Kafedra müdiri: dos. Abbasbəyli Gülnisə Ağaqulu  qızı

Əlaqə tel: +(994) 12 564-60-34
e-mail: g.abbasbeyli@unec.edu.az 

 

texnologiya01IMG_2416 IMG_2419IMG_2432 IMG-20151214-WA0025IMG-20151214-WA0016

Kafedranın əməkdaşları II Beynəlxalq Plov Festivalında iştirak etmişlər

Azərbaycan Respublikasi Mədəniyyət Naziriliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının  təşkilatçılığı ilə 11 dekabr 2015-ci iltarixində II Beynəlxalq Plov Festivalı keçirilmişdir. Festival “Sərin” şadlıq sarayında təşkil olunmuşdur.

“Texnologiya və Dizayn” fakültəsinin “Qida məhsullarının texnologiyası” kafedrasının əməkdaşları – N.K.Rəhimov, A.A.Qurbanova, E.M.Omarova, M.H.Məhərrəmova, S.İ.Məhərrəmova və M.R.Yusifova bu festivalda fəal iştirak etmişlər. Festivalın keçirilməsində məqsəd müxtəlif ölkələrin düyü mədəniyyəti ilə tanış olmaq və Azərbaycan mətbəxinin şah əsəri olan plovlar ilə xarici qonaqları tanış etməkdir. Festivalda Türkiyə, İndoneziya, İran, Səudiyyə Ərəbistanı, Tacikistan, Özbəkistan, Hindistan, Korea və s. ölkələrin müxtəlif növ plovları nümayiş etdirildi. Sonda AMKA-nin prezidenti Tahir Əmiraslanov düyü mədəniyyəti haqqında geniş məlumat verdi.

IMG-20151214-WA0018 IMG-20151214-WA0019 IMG-20151214-WA0020 IMG-20151214-WA0021 IMG-20151214-WA0023 IMG-20151214-WA0024

UNEC tələbələri “Az-Granata şirə və şərab emalı” zavodunda istehsalat təcrübə keçəcəklər (31.10.2016)
UNEC-də elmi seminar
 (26.05.2016)

UNEC kollektivi “WorldFood Azerbaijan” sərgisində (20.05.2016)
UNEC tələbələri İsveçrə mətbəxi ilə tanış olublar (19.04.2016)
ADİU əməkdaşı beynəlxalq elmi-texniki konfransda (04.05.2015)

5331 7

Kafedra haqqında

Kafedra 1996-cı ilin iyun ayından fəaliyyət göstərir. 1996-2000-ci illərdə burada bakalavr və magistr təhsil pillələri üzrə 10-dan çox ixtisas və peşəyönümlü fənlər tədris olunurdu. Bunlardan Qida sə­na­yesi məh­sullarının texnologiyası, İaşə məhsullarının texnologiyasının nəzəri əsasları, İaşə müəssisələrinin texnoloji layihələşdirilməsi, Qida fizio­logiyası, Qida mikrobiologiyası, Texniki mikrobiologiya, s­a­ni­ta­ri­ya və  g­i­giyena və s. göstərmək olar. Mövcud olduğu illərdə kafedrada üç ixtisas üzrə kadr hazırlığı aparılmışdır. 2000-ci ildən həmin ka­fedranın baza­sında yeni kafedra – “Çörək məhsullarının texnologiyası və sahə ava­danlıqları” (kafedra müdiri əvvəllər dos. X.S.Mustafayev, sonra G.A.Abbas­bəyli olmuşdur) kafedrası yaradıldı. Buna görə də “Qida məhsullarının tex­nologiyası” kafedrasında yalnız iki – İaşə məh­sul­larının texnologiyası və Qida sənayesində və iaşə sistemində bədii layihələndirmə və tərtibat ixtisasları üzrə mütəxəssis hazırlığı davam etdirilirdi.

Sonralar bu kafedradan başqa bir bölmə ayrılaraq “Ət, balıq və süd məhsullarının texnologiyası” kafedrası yaradıldı (müdiri prof. R.A.Əli­yev). Kafedraya uzun müddət (yaranandan 2009-cu ilə qədər) texniki elmlər namizədi, dos. N.H.Qurbanov rəhbərlik etmişdir.

