UNEC alimləri fiskal siyasət üzrə ekspert qrupu ilə görüşüb

11 NOYABR 2016 | VIEWS:
2027

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Avropa İttifaqı arasında TAIEX proqramı çərçivəsində fiskal sektorda huquqi, institusional və iqtisadi mövzunun tədqiqatı məqsədilə yaradılan konsorsiumun cənab Chris Walesin  rəhbərlik etdiyi ekspert qrupu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru Əvəz Ələkbərovun rəhbərlik etdiyi alimlər qrupunun görüşü keçirilib. Görüşdə kafedranın professorları Yaşar Kəlbiyev ilə Nizami Xudiyev iştirak edib.

Görüşdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların, o cümlədən, fiskal sektorun iqtisadi və institusional bazası haqqında ətraflı məlumat verilib, makroiqtisadi sabitliyin və iqtisadi artımın dayanaqlığının təmin olunması, ölkənin və regionların sosial-iqtisadi inkişafının artırılması yolları, o cümlədən bank sektorunda stabillik, rəqabət mühiti, ixrac yönümlü məhsullara dəstək geniş müzakirə olunub.

 

2028 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna