Türkiyəli professordan ustad dərsi: “Yeni texnologiyaların iqtisadiyyata təsiri”

17 OKTYABR 2017 | VIEWS:
1685

250px-Logo_of_Suleymen_Demirel_University,_KazakhstanTürkiyənin Süleyman Demirel Universitetinin professoru Mehmet Albayrak UNEC-də olub.

Türkiyəli professor SABAH qrupunda “Yeni texnologiyaların iqtisadiyyata təsiri” mövzusunda ustad dərsi keçib. Bəşəriyyət qloballaşdıqca, elmi nailiyyətlər artdıqca dünya iqtisadiyyatının tələblərinin də dəyişdiyini bildirən professor ötən əsrdə dünya iqtisadiyyatı daha çox neft, qaz, qızıl üzərində qurulurdusa, bu gün onun daha çox İKT üzərində formalaşdığını diqqətə çatdırıb. İqtisadi inkişafda texnologiyaların rolundan bəhs edən M.Albayrak dünyanın əksər ölkələrində informasiya texnologiyaları və sistemləri iqtisadiyyatın idarəetmə, maliyyə və bank işlərində daha çox istifadə olunduğunu bildirib. O, İKT-nin iqtisadiyyatda tətbiqi yeni iqtisadiyyatın yaranmasına, onun qloballaşmasına, təsiredici faktorların tərkibinin dəyişməsinə, iqtisadiyyatın inkişaf amillərinin daha müasir, geniş müstəvini əhatə etməsinə səbəb olduğunu qeyd edib. Bugünkü iqtisadiyyatın məhz İKT-nin təsiri və tətbiqi nəticəsində öz sələflərindən ən yaxşı xüsusiyyətləri götürərək yeni, informasiya əsaslı bazada inkişaf etdiyini vurğulayıb.

Sonda professor tələbələri maraqlandıran sualları cavablandırıb.

1686 1