Kafedra müdiri: prof. Şəkərəliyev Arif Şəkərəli oğlu

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
Əlaqə tel: +(994) 12 541-59-02; +(994) 12 440-89-62
E-mail: a.shakaraliyev@unec.edu.az

DSC_0015DSC_0017 DSC_0016

UNEC-də dəyirmi masa: “Müasir makroiqtisadi gerçəklik şəraitində ixrac yönümlü klasterləşdirmə” (18.12.2015)

3324 2

Kafedra haqqında

“Ticarət və gömrük işinin təşkili” kafedrası 4 may 2016-cı ildə universitetin 2 kafedrasının – “Beynəlxalq ticarət və gömrük işi” və “Ticarət” kafedralarının birləşdirilməsi ilə yaradılıb.

“Beynəlxalq ticarət və gömrük işi”. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda gömrük işinin təşkili sahəsində və iqtisadi təhlükəsizliyinin təmin edilməsində kadrların hazırlanmasına böyük ehtiyac yaranmağa başladı. Bu məqsədlə 08 iyun 2001-ci ildə “Gömrük işinin təş­kili” kafedrası yaradıldı. 2 sentyabr 2009-cu il tarixdə “Beynəlxalq ticarət” və “Gömrük işinin təşkili” kafedraları ləğv edilərək onların baza­sında “Beynəlxalq ticarət və gömrük işi” kafedrası yaradıldı.

Kafedranın əməkdaşları tərəfindən 20-dən çox dərslik, dərs vəsaiti, monoqrafiya və metodiki vəsaitlər çap edilmişdir. “Gömrük işinin təşkili”, “Gömrük ekspertizası”, “Xarici iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi”, “Azərbaycanın gömrük tarixi” fənlərindən dərsliklər hazırlanmış və tələbələrin ixtiyarına verilmişdir. Kafedrada elmi-tədqiqat işlərinə də xüsusi diqqət yetirilir. Kafedranın əməkdaşları «Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin müasir problemləri» və «Azərbaycanın ixrac potensialından istifadənin tənzimlənməsini problemləri» mövzuları üzrə dövlət büdcəli elmi-tədqiqat işlərini yerinə yetirmişlər.

Kafedranın nəzdində “Gömrük işinin təşkili”, “Gömrük ekspertizası” fənlərinin tədrisi üzrə laboratoriya fəaliyyət göstərir.

İxtisaslar:

  • «Beynəlxalq ticarət»,
  • «Gömrük işi»

 

Tədris olunan əsas fənlər:

  • «Beynəlxalq ticarət»,
  • «Beynəlxalq ticarət nəzəriyyələri»,
  • «Beynəlxalq marketinq»,
  • «Gömrük işinin təşkili və idarə edilməsi»,
  • «XİF-in gömrük-tarif tənzimlənməsi»,
  • «Ölkənin iqtisadi təhlükəsizliyi»,
  • «Gömrük uçotu və maliyyə nəzarəti»,
  • «Gömrük ekspertizası»,
  • «Gömrük və vergi sisteminin təkmilləşdirilməsi problemləri»,
  • «Gömrük tarixi və gömrük siyasəti»

“Ticarət”. Ticarət ixtisası üzrə kadrların hazırlanmasına ali məktəbin ilkin yarandığı gündən başlanılmışdır. Təsadüfi deyil ki, 1930-cu ildə yaranmış və universitetimizin əsasını təşkil etmiş iq­ti­sadyönümlü ilk institut da Ticarət-Kooperativ İnstitutu adlanmışdır. Hansı ali məktəbin tərkibinə qatılmasından asılı olmayaraq ticarət ixtisası üzrə kadr hazırlığı heç vaxt dayanmamış, əksinə, yüksələn xətlə inkişaf etmişdir. Yeni yaranmış Ticarət-Kooperativ İnstitutunun fakültələrindən biri də ticarət işçiləri hazırlayan Sovet ticarəti fakültəsi idi. Bu sahəyə bilavasitə cavabdeh olan kafedra «Sovet tica­rətinin iqtisadi təşkili və texnikası» adlanırdı.

30-cu illərdə kafed­raya Həsən Hüseynov, 1945-1970-ci illərdə isə M.M.Mirbağırov rəhbərlik etmişdir. Kafedranın inkişafının böyük bir mərhələsi prof. İ.Feyzullabəylinin adı ilə bağlı olmuşdur. Azərbaycanda ticarət elminin həmin dövrün mahiyyətinə adekvat olaraq yeniləşməsi və inkişafında, eləcə də “Ticarətin iqtisadiyyatı” kafedrasının institut miqyasında aparıcı mövqeyə yiyələnməsində prof. İ.Feyzullabəyli müstəsna xidmətlər göstərmişdir.

1968-ci ildə «Ticarətin təşkili və texnikası» adlı daha bir kafedra fəaliyyətə başladı. Yeni kafedraya 1979-cu ilə qədər prof. M.M.Zey­nalov başçılıq etmişdir. 1979-1981-ci illərdə kafedra müdiri vəzifəsi i.e.d.,prof.K.P.Pa­şayev tərəfindən həyata keçirilmişdir. 1989-cu ildə “Ticarətin iqtisadiyyatı” və “Ticarətin təşkili və idarə edilməsi” kafedraları birləşdirilərək yeni «Ticarətin iqtisadiyyatı və idarə edilməsi» kafedrası yaradılmış və həmin kafedraya 1992-ci ilə qədər i.e.n., dosent Ş.H.Hacıyev rəhbərlik etmişdir. 1992-2005-ci illərdə kafed­raya i.e.n., dosent T.C.Məmmədov, 2005-2013-cü illərdə i.e.d., prof. K.P.Paşayev, dos. Məhərrəm Əkbərov rəhbərlik etmişlər.

2004-cü ildə “Kommersiya”, “Reklam işi” və “Ticarət və marketinq” kafedralarının bazasında “Ticarət” kafedrası yaradılmışdır.

Hal-hazırda “Ticarət” kafedrasında aşağı­dakı 3 ixtisas üzrə bakalavr və magistr hazırlanır:

  1. Ticarətin iqtisadiyyatı və idarə edilməsi;
  2. Əmtəə bazarında və xidmət sahəsində kommersiya fəaliyyəti;
  3. Reklam işi.

*
Kafedranın müəllimləri tərəfindən çoxlu sayda dərsliklər çap edilmişdir. Çap edilən dərsliklərdən prof. İ.Ə.Feyzullabəyli və digər müəllimlər tərəfindən yazılmış «Ticarətin iqtisadiyyatı» dərsliyi (2006), prof. T.C.Məm­mə­dovun «Tica­rətin təşkili və texnologiyası» dərsliyi (2008), dos.M.Q.Ağa­­malıyevin «Kommersiya fəaliyyətinin təşkili» dərsliyi (2006), dos.M.A.Allahverdiyevanın «Beynəlxalq marketinq» dərsliyi (2007), prof. İ.Ə.Feyzullabəyli, dos. E.İ.İbişov və H.İsrafilov «Bey­nəlxalq ticarət işi» dərsliyi (2000), prof.A.H.Səmədovun «Управ­ление рынком» (2005), prof. K.P.Paşayevin «Ticarətin idarə edilməsi (menecmenti)» dərsliyi (2009), «Kommersiya fəaliyyətinin əsasları» (2010) və digərlərini göstərmək olar.

Kafedra üzvləri tərəfindən bir neçə dərs­lik rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş və universitetin nəşriyyatında çap edilmişdir. Bunlara misal olaraq L.N.Fedotovanın «Kom­munikasiya prosesində reklam», Mark U.Conston, Qred U.Mar­şallın «Satış şöbəsinin idarə edilməsi», A.A.Mazarakinin «Ti­ca­rət, pul, mentalitet», «Münaqişələr xidməti» («Konflik­to­lo­gi­ya») və s. gös­tərmək olar.

*

Kafedra tədrislə yanaşı ticarət, reklam, kommersiya problemləri üzrə elmi-metodoloji mər­kəz kimi formalaşmışdır. «Bazar iqtisadiyyatı şəraitində ticarətin inkişafının sosial-iqtisadi problemləri» möv­zu­sunda yerinə yetirilən  elmi-tədqiqat işi ölkənin iqtisadiyyatı ilə bağlı «Mal bazarının tədqiqi və idarə edilməsi», «Reklamın əsas inkişaf istiqamətləri», «Reklam bazarı», «Əhalinin ticarətdə işlə təmin prob­lemləri», «Ərzaq və qeyri-ərzaq mallarının istehsalı və satışı prob­lemləri», «Bazarın kompleks tədqiqi və proqnoz­laş­dırıl­ması prob­lemləri», «Kommersiya-innovasiya problemləri», «Kom­mer­­si­yanın formalaşması strategiyası» və s. elmi problemləri əhatə et­mişdir.

Kafedranın üzvləri SSRİ məkanında yerinə yetirilən elmi-tədqiqat işlərində yaxından iştirak etmişlər. Ümumittifaq miqyaslı elmi-tədqiqat işi olan «Kon­disio­nerlərin istehsalı, satışı və xidmətin təşkilinin əsas istiqamətləri»nin Qafqaz və Orta Asiya regionları ilə bağlı olan hissəsi kafedranın əməkdaşları tərəfindən yerinə yetirilmişdir. 1990-cı illərin ən sanballı elmi-tədqiqat işlərindən sayılan «Bakının sosial-iqtisadi inkişaf problemləri» kitabının ərsəyə gətirilməsində iki ən böyük bölmə kafedranın dosentləri Ş.Hacıyev və A.Səmədov tərəfindən yazılmışdır.

 

Professor-müəllim heyəti: 

  1. i.e.d., prof. Şəkərəliyev Arif Şəkərəli (kafedra müdiri)
  2. i.e.d., prof. Səmədov Aydın Hidayət
  3. i.e.d., prof. Məmmədov Elşad Yaqub
  4. i.e.n., dos. Əkbərov Məhərrəm Qənbər
  5. i.e.n., dos. Əliyeva Elmira Ağa
  6. i.e.n., dos. Əliyeva Gülarə Faiq (0,25) [İqt. fak. dekan müavini]
  7. i.e.n., dos. Məmmədli Mübariz Malik
  8. i.e.n., dos. Bayramova Xalidə Nuru (0,5) [Səbail Rİ baş.müavini]
  9. i.e.n., dos. Əsgərov Hikmət Mirağa
  10. i.e.n., dos. Şəkərəliyeva Zibeydə Arif
  11. i.e.n., dos.  Abasov Həsən Hüseyn
  12. i.e.n., dos.  Allahverdiyeva Müslümat Allahverdi
  13. i.e.n., dos.  Əzizova Gülnarə Əsabəli
  14. i.e.n., dos.  İbişov Elman İbiş
  15. i.e.n., dos.  Həşimov Hüseyn İbrahim
  16. i.e.n., dos.  Xudiyeva Pikəxanım Tahir
  17. i.e.n., dos.  Qurbanov Mübariz Musa
  18. i.e.n., dos.  Manafov Bahadur Nadir
  19. i.e.n., dos. Səfərova Validə Topu
  20. i.e.n., dos.  Səmədova Mehriban Tofiq
  21. i.e.n., dos.  Vəliyeva İradə Hatəm
  22. i.f.d., dos. Eyvazov Elçin Təhməz (0,5) [İqt. fak. dekan müavini]
  23. i.f.d., b/m. Cabbarova Kəmalə Sətdar
  24. i.f.d., b/m. Dadaşova Mətanət İdris
  25. i.f.d., b/m. Hüseynova Səkinə Yaqub
  26. i.f.d., müəl. Əhmədova Aynur Mustafa
  27. i.f.d., b/m. Rzayeva Natavan Məmməd
  28. i.e.n., b/m. Aslanova Müslümə Maqsud
  29. i.e.n., b/m. Quliyeva Nərmin Tofiq
  30. b/m.Məmmədova İradə Cabbar
  31. b/m. Muradov Namiq İbrahim
  32. i.f.d., b/m. Balabəyova Nərminə Şıxaməddin
  33. b/m. Abdullayeva Zöhrə Həkim
  34. b/m. Əfəndiyeva Nərminə Rasim
  35. i.f.d. Fərzəliyeva Süsən Vaqif
  36. müəl. Hüseynova Lamiyə Mavəddin
  37. müəl. İsmayılova Gülarə Köçəri
  38. müəl. Hacıyeva Aytac Müzəffər
  39. müəl. Abdullayeva Gülnarə Akif
  40. b/m. Bəxtiyarova Sevda Heydər (0.5)
  41. müəl. Muradova Səbinə Xaliq
  42. asst. Ağamalıyeva Kifayət Süleyman
  43. i.e.n., dos. Hüseynov Adil Şeyruz
  44. müəl. Cəfərova Ülviyyə Yusif (0.5)

 

Məsləhətçi

i.e.n. Məmmədov Tofiq Cavad - dos.-məs. (UNEC-in Fəxri prof.)

 *

“Beynəlxalq ticarət və gömrük işi” kafedrası üzrə MÜHAZİRƏ MƏTNLƏRİ
“Beynəlxalq ticarət və gömrük işi” kafedrası üzrə DƏRSLİKLƏR
“Beynəlxalq ticarət və gömrük işi” kafedrası üzrə FƏNN PROQRAMLARI

Kafedranın e-k/xanası

Ticarət iqtisadiyyatı. Dərslik.
Ticarət iqtisadiyyatı. Dərslik
Ticarət müəssisələrinin iqtisadiyyatı. M.Ağamalıyev, T.Şükürov
Ticarət, pul, mentalitet. A.Mazaraki

2010-2013-cü illərin nəşrləri haqqında MƏLUMAT