Kafedra respublika və xarici ölkələrin bir sıra ali məktəbləri və elmi müəssisələri ilə sıx əməkdaşlıq edirdi. Bunlardan Plexanov adına Moskva Xalq Təsərrüfatı Akademiyasını, Kiyev Ticarət-İqtisad Universitetini, Mogilyov Texnologiya İnstitutunu, Ümumrusiya Qida İnstitutunu, Malta Kulinariya Assosiasiyasını, Azərbaycan Texnologiya Universitetini, Azərbaycan Milli Kulinariya Mərkəzini və s. göstərmək olar.

Kafedra mövcud olduğu dövrdə dərsliklər, çoxsaylı elmi məqalələr nəşr etdirmişdir. Kafedra əməkdaşlarından bir neçəsi müxtəlif istehsal sahələri, o cümlədən Xırdalandakı “Baba” türk firması, Bakıdakı “Sərin” firması, Respublika Səhiyyə Nazirliyinin Dərman birliyi və s. ilə əməkdaşlıq edirdi.

2009-cu ildə “Çörək məh­sulla­rının texnologiyası və sahə avadanlıqları” və “Balıq, ət və süd məh­sullarının texnologiyası” kafedraları birləşərək ilkin adla “Qida məhsullarının texnolo­giyası” kafedrası kimi fəaliyyətini davam etdirdi. 2005-ci ildən kafedraya dos. G.A.Abbasbəyli rəhbərlik edir.

Burada “Qida məhsullarının texnologiyası” istiqamətində (hazırda “Qida məhsulları mühəndisliyi” ixtisası), “İaşə məhsulları texnologiyası” və “Qida sənayesində və iaşə sistemində bədii layihələndirmə və tərtibat” (dizayn), “Çörək, makaron, unlu qənnadı məmulatları və qida kon­sen­trat­larının texnologiyası”, “Ət və ət məhsullarının texnologiyası”, “Balıq və balıq məhsullarının texnologiyası”, “İaşə məhsullarının texnologiyası”, “Şərabçılıq və qıcqırma istehsalının texnologiyası”, “Süd və süd məh­sullarının texnologiyası” ixtisaslaşmaları üzrə bakalavr və magistrlərin hazır­lığı həyata keçirilir.

Kafedrada “Kütləvi qidalanma məhsullarının istehsal texnologiyası”, “Kütləvi qidalanma məh­sullarının tədqiqi və keyfiyyətinə nəzarət” laboratoriyası, “Qida səna­yesi və iaşə məhsullarının bədii tərtibatı” və “Aspirant, dissertant və magistrlər üçün elmi-tədqiqat problem laboratoriyası”, “Çörək məhsul­larının texnologiyası”, “Ət və balıq məhsullarının texnologiyası” və digər laboratoriyalar vardır.

Bir qayda olaraq, istehsalat və digər təcrübələr qabaqcıl iaşə sistemi və qida sənayesi müəssisələrində, o cümlədən “Bismak” qida sənaye kompleksində, Bakı Şampan Zavodunda və həmçinin Azərbaycan Milli Kulinariya Mərkəzində yerinə yetirilir.

Kafedra öz elmi fəaliyyətində Kiyev Milli Ticarət İqtisad Univer­siteti, Mogilyov Ərzaq Universiteti, Berlin Texniki Universitetinin Qida Məhsullarının Texnologiya və Qida Kimyası İnstitutu, Moskva Dövlət Qida Məhsul­larının Texnologiyası Universiteti, Pyatiqorsk Texnologiya Universiteti, Azərbaycan Texnologiya Universitetilə əlaqələr yaratmışdır.

Kafedra əməkdaşlarının qida məhsulları texnologiyalarına, proses və aparatlarına, onların etnoqrafiyasına həsr olunmuş müxtəlif səpgidə materiallarının əksəriyyəti respublikamızdan kənarda – ABŞ-da, Almaniyada, Rusiyada, Türkiyədə, Belorusda, Ukraynada və digər ölkələrdə çap olunmuşdur. Görülən elmi işlərin çoxu funksional əhəmiyyətli qida məhsulları istehsalının texnologiyalarına və bu sahənin avadanlıq və aparatlarının yaradılması və tədqiqinə həsr edilmişdi. Kafedra əməkdaşları elm sahəsində qrantlar almış, beynəl­xalq elmi müsabiqələrdə iştirak etmişlər.

