UNEC bilik iqtisadiyyatının inkişafına töhfələr verməyi hədəfləyir

20 OKTYABR 2017 | VIEWS:
1280

iqtisadiyyat.com

Zahid-m111-Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə təsdiq olunan “Azərbaycan Dövlət İqti­sad Universitetində professor-­müəllim he­yətinin xidməti fəa­­liyyətinin qiymətləndirilmə­sinə əsaslanan Differensial Əmək­haqqı Sisteminin tətbiqi haq­qında Qaydalar”ın əsas məq­sədi professor-müəllim he­­yətinin xidməti fəaliyyətini ob­yektiv kriteriyalar əsasında qiy­mətləndirərək, əməkhaqla­rı­nı differensiallaşdırmaqla on­­ların el­mi-pedaqoji fəaliyyət­lə­rinin UNEC-in inkişaf hə­dəfləri isti­qa­mətində stimullaşdırılmasını güc­ləndirməkdir. Bu günlərdə isə dif­ferensial əməkhaqqı sistemi üzrə reytinq sıralamasında ilk yerdə Azərbaycan Dövlət İqtisad Universitetinin Elm şöbəsinin müdiri, “Maliyyə və maliyyə institutları işi” kafedrasının professoru, i.e.d. Zahid Fərrux Məmmədov qərarlaşdı. Biz də “İqtisadiyyat” qəzeti ola­raq Zahid müəllimlə görüşdük, differensial əməkhaqqı sistemi, onun üstünlükləri və digər xüsusiyyətləri haqqında məlumat aldıq. Mövzu ilə bağlı müsahibəni oxucuların diqqətinə çatdırırıq.

– Zahid müəllim, ilk olaraq sizi differensial əməkhaqqı sis­­temi üzrə reytinqdə birinci ol­­mağınız münasibətilə təbrik edirəm. İstərdim bu sistem haq­­qında bir qədər məlumat verəsiniz.
Differensial əməkhaqqı sistemində 40% elmi nailiyyətlər, 40% tədris fəaliyyəti, 20% isə özünüinkişaf göstəricisi nəzərə alınır. Təbii ki, bu prioritetlər içərisində elmi fəaliyyət daha çox üstünlüyə malikdir və bütünlükdə həm elmi tədbirləri, həm elmi nəşrləri, həm də xarici elmi tədbirlərdə məruzəçi və moderator olaraq çıxışları əsas götürür. Xüsusilə, burada UNEC-in statusunu nəzərə almaq lazımdır, çünki son dö­nəmdə UNEC bu sahədə böyük uğurlar qazanmışdır.

– Bəs, UNEC-də diferensial əmək­haqqı sisteminin tətbiqi məsələsi nə ilə əlaqədar olaraq meydana çıxdı?
Qeyd edim ki, UNEC dünya təhsil xidmətləri bazarında rə­qa­bət­qa­bi­liyyətli brend universi­tet yaratmaqla yüksəkixtisaslı iq­tisadçı və menecerlərin hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatların aparılması, “biliklər iqtisadiyyatı”nın inkişafına və ölkəmizin sosial-iqtisadi tərəqqisinə töhfələr verməyi hədəfləmişdir. 2016-cı il­də UNEC, həmçinin “Thomson Reuters”in ali təhsil müəssisələrinin qlobal elmi bazası olan “Web of Science” platformasına abunə yazılıb. Dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters” şirkətinin təlimləri Azər­baycan ali təhsil müəssisələri arasında ilk dəfə UNEC-də təşkil olunub. Differensial əməkhaqqı sis­teminin tətbiqi təcrübəsi isə ar­tıq xarici ölkələrdə çoxdan mövcuddur və biz düşündük ki, niyə də UNEC-də olmasın?! Beləliklə, Azərbaycanda belə bir sistemi ilk dəfə UNEC olaraq biz tətbiq etdik. Təbii ki, bu, cəsarətli bir addım idi. Heç bir təcrübəyə malik olmadan yalnızca dünya praktikasına əsaslanaraq biz onun Azərbaycan modelini yaratdıq.

– Bu sistemin əsas üstünlükləri nədən ibarətdir?
Diferensial əməkhaqqı siste­mi­nin tətbiqinin, təbii ki, özünə­məxsus üstünlükləri vardır. Bu üstünlük əsas olaraq onun müəllimlərin reytinqində informasiya bazası rolunu oynaması və stimullaşdırıcı xarakteri ilə bağlıdır. İnformasiya bazası xaricdə təşkil olunan beynəlxalq tədrbirlərdə iştirakla əlaqədar gələn dəvətlərə cavab olaraq ora göndəriləcək nümayəndələrin seçilməsində mühüm rol oynayır. Nəzərə alın ki, əvvəllər ora göndəriləcək nümayəndəni seçmək üçün müxtəlif fikirlər səslənirdisə, artıq burada reytinq sistemi öz sözünü deməyə başlayır. Biz burada insanların iradəsinə görə deyil, alınan nəticəyə baxaraq, əsaslanaraq konfransa, hansısa tədbirə yollanacaq nümayəndəni rahatlıqla seçmiş oluruq.
Hətta UNEC-də illərdir fəaliyyət göstərən professor-müəllim heyəti var ki, xarici ölkələrin heç birində konfranslarda iştirak etməyiblər. Bu gün isə reytinqin nəticələrinə əsasən onlar konfranslara göndərilir və özləri də bundan məmnunluq duyduqlarını dilə gətirirlər. Burada artıq müəllimlərin sırf fəaliyyətilə bağlı qiymətləndirmə aparılır.
Həmçinin, artıq bu reytinq sistemi ilə hamı bir-birini tanıyır, universitetdə bütün kafedraların bir-birinin fəaliyyətindən məlumatı var. Hansısa vəzifəyə təyin olunduqda da və ya mükafatların verilməsində də bu sistem mühüm rol oynamaqdadır.
Differensial əməkhaqqı sisteminin əsas üstünlüklərindən biri də araşdırma yolu ilə bilik istehsal etmək və tədris yolu ilə savadlı kadrlar yetişdirməkdir.

