Kafedra müdiri: i.e.d., prof. Yaqubov Sakit Məmməd oğlu

Ünvan: Bakı, İstiqlaliyyət küçəsi, 6 (I korpus)
Telefon: +(994) 12 492-65-20; +(994) 12 492-78-70
e-mail: s.yagubov@unec.edu.az

 

5099 4

Kafedra haqqında

XX əsrin 30-cu illərində Statistika ixtisası “Ümumiqtisad” kafedrasının tərkibində fəa­liy­yət göstərsə də, 1949-cu ildən başlayaraq müstəqil «Statistika» ka­fedrası yaradılmışdır.

1949-1959-cu illərdə «Statistika» kafedrasına i.e.n. Qriqori İssa­koviç Qonçarski rəhbərlik etmişdir. Müxtəlif dövrlərdə kafedrada sta­tis­ti­kanın tədrisi ilə Əlibəy Sultanov, Ələkbər Quliyev, Şirzad Səfərov, Hacıbaba Ramazanov, Soltan Ələkbərov, Əli Kazımov, Nağı Nağızadə, Səid Ağamirzəyev kimi məşhur iqtisadçı alimlər məşğul olmuş­dular. Onlar əslində respublikada statistika işinin əsasını qoymuşlar.

1959-cu ildə AXTİ ADU-nun tərkibinə daxil olduqdan sonra Statistika ixtisası «Xalq təsərrüfatının planlaşdırılması və iqtisa­diy­yatı» kafedrası ilə birləşdirildi, 1964-cü ildə «Statistika» yenidən ay­rı­ca kafedraya çevrildi və 1966-cı ildən öz fəaliyyətini AXTİ-nin tər­ki­bin­də davam etdirdi.

«Statistika» kafedrasına müxtəlif illərdə prof. S.M.Ha­cıyev  (1964-1969), dos. Q.H.Məmmədov (1969-1974), dos. R.S.Seyidov (1974-1979), dos. O.İ.İbrahimov (1971-1988), dos.R.Ş.Məm­mədov (1988-1993), dos. S.C.Əliyev (1994-2000) müdirlik etmişlər.

2000-ci ildən kafedraya i.e.d., prof. Sakit Məmməd oğlu Yaqubov başçılıq edir.

Kafedranın təşəbbüsü ilə universitetdə Milli Hesablar Sistemi ixtisası yaradılmış və bu ixtisas üzrə bakalavr və magistr hazırlığı həyata keçirilir.

Azərbaycanda statistika məktəbinin formalaşması, statistikanın nəzəri-metodoloji və prak­tiki aspektləri Sovet dövründə planlı iqtisadiyyatın tələblərinə uyğun formalaş­dırılmışdır. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın sosial-iqtisadi hə­ya­tın­da aparı­lan köklü dəyişikliklər statistikanın da beynəlxalq standartlara uy­ğun­­laş­dırıl­masını zəruri etmişdir. Ona görə də res­publikamızda statistikanın beynəlxalq standartlara  keçirilməsi ilə bağlı ölkə prezidenti tərəfindən  4  Fərman imzalanmışdır.

Hal-hazırda Dövlət statistika qurumları və respub­likamızda yeganə olan “Statistika” kafedrası öz işi­ni Azərbaycanın sta­tis­tika xidmətinin beynəlxalq standartlar əsasında for­malaşması istiqa­mətində qurur.

Ölkə iqtisadiyyatının bazar prinsipləri əsasında formalaşdırılması statis­tika xidməti qarşısında kompleks tədbirlərin həyata keçirilməsini zəruri etmişdir. Bu məqsədlə Azərbaycan Respublikasında statistika sis­te­minin güc­lən­dirilməsi konsepsiyası hazırlanmışdır. 18 fevral 1994-cü ildə Rəsmi statistika haqqında Azərbaycan Respublikasının Qanunu qə­bul olunmuş, ölkə prezidentinin 24 iyun 2009-cu il tarixli 115 saylı Fər­manı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haq­qında Əsasnamə təsdiq edilmişdir.  Burada məqsəd ölkə üzrə iqtisadi, de­moq­rafik, sosial və ekoloji sahələrin vəziyyəti haqqında  dürüst və key­fiy­yətli (reprezentativ)   məlu­matlarla dövlət idarəetmə orqanlarını, sosial və iqtisadi subyektləri, elmi dairələri, geniş ictimaiyyəti, beynəlxalq təş­kilatları və digər istehlakçıları təmin etməkdən  ibarətdir.