*

“QİDA MƏHSULLARI TEXNOLOGİYASI” KAFEDRASI ÜZRƏ MÜHAZİRƏLƏR

“QİDA MƏHSULLARI TEXNOLOGİYASI” KAFEDRASI ÜZRƏ TƏQDİMATLAR

Tədris olunan əsas fənlər:

  • Çörək və makaron məmulatlarının texnologiyası
  • Qida məhsullarının ümumi texnologiyası
  • Çörək, makaron, unlu qənnadı məmulatları və qida konsentratlarının   texnologiyalarının  nəzəri əsasları
  • Qida konsentratlarının texnologiyası
  • Unlu və şəkərli qənnadı məmulatlarının texnologiyası
  • Şərabın texnologiyası
  • Qıcqırma məhsullarının texnologiyası
  • Şərabçılıq və qıcqırma məhsulları texnologiyasının nəzərı əsasları
  • Şərabın kimyası
  • Alkoqolsuz içkilərin texnologiyası
  • Qida fiziologiyası
  • Mikrobiologiya, sanitariya və gigiyena
  • Iaşə məhsullarının istehsal texnologiyası
  • Iaşə müəssisələrində xidmətin təşkili
  • Milli mətbəx məhsullarının texnologiyası
  • Ət və ət məhsullarının texnologiyası
  • Ət və ət məhsullarının texnologiyasının nəzəri  əsasları
  • Heyvandarlığın  əsasları və kənd təssərrüfatı heyvanlarının anatomiyası və fiziologiyası
  • Ət və ət məhsullarının soyudulma texnologiyası
  • Balıq və balıq məhsullarının texnologiyası
  • Balıqçılığın əsasları, balıqların  anatomiyası və histologiyası
  • Balıq və balıq məhsullarının soyudulma texnologiyası
  • Balıq və balıq məhsullarının texnologiyasının  nəzəri  əsasları
  • Süd və süd məhsullarının texnologiyası
  • Süd və süd məhsullarının texnologiyasının nəzəri  əsasları
  • Süd və süd məhsullarının mikrobiologiyası
  • Meşə qida məhsullarının və dərman bitkilərinin  qurudulması və saxlanması texnologiyası
  • Meşə qida məhsullarının və dərman bitkilərinin emal texnologiyası
  • Meşə qida məhsullarının və dərman bitkilərinin  emal texnologiyasının nəzəri əsasları
  • Meşə qida məhsullarının  və dərman bitkilərinin tədarükünün təşkili

*

İxtisaslar:

Т. 050642 – Qida məhsulları mühəndisliyi

– Çörək, makaron, unlu qənnadı məmultların və qida konsentrantlarının texnologiyası;
– Şərabçılıq və qıcqırma istehsalının texnologiyası;
– İaşə məhsulları texnologiyası.

Professor-müəllim heyəti:    

1. k.e.n., dos. Abbasbəyli Gülnisə Ağaqulu (kafedra müdiri)
2. tex.e.n., dos. Qurbanov Nüsrət Heydər
3. tex.e.n., dos. Rəhimov Namiq Kərim
4. tex.e.n., dos. Omarova Elza Mədət
5. tex.e.n., dos. Fərzəliyev Elsevər Baba
6. tex.e.n., dos. Qədimova Natəvan Səfər
7. bio.e.n., dos. Qurbanova Afilə Alı
8. bio.e.n., dos. Axundova Nazilə Abdul
9. bio.f.d., b/m. Məhərrəmova Mehriban Həmid
10. i.f.d., b/m. Nəsrullayeva Günəş Məzahir
11. tex.n., dos. Məhərrəmov Mikayıl Əkpər (0,5)
12. b/m. Əmiraslanova Lalə Tapdıq (0,5) (UNEC-in fəxri dosenti)
13. b/m. Bəxtiyarova Sevda Heydər (0,5)
14. b/m.  Hüseynova Yazgül Süleyman (0,5)
15. tex.f.d. Kazımova İlhamə Hüseyn
16. bio.f.d. Məhərrəmova Sevinc ismayıl
17. bio.f.d. Yusifova Mehriban Rauf
18. bio.f.d. Babaşlı Aynur Əmirxan
19. Yusifzadə Şəhla Natiq (0,5)

*

 Məslətçilər

k.-t.e.n. Əzimov Əzim Mustafa –  dosent-məsləhətçi
b.e.n. Qlıçov Vaqif Qiyas –  dosent-məsləhətçi