UNEC Biznes  Məktəbinin MBA Proqramının üstünlükləri

10 AVQUST 2016 | OXUNUB:
1343

Azərbaycan Dövlət İqtisad Uiversitetinin (UNEC) UNEC Biznes Məktəbinin MBA Proqramı ali təhsilli ixtisaslı mütəxəssislərin rəhbərlik keyfiyyətinin yüksəldilməsi, sistemli bilik, bacarıq və işgüzar idarə­et­mə vərdişlərinin mənimsənilməsi, eləcə də peşəkarlıq səviyyəsinin davamlı ola­raq ar­tırıl­masına şərait yaradır.  Həmçinin, müasir biznes informasiyasının araşdırılması, analitik düşünmə və qə­rar­vermə qabiliyyətinın inkişafı, biznes etikası, təqdimat qabiliyyəti, vaxtın ida­rə­edilməsi və sahibkarlıq məntiqinin formalaşdırılması üçün geniş imkanlar açır.

Proqram magistrləri cəmiyyət, müəssisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır.

Nəzəri və praktik məlumatlarla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) müzakirə edilir, rol oynama, biznes oyunu, müxtəlif ssenarilərin təqdimatları, qrup və layihə çalışmaları həyata keçirilir ki, bunun üçün də müasir təd­ris metodu və texnologiyalarından istifadə olunur.

Proqram ictimai əhəmiyyətli qeyri-hökumət, qeyri-dövlət və kommersiya yönümlü təşkilatlarda struktur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik idarə­edilməsi, qanunvericilikdə və biznes mühitində yeni meyillərin öncədən (proaktiv) araşdırılması vərdişlərini aşılayır.

Magistrın fənni mənimsəməsi həftəlik və yarım semestrlik testlər (quiz), dərsdə iştirak səviyyəsi, ev tapşırıqları və kumulativ (semestr imtahanı) imtahan əsasında (test və yazılı formada açıq suallardan ibarət olmaqla) qiymətləndirilir.

Qeyd edək ki, 2016-2017-ci tədris ilindən etibarən tədrisin təşkili və fənlərin mənimsənilməsi key­fiy­yətinin artırılması məqsədilə dərslər intensiv formatda keçiriləcək. Təd­ris ili 4 semestrdən ibarət olacaq: 2 ay davam edən semestrdə 2 fənn tədris ediləcəkdir ki, bu da tədrisin keyfiyyətinin artırılmasına müsbət təsir göstərəcək.

1344 1