcə təşkilatları üçün-24 və qeyri-hökumət təşkilatları üçün 1 Milli Müha­sibat Uçotu Standartları hazırlanmış və artıq həmin sənədlərin tətbiqinə başla­nılmışdır.

Standartların tədris prosesində istifadəsilə bağlı zəruri sayılan yeni tədris-metodik vəsaitlər respublika miqyasında «Mü­hasibat uçotu» kafedrasının əmək­daş­ları tərəfindən hazırlanır. Çünki mühasibat uçotu sahəsindəki islahatları «Mühasibat uçotu və audit» ixtisası üzrə təhsil prosesində müvafiq islahatlar aparmadan həyata keçirmək qeyri- müm­kün­dür.

İqtisad Universitetinin «Mü­hasibat uço­tu» kafedrası tərəfindən hazırlanılan «Mühasibat uçotu və audit» ixtisası üzrə Dövlət Standartında Milli Mühasibat Uçotu Standartlarının konsep­tual əsaslarının başlıca prinsiplərini nəzərdə tutan fənlər – «Maliyyə hesabatı», «Nəzarət və təftiş», «İda­rə­etmə uçotu» və s. da­xil edilmişdir. Kafedranın proqram­larında və tədris-metodik vəsaitlərində Maliyyə Hesa­batlarının Bey­nəl­xalq Standartları və Milli Mühasibat Uçotu Standartlarının konseptual əsasları ilə bağlı əsas müddəalar nəzərə alınmışdır.

Mühasibat uçotunun müasir nəzəriyyəsi və praktikası iqtisadi inkişafın və siyasi yenidənqurmanın gedişində özünün formasını dəyişməkdədir. Bilavasitə bu çərçivədə təsər­rüfat prosesləri təzahür edir. Belə bir şəraitdə mühasibat kateqoriyası təsərrüfat prosesində çalışan müəyyən şəxslərin mənafelərini həm əks etdirir, həm də gizlədir. Yeni Standartlar əsasında mühasibat uçotunun nəzəriy­yə­sinin və praktikasının inkişafının öyrənilməsi tələ­bə­lə­rə və ma­gistrlərə baş verən təsərrüfat proseslərinə obyektiv qiymət ver­məyə və elmi proq­noz­laş­dırma texnikasını mənimsəməyə şərait yaradır.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Təhsil Nazir­liyinin 08 yanvar 2010-cu il tarixli birgə əmrlərinə əsasən «Bey­nəlxalq və Milli Mühasibat Uçotu Standartlarına keçidlə əlaqədar 2010-2012-ci illərdə ali və digər təhsil mü­əssisələrində yeni muhasibat uçotu və audit üzrə tədrisin təşkilinə və təd­risin peşəkarlıq səviyyəsini təsdiq edən sertifikat­laş­dır­ma sisteminin tətbiq edilməsinə dair» yaradılan beş nəfərlik işçi qrupunun iki üzvü «Mu­ha­si­bat uçotu» kafedrasının əməkdaşlarıdır (prof. S.M. Səbzəliyev, dos. S.M. Süley­manov). Bir­ba­şa həmin qrupun rəhbərliyi altında keçirilən trenin­q­lər­də «Mühasibat uçotu» kafedrasının pro­fessor – müəllim heyətinin 15 nəfəri iştirak etmiş və on­lara müvafiq sertifikatların veril­mə­si nəzərdə tutulmuşdur. Treninqlərdə mühasibat uçotunun beynəlxalq və milli standart­larının konseptual əsaslarını əhatə edən bir sıra mühazirələr dinlənilmişdir.

Tədbirlər planının icrası ilə əlaqədar prof. S.M.Səbzəliyev, dos. S.M.Süleymanov, dos. N.M.İsmayılov 2010-cu ildə aşağıdakı tədris-metodik xarakterli materialları dərc etdirmişlər: «Mühasibat uçotu» fənni üzrə nəzarət sualları və testlər (4,8 ç.v.), «Kommersiya təşkilatları üçün Milli Mühasibat Uço­tu Standartlarının tədrisinə dair tədris-metodik vəsait» (3,5 ç.v.), «Milli və beynəlxalq mühasibat uçotu praktikasında tətbiq edilən Hesablar Planı və on­ların xarakterik xüsusiyyətləri» (4,8 ç.v.); «MHBS və MMUS əsasında ma­liyyə hesabatlarının formalaşması prinsipləri» (15,0 ç.v.).

Yuxarıda adları sadalanan tədris-metodik vəsaitlərin «Müha­sibat uçotu və audit» ix­ti­sa­sı üzrə magistr və bakalavr pillələrində kadr hazırlayan is­tis­nasız olaraq respublikanın bü­tün dövlət və özəl ali məktəblərində və kol­lec­lərində istifadə olunması məqsədəuyğun sayı­lmışdır.

Prof. S.M.Səb­zəliyevin 2010-cu ildə hazırladığı və beynəlxalq qrif altında dərc olunan «Beynəlxalq və milli uçot terminlərinin izahlı lüğəti» adlı kitabı, prof. Q.Ə.Abbasovun «Mü­hasibat uçotunun nəzəriyyəsi» adlı dərsliyi (2009-cu il), prof. Q.R.Rzayevin «Mühasibat uçotu və audit» adlı dərsliyi (2008-ci il) xüsusilə qeyd edilməlidir.

Kafedra əməkdaşları tərəfindən son illərdə hazırlanılan monoq­rafiyalar aşağıdakı­lardır: Maliyyə hesabatı: formalaşması və təkmil­ləşdirilməsi problemləri, 2003-cü il, 16,0 ç.v. (S.M.Səbzəliyev); Beynəlxalq və Milli uçot terminlərinin izahlı lüğəti, 2010-cu il, 16,0 ç.v. (S.M.Səbzəliyev); Neft və qazma sənayesində idarəetmə uçotu və təhlilin problemləri, 2008-ci il, 17,3 ç.v. (S.M.Qasımov); İdarəetmə uçotunun təşkili prinsipləri, 2009-cu il, 18,0 ç.v. (Q.Ə.Abbasov) və s.

Kafedra tərəfindən ingilis alimləri D.Aleksanderin, Anne Brit­tonun və başqalarının yazdıqları «Международные стан­дар­ты фина­н­­совой отчетности» adlı monoqrafiya tərəfindən tərcümə olunmuş və ən yüksək poliqrafik üslubda 2009-cu ildə dərc edilmişdir. Bu kitab Maliyyə Hesabatlarının Bey­nəl­xalq Standartlarının konseptual əsasları istiqamətində respublika miqyasında işıq üzü görən ən sanballı əsərdir.

2008-ci ildə prof. S.M.Səbzəliyev və dos. M.A.Cavadova tərəfindən V.A.Terexovun «Финансовый учет» adlı dərsliyi rus dilindən tərcümə olunaraq tələbələrin istifadəsinə verilmişdir.

2009-cu ildə kafedranın bir qrup əməkdaşı (prof. S.Səbzəliyev, prof. Q.Abbasov, dos. Ə.Daşdəmirov, dos. S.Süleymanov, i.e.n. H.Hacıyev və laborant S.Hacıbəyova) ARDNŞ-nin sifarişi ilə «Azər­baycan Respublikası Dövlət Neft Şirkətinin sosial müəssisələrində müha­sibat uçotunun müasir vəziyyəti və onun təkmilləşdirilməsi» möv­zusunda təsərrüfat müqaviləli elmi-tədqiqat işi yerinə yetirmişdir.

2009-2010-cu tədris ilindən başlayaraq kafedranın əməkdaşla­rının əksəriyyəti Azərbay­can Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkil etdikləri treninqlər vasitəsilə həm Beynəlxalq, həm də Milli Mühasibat Uçotu Standartlarının konsep­tual əsaslarından tədris prose­sində istifadə etmək istiqamətində ixtisaslarını artırmışlar. Onlara müvafiq sertifikat­la­rın verilməsi nəzərdə tutulmuşdur.

*

XX əsrin 20-ci illərinin sonlarından başlayaraq Azərbaycan Dövlət Universitetinin  İqtisad fakultəsində “Təsərrüfat fəaliyyətinin təhlili” fənni tədris olunmağa başlamışdır. Bu kurs Azərbaycan  Dövlət Universitetinin əvvəlki sələflərinin bütün fakultələrinin əsas fənlərindən biri olmuşdur. 1929-cu ildən 1972-ci ilədək «İqtisadi təhlil» (yaxud «Təsərrüfat fəaliy­yətinin təhlili») fənni «Mühasibat uçotu və təsərrüfat fəaliyyə­tinin təhlili» kafed­rasının tərkibində tədris edilmişdir. 1972-ci ildə həmin kafedranın bazasında iki müstəqil kafedra – «Mühasibat uçotu» və «İqtisadi təhlil» kafedraları yaradıldı. Hazırkı dövrdə «İq­tisadi təhlil» kafedrası respub­likamızda iqtisadi təhlil sahəsində tədris proqramları, dərslik və dərs vəsaitləri, metodik göstərişlər və s. hazırlayan yeganə kafedradır.

«İqtisadi təhlil və audit» kafedrasına müxtəlif illərdə prof. Ə.Fərəcov, dos. S.Səmədov, dos. İ.Mahmudov, prof. H.İ.Nama­zə­li­yev, prof. R.Əliyev rəhbərlik etmişlər. Sonrakı vaxtlarda kafedraya i.e.n., dosent T.Ş.Zeynalov (2000-2001), i.e.n., prof. F.M.Quliyev (2001-2007), i.e.n., dosent C.B.Na­mazova (2007-2011), dosent H.A.Cəfərli (2011-2015) baş­çılıq etmişlər.

Kafedranın əsas məqsədi, müxtəlif səviyyəli strategiyaların for­malaşması və həyata keçirilməsi sahəsində, eləcə də ölkənin, region­ların və müəssisələrin sabit sosial inkişafı üçün zəruri mexa­nizmlərin hazırlanması və texnologiyaların həyata keçirilməsi pro­sesində müvafiq biliklərə və bu bilikləri effektiv surətdə tətbiq etmək bacarığına malik olan müasir təhlilçi və auditorların hazırlanması, Azərbaycan cəmiyyətinin bu istiqamətdə artan tələbatının təmin edilməsindən ibarətdir.

Kafedra respublikada Mühasibat uçotu və audit ixtisası üzrə dərin bilikli bakalavr, magistr və aspirant hazırlayan yeganə tədris və elm mərkəzidir.

«İqtisadi təhlil və audit» kafedrasında Uçot-iqtisad fakültəsi üzrə bakalavr təhsil pilləsində İqtisadi təhlilin nəzəriyyəsi, İqtisadi təhlil, İdarəetmə təhlili, Praktik audit, Maliyyə-iqtisadi təhlil, Maliy­yə hesabatlarının təhlili, Audit kimi müasir fənlər tədris edilir.

Magistratura Mərkəzində Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan ma­gistrlərə “Maliyyədə iqtisadi təhlil”, “İqtisadi təhlilin beynəlxalq stan­dartlara uyğunlaşdırılması”, “Audit xidmətində iqtisadi təhlil”, “Xarici iqti­sadi fəaliyyətin təhlili” və s. kimi fənlər tədris olunur.

Uçot-iqtisad fakültəsində təhsil alan tələbələrin elmi-tədqiqat, elmi-pedaqoji və buraxılış işi qabağı istehsalat təcrübələri də kafed­rada layiqincə təşkil olunub. Bunun üçün kafedra rəhbərliyinin Azər­baycan Dövlət Neft Şirkəti ilə bağlamış olduğu razılaşmaya əsasən tələbələrimiz ADNŞ-in müxtəlif təşkilatlarında təcrübə keçir və nə­zə­ri biliklərini praktiki olaraq həyata keçirmə imkanına malik olurlar.

«İqtisadi təhlil və audit» kafedrasının əməkdaşlarının «Statistika» kafedrasının əməkaşları ilə birlikdə yerinə ye­tir­­miş olduqları «Makroiqtisadi göstəricilər və əhalinin həyat səviy­yəsi» və «İnvestisiya və innovasiya proseslərinin statistik qiymət­lənd­i­ril­məsi məsələləri» mövzusunda dövlət sifarişi əsasında yerinə ye­tirilmiş elmi-tədqiqat işləri Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən qəbul olunmuşdur.

Kafedranın əməkdaşları Rusiyanın, Belorusiyanın İqtisad uni­versitetləri ilə, xüsusilə Moskva Dövlət Universitetinin «Müha­sibat uçotu və iqtisadi təhlil» kafedrası ilə uzun illərdir ki, sıx əməkdaşlıq edir. Kafedranın professor-müəllim heyəti mütəmadi olaraq Ukray­nanın, Gürcüs­tanın İqtisad universitetlərində müxtəlif elmi tədbirlər­də, müdafiə şuralarında iştirak etmiş və ya orada müdafiə edən iqtisadçıların elmi işlərinə rəy vermiş, onlara opponentlik etmişlər.

Kafedranın əməkdaşları hər il 150-200 ç.v. həcmində dərslik, dərs vəsaiti, metodiki göstərişlər çap etdirirlər. Son illərdə prof. İ.M.Mahmudov, dos.T.Ş.Zeynalov, dos.N.M.İ­s­ma­yı­lo­vun birgə müəllifliyi ilə «İqtisadi təhlil», i.e.d. S.Y.Müslümov və dos.R.N.Ka­zımovun birgə müəllifliyi ilə «Maliyyə iqtisadi təhlil», dos. C.B.Namazova və dos. R.N.Kazımovun birgə müəllifliyi ilə «Praktiki audit» dərslikləri tələbələrin istifadəsinə verilmişdir.

