Kafedra müdiri: i.e.d., prof. Əliyev Ümüdvar Qənbər oğlu

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
Telefon: +(994) 12 564-25-08
E-mail: umudvar.aliyev@unec.edu.az

*
UNEC-də seminar: Maliyyə xidmətlərinin inkişafı real sektorun dayanıqlılığını təmin edəcək (19.01.2017)
UNEC-də elmi konfrans (18.05.2016)

3776 2

Kafedra haqqında

İqtisad Universitetinin fəaliyyət göstərdiyi bütün dövrlərdə «Siyasi iqtisad» adı ilə fəaliyyətdə olan kafedra 1993-cü ildən «İqtisadi nəzəriyyə» adlandırılmışdır. Bu dəyişiklik sosialist sisteminin dağıl­ması ilə bağlı olmuşdur. Bununla yanaşı, bir çox iqtisadçı alimlər «Siyasi iqtisad» termininin əslində sosializmlə əlaqəsi olmamasını göstərir və indinin özündə də bir çox xarici ölkələrdə «Siyasi iqtisad» adının qalmasına istinad edirlər.

1975-1982-ci illərdə kafedraya prof. Qara Sadıqov, 1987-1990-cı illərdə «Birləşmiş siyasi iqtisad» kafedrasına Ərəstun Axundov rəhbərlik etmişlər. 1990-cı ildə kafedra yenidən iki yerə ayrılmış, Uçot-iqtisad, Maliyyə fakültələri üzrə «Siyasi iqtisad» kafedrasına (sonradan “İqtisadi nəzəriyyə – 2″ adlandırılmışdır) i.e.d., prof. Məmmədhəsən Meybullayev başçılıq etmişdir. 2014-cü ildən kafedraya prof. Ümüdvar Əliyev rəhbərlik edir. 2015-ci ilin oktyabrından kafedra “Nəzəri və praktiki iqtisadiyyat” adlanır.

Kafedra İqtisadi nəzəriyyə, İqtisadi təlimlər tarixi, İqtisadi islahatlara dair qanunlar, İqtisadi nəzəriyyələr və məktəblər, Müasir dünyanın iqtisadi problemləri, İqtisadi nəzəriy­yənin aktual problemləri, Makroiqtisadiyyat, İqtisadi fikir və iqtisadi siyasət, Bazara keçidin milli problemləri, İqtisadi inkişafın modelləri, İqtisad elminin müasir problemləri, İqtisad elminin tarixi və meto­dologiyası, İslam iqtisadiyyatı kursları üzrə proqramlarını hazırlayıb nəşr etdirmişdir.

Kafedranın əməkdaşları bir çox monoqrafiya, dərslik və dərs vəsaitləri, elmi məqalələr nəşr etdirmişlər. M.Meybullayevin «İqtisadi artım və xalis məhsul», «Bazar sistemi və iqtisadi artım», «İslam iqtisadiyyatı», «Mikroiqtisadiyyatın əsasları», «Makroiqtisadiyyatın əsasları», prof. F.Nəsrullayevin «Kapitalizmin iqtisadiyyatının inkişafının regional xüsusiyyətləri», prof. Q.Manafovun «Sahibkarlıq fəaliyyə­tinin nəzəri və praktiki əsasları», dos. T.Babayevin «Aqrar bölmədə özəl qurumların təşkili və iqtisadi əsasları» adlı əsərləri və s. nəşr olunmuşdur. .

Xarici ölkə alimlərinin ən yeni elmi əsərləri və dərsliklərinin Azərbaycan dilinə tərcüməsinə də xüsusi diqqət verilir. Pol Samuelson və V.Nordhauzun «Ekonomiks» dərsliyinin referatı tərcümə edilərək nəşr olunmuşdur. Son illər başqa əcnəbi dillərdən dərsliklərin tərcüməsi uğurla davam etdirilmişdir.

Kafedrada tədris prosesi ilə yanaşı, elmi-tədqiqat işləri sahə­sində də ciddi iş aparılır. Bir çox doktorluq və namizədlik dissertasiya işlərinin müzakirəsi keçirilmiş və mü­dafiə olunması tövsiyə edilmişdir. İki Türkiyə vətəndaşı namizədlik işlərini başa çatdırmışdır. «Yeni iqtisadi sistemə keçidin qanu­na­uyğunluqları və problemləri», «Milli iqtisadiyyatın formalaşmasının mak­roiqtisadi aspektləri» və «İqtisadi inkişaf strategiyasının milli xü­susiyyətləri» mövzuları ətrafında kafedra əməkdaşları tərəfindən elmi tədqiqat  işləri aparılır, elmi nəticələr çoxsaylı əsərlərdə öz əksini tapır.

Tədris olunan əsas fənlər:

Makroiqtisadiyyat
İqtisadi təlimlər tarixi
Milli iqtisadiyyatın nəzəri əsasları və prinsipləri
İqtisadi nəzəriyyələr və məktəblər
İqtisadiyyat
Bazara keçidin nəzəri əsasları

«İqtisadi nəzəriyyə-2» kafedrası səmərəli tədris prosesini aparmaqla yanaşı, elmi-tədqiqat işlərini də yerinə yetirməklə özü­nəməxsus elmi istiqamət formalaşdırmışdır. Yeni iqtisadi sistemin formalaşması, bazar iqtisadiy­yatının milli xüsusiyyətləri, keçid iqtisadiyyatının nəzəri əsasları və prinsiplərini tədqiq etməklə, daha sonra milli iqtisadiyyatın inkişaf konsepsiyası və bazara keçid şəraitində onun formalaşması problemlərini tədqiq etmişdir. Burada milli iqtisadi inkişafın məqsəd və vəzifələri, milli iqtisadi inkişafın mikro və makroprob­lem­ləri, bazara keçid şəraitində milli iqtisadi inkişafın xarakterik xüsu­siyyətləri, milli bazarın formalaşmasının mənbəyi və amilləri, milli iqtisadi inkişaf modelinin qərarlaşma prosesi tədqiq olun­muşdur. Bundan başqa, «Dayanaqlı iqtisadi inkişafın təmin olunma­sının nə­zəri-metodoloji əsasları» problemi öyrənilmişdir. Burada iqtisadi in­kişaf konsepsiyası, dayanaqlı iqtisadi inkişafın təmin olunmasının ilkin şərtləri və mənbələri, iqtisadi inkişaf və iqtisadi artım stra­tegiyası, milli iqtisadiyyatın inkişafında islahat­laşma prosesinin yeri, dayanaqlı iqtisadi inkişafın təmin olunmasının sosial-iqtisadi nəticə­ləri təhlil olunmuşdur. Yaxın perspektivdə kafedrada yeni iqtisadi problemin «Milli iqtisadi inkişaf modelində mak­ro­iqtisadi sabit­ləş­mənin təmin olunmasının nəzəri-metodoloji əsasları» üzərində tədqiqat aparılаcaq.

Elmi-tədqiqat işlərinin həyata keçirilməsi kafedrada həm yeni kadr potensialının yaranmasına və keyfiyyətinin yüksəlməsinə səbəb olmuş, həm «İqtisadi nəzəriyyə» fənni üzrə mövcud olan mövzuların tədrisində istifadə olunmuş, həm də əldə olunan nəticələr, təklif və tövsiyələr kimi təhlili məruzələr şəklində müxtəlif iqtisadi or­qan və təşkilatlara təqdim olunmuşdur. Nəticə etibarı ilə «İqtisadi nəzəriyyə-2» kafedrasında «İqtisadi nəzəriyyə» ixtisası üzrə makroiqtisadiyyat istiqamətində elmi məktəb formalaşmışdır.

*

Professor-müəllim heyəti:

  1. i.e.d.prof. Əliyev Ümüdvar Qənbər (kaf.müdiri)
  2. i.e.d., prof. İbrahimov Eldar Rza (0,5) [MM-in Aqrar SK sədri]
  3. i.e.d., prof. Manafov Qabil Nadir (0,5) [Magist.Mərkəzinin direkt.]
  4. i.e.d., prof. Qafarov Şamil Saleh
  5. i.e.d., prof. Mustafayev Famil Front (0,5) [Təhsil Nazirinin müşaviri.]
  6. i.e.d., prof. Nəbiyev Rasim Əmir
  7. i.e.d., prof. Babayev Telman Qurban
  8. i.e.n., dos. Fərəcova Sevil Əliqulu
  9. i.e.n., dos. Allazov Qəzənfər Sehvəddin
  10. i.e.n., dos. Əliyeva Alina Məcid
  11. i.e.n., dos. Məmmədov Akif Bəylər
  12. i.e.n., dos. Əmirova Fəridə Şamil
  13. i.e.n., dos. Sadıqov Namiq Ənvər
  14. i.e.n., dos. Xəlilov Vaqif Mehdi (0,5) – UNEC-in Fəxri professoru
  15. i.e.n., dos. Vəliyev Həbib Məmməd (0,5) [DQƏTM-in direktor müavini]
  16. i.e.n., dos. Əkbərov Rövşən Məmməd (0,5) [DQƏTM-in direktor müavini]
  17. i.e.n., dos. Əliyeva Leyla Zakir
  18. i.e.n., dos. Rzayeva Şəhla Məhəmməd
  19. i.f.d., dos. Hüseynova Şəhla Akif
  20. b/m. Əhmədov Sadıq Əhməd (0,5) – UNEC-in fəxri dosenti
  21. i.f.d., b/m. Pənahova Günay Məhiş
  22. i.f.d., müəl. Abbasova Tamella Cəlal
  23. i.e.n., b/m. Eyvazova Nailə Kamal
  24. i.e.n., b/m. Nəzərəliyev Sadiq Binyamin
  25. i.f.d., asst. Hüseynova Vəfa Arif

*

Məsləhətçi

i.e.n. Süleymanov Hamlet İbrahim – dosent-məsl., UNEC-in Fəxri prof.
i.e.n. Əsgərov Əjdər Xanlar – – dosent-məsl., UNEC-in Fəxri prof.