UNEC beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilir

23 AVQUST 2017 | VIEWS:
867

FullSizeRenderÇin Xalq Respublikasının Dongbei Maliyyə və İqtisadiyyat Universitetinin nümayəndəsi, universitetin doktorantura üzrə məzunu, həmyerlimiz Pərvanə Kazımova UNEC-də olub.

UNEC-in beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildiyini deyən Pərvanə Kazımova rektor, professor Ədalət Muradova Dongbei Maliyyə və İqtisadiyyat Universiteti adından ünvanlanmış məktubu çatdırıb. Bildirib ki, UNEC son illər inkişafı və innovativliyilə Çinin ali məktəblərinin diqqətini cəlb edib. Bu baxımdan UNEC-i etibarlı və faydalı tərəfdaş hesab edən Dongbei Maliyyə və İqtisadiyyat Universiteti iki tərəfli əməkdaşlıqda maraqlıdır.

Pərvanə Kazımova təmsil etdiyi təhsil ocağı haqda məlumat verib. Qeyd edib ki, Dongbei Maliyyə və İqtisadiyyat Universiteti Çinin iqtisadyönümlü ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitetin fəaliyyəti iqtisadiyyat, menecment, hüquq və elm sahələrini əhatə edir. Burada doktorantura üzrə 42 proqram, 72 magistratura, MBA, MPA, MPAcc, JM proqramları və bakalavr üzrə 31 proqram fəaliyyət göstərir. Universitetin Birləşmiş Krallıq, Almaniya, Koreya, Yaponiya, Kanada, Avstraliya, İrlandiya və Avstriya ilə mübadilə proqramları var.

UNEC-də tətbiq edilən yeniliklərdən danışan Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Anar Kazımov ölkə başçısı Cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfərindən sonra iki ölkənin ali təhsil müəssisələrilə əməkdaşlıqda canlanmanın müşahidə olunduğunu, bu mənada UNEC-in bir sıra Çin universitetlərilə əlaqələr qurduğunu, 2016-cı ildə “Kəmər və Yol Universitetləri Alyansı”na üzv qəbul olunduğunu bildirib.

Sonda hər iki universitetin gələcək əməkdaşlıq perspektivləri, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları, Liaonin təqaüdlərinin verilməsi haqqında razılıq əldə olunub.

868 1