İxtisaslar:

Bakalavr pilləsində: Mühasibat uçotu və audit
Magistr pilləsində:   Mühasibat uçotu və audit

Tədris ounan əsas fənlər:

1. Mühasibat uçotunun nəzəriyyəsi
2. Mühasibat (maliyyə) uçotu
3. İdarəetmə uçotu
4. Auditin əsasları
5. Nəzərət və təftiş
6. Mühasibat (maliyyə) hesabatı
7. Mühasibat uçotu
8. Mühasibat uçotu (istehsal sahələrində)
9. Xarıcı iqtisadi fəaliyyətin uçotu*

Kafedranın e-k/xanası

Q.Paşayev. “Mühasibat uçotu”, 2015. Dərslik
Mühasibat (maliyyə) hesabatı. S.Səbzəliyev
Mühasibat uçotu
Mühasibat uçotu və audit. Dərslik

*

Professor-müəllim heyəti:

  1. i.e.d., prof. Səbzəliyev Sifariz Mirzəxan (kaf. müdiri)
  2. i.e.d., prof. Abbasov Qəzənfər Əli
  3. i.e.d., prof. Namazova Cəmilə Bayraməli
  4. i.e.d., prof. Hacıyev Fazil Şöhlət
  5. i.e.n., dos. Cəfərli Hənifə Alhüseyn
  6. i.e.n., dos. İsmayılov Niyazi Musa
  7. i.e.n., dos. Yüzbaşev Çingiz Rüstəm
  8. i.e.n., dos. Kərimov Azər Mahmud
  9. i.e.n., dos. Əhmədov Mahmud Əmirsoltan (UNEC-in Fəxri professoru)
  10. i.e.n., dos. Kazımov Rahib Nadir
  11. i.e.n., dos. Məmmədova Aidə Qasım
  12. i.e.n., dos. İbadoğlu Qubad İbad
  13. i.e.n., dos. Abbasova Sevinc Ağaməmməd
  14. i.e.n., dos. Hüseynov Yaşar Bəşir
  15. i.e.n., dos. Sadıqov Əli Adışirin
  16. i.e.n., dos. Daşdəmirov Əlləz İsa (UNEC-in Fəxri professoru)
  17. i.e.n., dos. Süleymanov Səfər Məhəmməd
  18. i.e.n., dos. Quliyev Vaqif Məhərrəm
  19. i.e.n., dos. Cavadova Mehriban Alim
  20. i.e.n., dos. Xudaverdiyeva Kifayət Aslan
  21. i.e.n., dos. Salahov Ənvər Sadıx
  22. i.e.n., dos. Hacıyev Hafis Əhməd
  23. i.e.n., dos. Əliyeva Mehriban Şaban
  24. i.e.n., dos. Mustafayev Yəhya Rəsul
  25. i.e.n., dos. Zərbəliyev Cəmaləddin Camo (Maliyyə və müh. fak. d/müavini) 
  26. i.f.d., b/m. Musayeva Nəzakət Məmməd
  27. i.f.d., b/m. Babaşirinova Esmira Məmmədşirin
  28. i.f.d., b/m. Tanrıverdiyeva Gülnarə Qurbanəli
  29. b/m. Əliyeva-İsmayılova Zenfira Heydər
  30. b/m. Məmmədova Mənzər Əziz
  31. b/m. Mirzəyeva Firuzə Müştəba
  32. i.f.d., b/m. Abdullayeva Aynur Sabir
  33. i.f.d. Hacıyeva Amaliya Rauf
  34. tex.f.d., dos. Mikayılov Ceyhun İsmayıl
  35. i.f.d., dos. Hüseynov Yusif Xasay
  36. müəl. Sadıqov Abdulkərim Əkpər
  37. müəl. Fərəcova Dilbər Daşdəmir
  38. müəl. Hüseynzadə Çiçək Çingiz
  39. müəl. Atakişiyeva Nigar Nazim (0,5 şt.)

*

Məsləhətçi

  1. Hüseynov Xanbuta Qəşəm  –   i.e.n. dosent-məsləhətçi
  2. Hacıyeva Məsəd Camaləddin –  i.e.n. dosent-məsləhtçi
  3. Rzayev Qəhrəman Rəsul  -  i.e.n. dos.-məs., UNEC-in Fəxri prof.
  4. Babayev Babaxan İşıq  –   i.e.n. dos.-məs., UNEC-in Fəxri prof.