Əziz abituriyentlər!

İlk öncə hər birinizi tələbə adını qazanmaq uğrunda çəkilən zəhmətin layiqli nəticəsini görməyinizi arzu edir, bu yolda sizə dəstək olan əzizlərinizə və müəllimlərinizə təşəkkür edirəm.

Həyatınızın bu səhifəsi əlbəttə ki, gələcək uğur yolunuzu müəyyən edəcəkdir. Universitet illərində əzmkarlıq, çalışqanlıq, məntiqi düşünmə, bilik və bacarıq əsasında müstəqil qərarvermə, dəyərlərə sadiqlik, qayğıkeşlik kimi bir sıra üstün keyfiyyətlərə sahib olacaqsınız. UNEC ailəsi olaraq bu yolda Sizlərə hər zaman yaxından dəstək olacağımızı bildirməkdən şərəf duyuruq.

Gələcək karyera yolunuzu müəyyənləşdirmək üçün Sizə məsləhətlərini əsirgəməyəcək, ixtisaslar barədə dolğun informasiya almaq üçün bu dövrdə UNEC-də Abituriyent Sorğu Xidməti yaradılıb. Siz 146-1-3 nömrəsinə zəng edərək universitetimiz, tədris prosesi və sizi maraqlandıran digər suallara cavab tapa bilərsiniz.

O cümlədən, əməkdaşlarımız ixtisasların seçim kodlaşmasında Sizə hərtərəfli məsləhət verməyə də hazırdır. Universitetimizdə Sizləri görməkdən hər zaman şad olarıq.

Bir daha hər birinizə uğurlar arzulayıram.

UNEC-in rektoru, professor Ədalət Muradov

maliyyaDSC_9903mentor11DSC_8944amerikan_9396DSC_3260unec (9)

Necə müraciət etməli?

Universitetimizin bakalavr proqramlarına müraciət Azərbaycan Respublikası vətəndaşları üçün Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi qayda və prosedurlar əsasında həyata keçirilir (əlavə məlumat üçün bax: www.tqdk.gov.az). Əcnəbilərin bakalavr proqramlarımıza qəbulu birbaşa UNEC tərəfindən müsahibə əsasında aparılır (əlavə məlumat üçün bax: www.unec.edu.az)

11690 41

Üstünlüklərimiz

İngilis dilində yüksək standartlarda təhsil almaq

“SABAH – Savadlı. Bacarıqlı. Hazırlıqlı.” tələbə qruplarında oxumaq

Türk dilində Qərb standartlarında təhsil almaq

London Universitetinin diplomunu əldə etmək

Montpelye Universitetinin diplomunu qazanmaq

Bir və ya bir neçə semestr nüfuzlu xarici universitetlərdə təhsil almaq

Təhsil aldığın dövrdə öz biznesini qurmaq

“Məzun Yarmarkaları” vasitəsilə karyeraya başlamaq

*
WhatsApp Image 2017-04-21 at 13.56.01


Tədris olunan ixtisaslar

*
Keçid balları və təhsil haqqı

bal88мок

Zaqatala filialı üzrə

ballar20177_zaqatala

Tələbə həyatı

DSC_3594sos_1713-1024x66816 (46)16 (51)

Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olan abituriyentlərin nəzərinə!
Təhsil haqqından azad edilən şəxslərin nəzərinə! 

600-dən yuxarı bal toplayan abituriyentlər UNEC-də (18.07.2017)
600-dən yüksək bal toplayan abituriyentlər UNEC-də (22.05.2017)

700 bal toplayan abituriyentlərin UNEC təəssüratları (17.05.2017)

700 bal toplayan abituriyentlər UNEC-də (16.05.2017)
UNEC-də abituriyentlər üçün növbəti “Açıq qapı” keçirilib (03.08.2016)
Abituriyentlər UNEC-lə tanış olub (29.07.2017)
“Biz UNEC tələbəsi olmaq istəyirik” (10.01.2017)
Rektor Ədalət Muradov: “Məqsədimiz UNEC-ə daha savadlı abituriyentləri cəlb etməkdir” (22.10.2015)

 

*
İctimaiyyətlə Əlqələr Şöbəsi
– (+994)12 492-60-43; (+994)12 497-58-63

qaynar xet

 Qaynar Xətt – 146-1-3 

 e-mail: qaynarxett@unec.edu.az


*
Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi – (+994)12 492-64-41
Tədris-metodiki mərkəz – (+994)12 492-03-20;  (+994)12 492-97-57

Tələbə-rektor – (+994)12 492-78-25
Tələbə Gənclər Təşkilatı – (+994)12 492-66-31
Tələbə Həmkarlar İttifaqı Komitəsi – (+994)12 492-27-48

Beynəlxalq Əməkdaşlıq Departamenti - (+994)12 492-60-45 

E-mail: abituriyent@unec.edu.az
UNEC-in Rəsmi Facebook səhifəsi 
 

Bizi niyə seçirlər?

