UNEC-də innovativ tədrisin növbəti mərhələsi – müasir kitabxana sistemi

08 FEVRAL 2018 | OXUNUB:
330

UNEC-də müasir standartlara cavab verən yeni kitabxana sisteminin fəaliyyətini təmin etmək məqsədilə universitetin nümayəndə heyəti Türkiyənin Sakarya Universitetinə ezam olunub.

Nümayəndə heyəti bir həftə ərzində Sakarya Universitetinin zəngin və innovativ kitabxana sistemi, inklüziv təhsildə kitabxana xidmətinin fəaliyyəti və tələbələrin resurslardan səmərəli istifadəsi üçün yaradılan imkanlarla tanış olacaqlar.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə kitabxanalar üçün yeni çağırışlar, ideyalar və tələblər müzakirə ediləcək, innovasiya və kreativ düşüncənin kitabxana sisteminə tətbiqi, yeni iş formalarından istifadə metodları araşdırılacaq. İnnovasiyaların müasir kitabxana və kitabxanaçıların qarşısında qoyduğu mühüm vəzifələr müəyyən ediləcək. Eyni zamanda hər iki universitetin kitabxanaları arasında gələcək əməkdaşlığın istiqamətləri müzakirə olunaraq, birgə layihələr hazırlanacaq.

331 2