 “Statistika” kafedrasının fəaliyyət konsepsiyası bu prinsiplərə əsaslana­raq aşağıdakı prioritet istiqamətləri əhatə edir:

1.Azərbaycanda Dövlət statistika xidmətinin müasir modelinin for­malaş­dırılmasının nəzəri-metodoloji və praktiki aspektlərinin hazırlan­masında “Sta­tistika” kafedrasının iştirakı;

2.Ölkədə statistika sisteminin gücləndirilməsi ilə bağlı müəyyənləş­diril­miş vəzifələrin həyata keçirilmə­­­sinə qadir iqtisadçı-statistik kadrların hazır­lanması;

3.“Statistika” kafedrasının elmi-tədqiqat işləri – statistika xidmə­tinin bey­nəlxalq standartlara uyğunlaşdırılması ilə əlaqədar MHS- nin formalaş­dırıl­masının nəzəri-metodoloji məsələlərinin tədqiqi.

*

Beynəlxalq  standartların tədris prosesinə gətirilməsi və bunun üçün zəruri sayılan tədris-metodiki vəsaitlər ölkə miqyasında bilavasitə  “Sta­tistika” kafedrasının professor-müəllim heyəti tərəfindən hazırlan­mış­dır. Bu vəsaitlərdə statistika xidmətinin bey­nəlxalq standartlara uy­ğun­laşdırılmasının konseptual əsasları öz əksini tapmışdır. “Beynəlxalq sta­tistika”, “Milli Hesablar Sistemi” adlı tədris proqramları və irihəcmli dərs vəsaitləri çap olunmuşdur. “Statistika” kafedrasının hazırladığı  təd­ris proqramları,  metodiki vəsaitlər və dərsliklər respublikanın bütün döv­lət və özəl ali və orta ixtisas məktəblərində istifadə olunur.

Hər il yerinə yeti­rilən dövlət büdcəli elmi-təd­qiqat işi ilə bərabər Azərbaycan Respublikası  Dövlət  Statistika  Komitə­sinin sifarişi ilə ölkədə statistikanın təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasının nəzəri-metodoloji və praktiki məsələ­ləri ilə bağlı kafedranın kollektivi tərəfindən  6 istiqamət üzrə elmi-tədqi­qat işi yerinə yetirilmişdir.

 Kafedra müasir dövrün tələblərinə uyğun dərslik, dərs vəsaitləri və digər tədris-metodik işlərin yazılması və çap olunması işini davam etdirmişdir. Kafedranın kollektivi tərəfindən 2 dərslik – S.M.Hacıyev «Statistikanın ümumi nəzəriy­yə­si», Bakı, 2005; S.M.Yaqubov, A.J.Məmmədov «Sosial-iqtisadi sta­tistika», Bakı, 2010; habelə 8 dərs vəsaiti, 2 monoqrafiya və çoxlu sayda proqram və metodik göstərişlər nəşr edilmişdir.

İxtisaslar:

Statistika

Tədris olunan əsas fənlər:

  • Statistika
  • Statistikanın nəzəriyyəsi
  • Sosial-iqtisadi statistika
  • Müəssisələr statistikası
  • Əhali statistikası
  • Milli Hesablar Sistemi
  • Maliyyə-bank statistikası
  • Əmtəə və xidmətlər bazarı statistikası
  • Sosial statistika
  • Çoxölçülü statistika üsulları

*

Professor-müəllim heyəti:

  1. i.e.d., prof. Yaqubov Sakit Məmməd (kafedra müdiri) [EİM-nin direktoru]
  2. i.e.n., dos. Seyidov Rafiq Seyid (UNEC-in Fəxri prof.)
  3. i.e.n., dos. Əliyev Əli İmaş
  4. i.e.n., dos. İbrahimov Oruc İbrahim (0.25 şt.)
  5. i.e.n., dos. Cabbarova Aynur İmran
  6. i.e.n., dos. Dünyamalıyeva Vəfa Rəşid
  7. i.e.n., dos. Hüseynli İlham Qəşəm
  8. i.e.n., dos. Teymurova Vüsalə Eynulla
  9. i.f.d., dos.  Cavadov Ramiz Cavad
  10. b/m.  İsmayılova Ülviyyə Məmməd
  11. b/m. Səmədov Bəhruz Yaqub
  12. müəl. Muradova Xalidə Firdovsi
  13. müəl. Abdullayeva Samirə İntiqam
  14. tex.f.d., dos. Mikayılov Ceyhun İsmayıl (0,5)
  15. i.f.d., dos. Yusifov Yusif Xasay (0,5)
  16. Hüseynzadə Çiçək Çingiz (0,5)