 Zahid müəllim, bəs, bu reytinqin ilk sırada qərarlaşan müəllim üçün başqa stimullaşdırıcı cəhətləri də varmı?
Reytinqdə üstünlük qazanan müəllim pul mükafatı də əldə edir ki, bu da əlavə stimuldur. Həmçinin, burada maaşa əlavələr də nəzərdə tutulur. Hər il bu reytinqdə fərqli müəllim yer tuta bilər. Bu da rəqabət mühiti formalaşdırmaqla bu reytinq uğrunda mübarizəni artırır və fəaliyyət prosesini daha yaxşı qurmağa kömək edir. Bəzən alim və ya professorlarımız düşünür ki, bu reytinqdə ən üst sırada qərarlaşan müəllim artıq elmdə söz sahibidir. Təbii ki, bu, belə deyil. Hətta futbolda da bir il birincilik qazanan komanda sonrakı illərdə uğur qazanmaya bilər. Məsələn, Qalatasaray, Spartak və s. amma, təbii ki, onlar da illər keçsə də, marka olaraq qalmaqda davam edir. Belə müəllimlərimizi də biz UNEC-də hörmətlə sayıb-seçirik.

– Bu sistemlə əlaqədar gələcəkdə hansı işlərin görülməsi nəzərdə tutulur?
Hazırda bu sistem üzrə reytinq sıralaması əsasən, bir illik fəaliyyət mexanizmini əhatə edir, lakin biz gələcəkdə professor-müəllim heyətinin bütün fəaliyyətini əhatə edəcək bir mexanizm hazırlamağı da düşünürük.
Bilirsiniz ki, “Azərbaycan Respublikasının milli iqtisadiyyatın perspektivləri üzrə Strateji Yol Xəritəsi” ilə Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prosesinə start verildi. Strateji Yol Xəritəsində də elm, təhsil, innovasiya formatına keçid haqqında xüsusi bölmə var. Artıq universitetlərin də bu formatda işləməsinə ehtiyac var. Əvvəllər universitetləri bir tədris müəssisələri olaraq dəyərləndirirdiksə, onlar köhnə kitablara əsaslanıb, özləri deyib, özləri dinləyir, heç bir müzakirə aparmırdılarsa, artıq anlayırlar ki, onların elmi tədqiqi olmalıdır, nəhəng problemlərin həllinə yönəlmiş tədqiqat işləri aparılmalıdır. Beləliklə, universitetlərdə təqdiqatlar aparılır. Dərsliklərin ha­zırlanması elmi tədqiqat yolunu keç­mədən mümkün deyildir. Sonra diqqət etdilər ki, elm elm üçün olmamalıdır, bunun ictimaiyyətə çatdırılması, kommersiyalaşdırılması la­zımdır. Çünki intellektual mülkiyyətin kommersiyalaşdırılması prosesi olmalıdır. Beləliklə də, innovativ məhsul formatına keçid baş tutdu.

– UNEC olaraq perspektiv planlarınız nədən ibarətdir?
Hal-hazırda qarşıda duran ən önəmli məsələlərdən biri UNEC-də tədqiqat universiteti qurmaqdır. Artıq qısa müddətdə tədqiqat universitetinə keçidlə əlaqədar çox böyük uğurlar əldə edilib. Hətta elm haqqında qanunda bu məsələ öz əksini tapmışdır.
Həmçinin, yaxın zamanlarda UNEC-də məqalələrin beynəlxalq elmi jurnallarda nəşrinə başlamağı da düşünürük. Burada isə xüsusilə məqalələrin jurnalın istiqamətinə uyğun olması məsələsinə diqqət yetiriləcəkdir. Çünki bəzən kənd təsərrüfatı haqqında olan jurnalda sosial-mədəni, yaxud ədəbi jurnalda fizikaya dair məqalələrə rast gəlirsən. Bu, həm jurnal, həm də müəllif baxımından düzgün deyil. Çünki həmin məqalə o jurnalın profilinə uyğun deyil, eyni zamanda, öz oxucusunu da tapmayacaqdır.

– Zahid müəllim, sizi bir daha qəzetimiz adından təbrik edirik və işlərinizdə nailiyyətlər diləyirik.
– Mən də “İqtisadiyyat” qəzetinə öz təşəkkürümü bildirirəm. Qeyd etmək istərdim ki, bu gün “İqtisadiyyat” qəzeti”nin Azərbaycan cəmiyyətində xüsusi xidmətləri, eyni zamanda, differensial əməkhaqqı və elmi innovasiya formatına keçiddə böyük rolu var. Çünki “İqtisadiyyat” qəzetində bu haqda çoxsaylı məqalələr yer alır. Düşünürəm ki, “İqtisadiyyat” qəzetinin elmi jurnal təsis etməsi ictimai müzakirə üçün də gözəl imkanlar yaradardı.

Müsahibəni apardı: 
Mətanət Hüseynova

1281 1