  • İqtisadiyyat və biznes profili üzrə Azərbaycanın ən böyük, inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiyanın isə ən yaxşı 4-cü universitetində təhsil almanın üstünlüklərindən faydalana bilər, ölkənin əksər nüfuzlu iqtisadçı alim və mütəxəssisləri ilə birgə tədris və tədqiqat imkanları əldə edə bilərsiniz;
  • Bizim bakalavr proqramlarında istədiyiniz dörd dildən (Azərbaycan, Rus, İngilis, Türk) birində təhsil almaq imkanı qazana bilərsiniz;
  • Universitetimizin hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəsinə verilən “ikinci əlaçı təqaüdü”nü qazana bilərsiniz;
  • İkinci kursdan başlayaraq Azərbaycanda iqtisadiyyat və biznes profili üzrə Universitetimizdə fəaliyyət göstərən “SABAH” qruplarında təhsilinizi davam etdirə bilərsiniz;
  • Üçüncü kursdan başlayaraq digər bakalavr proqramlarımızdan da dərslər götürərək, iki ayrı ixtisas üzrə diplom əldə edə bilərsiniz;
  • Universitetimizin beynəlxalq əlaqələrindən istifadə edərək dünyanın bir çox nüfuzlu universitetlərinin bakalavr proqramlarında bir semestr və ya bir il təhsilinizi davam etdirə bilər, həmçinin də ikili diplom verən beynəlxalq bakalavr proqramlarına qəbul ola bilərsiniz;
  • Universitetimizdə müntəzəm olaraq təşkil olunan xarici nüfuzlu alim və mütəxəssislərin mühazirə və seminarlarında, həmçinin də qısamüddətli sertifikat proqramlarında iştirak edə bilərsiniz;
  • Azərbaycanda biznes aləmi ilə əməkdaşlıqda ən böyük imkanlara malik universitetimizin bu üstünlüyündən yararlanaraq, yaxşı təcrübə və karyera imkanları əldə edə bilərsiniz;
  • Universitetimizin “İnnovativ Biznes-İnkubator” imkanlarından istifadə edərək öz biznes layihələrinizi reallaşdıra bilərsiniz;
  • Gəncliyinizi hərtərəfli inkişaf etdirəcək dinamik tələbə təşkilatlarına qoşula, asudə vaxtınızı UNEC Yaradıcılıq Mərkəzindəsəmərəli keçirə bilərsiniz.
  • Qafqazın “yüksələn ulduzu” Bakının mərkəzi hissələrində yerləşən və yüksək standartlara cavab verən tədris binalarımızda təhsil almanın üstünlüklərini yaşaya bilərsiniz;
  • Universitetimizin ölkədə iqtisadiyyat və biznes profili üzrə əsas magistr proqramlarına daha yaxşı hazırlaşmaq imkanı əldə edə bilərşiniz.

*
UNEC-ə SAT ilə qəbul qaydaları

1-DSC_1843 1-DSC_2002  13 (3) 13 (4)

Beynəlxalq əməkdaşlıq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.

Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, UNEC dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.

Hazırda universitetimiz Almaniyanın Ziqen Universiteti (Siegen University), Böyük Britaniyanın Uorvik Universiteti (University of Warwick), İtaliyanın Boloniya Universiteti (University of Bologna), İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (University of Business and International Studies), İspaniyanın Malaqa Universiteti (University of Malaga), Litvanın Mikolas Romeris Universiteti (Mykolas Romeris University), Cənubi Koreyanın Vusonq Universitetinin Solbrij Beynəlxalq Biznes Məktəbi (Solbridge International School of Business, Woosong University), Türkiyənin Qazi, Hacettepe və Sakarya Universitetləri ilə aktiv əməkdaşlıq edir.

Hazırda UNEC tələbələri qeyd olunan tərəfdaş universitetlərdə bir semestrlik təhsil almaq imkanından geniş şəkildə istifadə edirlər. Eyni zamanda, həyata keçirilən müəllim mübadiləsi UNEC-də tədris prosesinin təkmilləşdirilməsi və professor-müəllim heyətinin qabaqcıl xarici universitetlərin müsbət təcrübəsindən faydalanması baxımından mühüm əhəmiyyət kəsb edir.

beyDSC_0765 beyDSC_0746 bey17 beyDSC_7441

Xaricdə təhsil imkanları

MÜBADİLƏ PROQRAMLARI

  imgpreview06   vishkaenshot_20161014-111937   Daad_enshot_20161014-112335 cefamимок


DSC_3565IMG_0330IMG_0331