“Dövlət Bayrağı Günü” UNEC-də qeyd edilib

08 NOYABR 2016 | VIEWS:
2384

Noyabrın 8-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əmtəəşünaslıq fakültəsində professor-müəllim heyəti, tələbə və “Əhalinin Maariflənməsinə Mütəxəssislərin Dəstəyi” İctimai Birliyinin birgə təşəbbüsü ilə Bayraq Gününə həsr olunan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı tədbir keçirilib.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

“Əhalinin Maariflənməsinə Mütəxəssislərin Dəstəyi” İctimai Birliyin sədri, “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri, professor Əli Həsənov azərbaycançılıq ideyasının təşviqi məsələsinin hər zaman diqqətdə saxlanılması dövlətçiliyimizin qorunması istiqamətində əsas şərtlərdən biri olduğunu bildirib.

Birliyin rəyasət heyətinin üzvü Famil Gözəlov azərbaycançılıq ideyasının təşviqinə dair təşəbbüslər layihəsindən söz açaraq ölkədə bu səpkidə işlənən layihələrdən, istər dövlət, istərsə də qeyri-hökümət təşkilatlarının keçirdiyi tədbirlərdən və hökümətin bu sahədə olan hərtərəfli dəstəyindən danışdı.

Fakültə dekanı, dosent Tofiq Osmanov, birliyin rəyasət heyətinin üzvləri respublikanın sabiq baş naziri Rəhim Hüseynov, sabiq rabitə naziri Nadir Əhmədov, Bakı Dövlət Universitetinin professoru Əsədulla Qurbanov və əməkdar müəllim Səlim Əzimov müasir gənclərin Azərbaycanın milli atribut və rəmzlərinə dərin hörmət, milli vətənpərvərlik ruhunda tərbiyə olunması, Azərbaycan vətəndaşı adı ilə fəxr etmələri və dövlətçiliyimizin qorunması yolunda hər zaman hazır olmaları Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələrini uğurla inkişaf etdirən Prezident İlham Əliyevin bu istiqamətdə apardığı düşünülmüş və ardıcıl siyasətin təzahürü olduğunu bildiriblər.

Tələbələrdən Nərmin Həsənli, Səadət Bayramova, Aysel Məmmədxanova və Adil Əliəsgərov Azərbaycana həsr edilən şeirlər səsləndiriblər.

Sonda təhsildə və fakültənin ictimai həyatında uğur qazanan, azərbaycançılıq ideyasının təşviqində fəallığı ilə seçilən 5 tələbəyə “Əhalinin Maariflənməsinə Mütəxəssislərin Dəstəyi” İctimai Birliyinin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” diplomları təqdim olundu.

Bayraq Gününə həsr edilən növbəti tədbir isə Rus İqtisadiyyat Məktəbində təşkil edilib. UNEC-in Rus İqtisadiyyat məktəbinin direktoru, dosent Mənsur Bərxudarov Azərbaycan bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin “Bayraq Günü” kimi qeyd edilməsi barədə məlumat verib. Sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin Rus İqtisadiyyat Məktəbi üzrə sədri İmran Elçinoğlu bayrağın hər bir azərbaycanlının qürur mənbəyi olduğunu vurğulayıb. Üçrəngli bayrağın uca tutulmasını və daim ucalarda olmasının hər bir azərbaycanlının müqəddəs arzusu olduğunu dilə gətirib.

Tədbir iştirakçıları Azərbaycan bayrağının işğal altında olan ərazilərimizdə dalğalanacağı günün çox da uzaqda olmadığına inandıqlarını bildiriblər.

Sonda THİK-in Dövlət Bayrağı günü münasibəti ilə hazırladığı video çarx nümayiş etdirilib.

2385 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna