Ulu Öndər UNEC-də anılıb

12 DEKABR 2016 | VIEWS:
2150

Ümummilli Lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov və ali məktəbin professor-müəllim heyəti Fəxri Xiyabanı ziyarət ediblər. UNEC kollektivi Ümummilli Liderin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər. Onlar həmçinin oftalmoloq, akademik Zərifə Əliyevanın məzarı üstünə də gül dəstələri düzüblər.

Anım tədbiri universitetdə davam etdirilib. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Dahi Şəxsiyyət” sənədli filmi nümayiş olunub.

YAP Səbail rayon UNEC ilk ərazi təşkilatının sədri, prorektor Mikayıl Zeynalov “Heydər Əliyev və vətənpərvərlik tərbiyəsi”ndən danışıb. Bildirib ki, müstəqil Azərbaycanın siyasi-ideoloji strategiyasında mühüm yer tutan və Ulu Öndərin böyük dühasının bəhrəsi olan vətənpərvərlik təlimi müstəqil dövlətimizin hərtərəfli inkişafının etibarlı təməlidir. M.Zeynalov Heydər Əliyevin tövsiyə etdiyi əsl vətənpərvərliyin təməlində hər zaman Azərbaycan naminə çalışmaq, onun hərtərəfli yüksəlişinə səy göstərmək, milli-mənəvi dəyərləri qorumaq, Vətən və xalq qarşısında borc və məsuliyyəti dərk edib əməli fəaliyyətdə rəhbər tutmaq olduğunu vurğulayıb. Qeyd edib ki, hazırda ölkəmizdə bütün digər sahələrlə yanaşı, vətənpərvərlik prinsiplərinin ardıcıl və əhatəli şəkildə həyata keçirilməsində də Ulu Öndərin siyasi kursuna dönmədən əməl olunur, Vətənimizin və xalqımızın hərtərəfli yüksəlişi üçün misilsiz işlər görülür.

UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov “Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda çıxış edib. Azərbaycanda tolerantlığı dövlət siyasətinə çevirən Ulu Öndər Heydər Əliyevin ölkəmizdə multikulturalizmin inkişafı sahəsində xidmətlərinin dərindən öyrənilməsi olduğunu bildirib. O, Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsinin özündə multikulturalizm və tolerantlıq ideyasını əks etdirdiyini xüsusi vurğulayıb.

 

2151 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser