UNEC-də elmi seminar: “İqtisad elmi və iqtisadiyyat”

29 DEKABR 2017 | VIEWS:
1775

UNEC-də “İqtisad elmi və iqtisadiyyat” mövzusunda elmi seminar keçirilib.

“Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, professor Tofiq Quliyevin çıxış etdiyi elmi seminarda UNEC-in professor-müəllim heyəti iştirak edib.

İstər qlobal, istərsə də milli iqtisadiyyatın vaxtı çatmış iqtisadi, sosial, və idarəetmə problemlərinin iqtisad elmindən kənarda qaldığına diqqət çəkən professor iqtisad elmində sosiallıq, tənqidi realizm metodu və üslubun zəif olduğunu bildirib. O, iqtisadi nəzəriyyə, paradiqma və onların real iqtisadiyyatla əlaqəsinin təmin edilməsinin mühüm araşdırma tələb etdiyini vurğulayıb.

“İqtisad elminin imkanlarını zənginləşdirmək və genişləndirmək lazımdır” deyən T.Quliyev bu sahədə öz tövsiyələrini verib. Auditoriya qarşısında “iqtisadi bilik, yoxsa iqtisadi nəzəriyyə?” sualını qoyan professor iqtisadi riskin, qeyri-müəyyənliyin bazar iqtisadi modelinin atributu olması səbəblərini də açıqlayıb.

Seminar müzakirələrlə davam edib.

1776 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna