UNEC-də Bilik günü keçirilib

15 SENTYABR 2015 | VIEWS:
3450

15 sentyabr – Bilik günü münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində ( UNEC) tədbirlər keçirilib.

UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov Uçot-iqtisad, Maliyyə fakültəsi və Beynəlxalq iqtisadiyyat məktəbinə qəbul olan birinci kurs tələbələrini təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb. UNEC-də görülən işlər, həyata keçiriləcək yeniliklər barədə ətraflı məlumat verib, innovasiyanın tətbiqi məsələlərini tələbələrin diqqətinə çatdırıb. Qeyd edib ki, universitetdə elektron universitet modelinin tətbiqinə başlanılıb. Bu sistem vasitəsilə bütün tədris prosesinin elektronlaşdırılması nəzərdə tutulub.

İnzibati və təşkilatı məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov Kommersiya, Texnoloğiya və dizayn, İqtisadiyyat və sənaye fakültəsinin birinci kurs tələbələri ilə görüşərək onları yeni tədris ili münasibətilə təbrik edib. Ölkəmizdə aparılan təhsil islahatlarından, təhsilə göstərilən dövlət qayğısı və diqqətdən danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təməli qoyulan təhsil quruculuğu prosesi bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ş.Əsgərov universitetdaxili intizam qaydalarının əsas müddəalarını tələbələrin nəzərinə çatdırıb.

Tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova Biznes inzibatçılıgı  fakültəsi və İnformatika və idarəetmə fakultəsinin birinci kurs tələbələrini təbrik edərək, onlara dərslərində müvəffəqiyyətlər arzulayıb. O, gənclərə müasir təhsilin rolundan, ölkəmizdə bu sahənin inkişafına göstərilən xüsusi diqqət və qayğıdan danışıb. UNEC məzunlarının bütün dövrlərdə respublikanın ictimai-siyasi həyatında önəmli yerlər tutduğunu vurğulayıb.

İqtisadi məsələlər üzrə prorektor Mikayıl Zeynalov Əmtəəşünaslıq fakültəsinin birinci kurs tələbələrinə UNEC-i seçdikləri üçün təşəkkürünü bildirib, onlara təhsil prosesində ugurlar diləyib. M.Zeynalıov tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində son zamanlar aparılan işlər barədə danışıb. Qeyd edib ki, UNEC ilk dəfə olaraq dünyanın Top-5000 universiteti siyahısında yer alıb və Azərbaycan universitetləri arasında birinci yerə layiq görülüb. Eləcə də, Mərkəzi və Şərqi Avropa universitetləri arasında 330-cu yerdə qərarlaşaraq, TOP-500-ə daxil olub. UNEC bütövlükdə Avropa universitetləri arasında 1231-ci yerə yüksəlib və ilk dəfə olaraq regionun TOP-1500-nə daxil olub.

Tədbirdə bildirilib ki, yeni tədris ilində UNEC-ə 3200-dən artıq tələbə qəbul olunub. Onların 103 nəfəri 600-dən çox bal toplayıb. Ən yüksək bal (680) toplayan tələbə, prezident təqaüdçüsü Jalə Rəhimova Maliyyə fakültəsinə qəbul olunub.

Çıxış edən fakültə dekanları tələbələrə yeni ixtisaslar barədə məlumat veriblər.

Tədbirin sonunda I kursa yüksək balla qəbul olunan tələbələrə tələbə biletləri təqdim olunub.

3451 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna