UNEC-də keçirilən beynəlxalq konfrans ciddi nəticələrlə yadda qaldı

01 OKTYABR 2016 | VIEWS:
1602

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Beynəlxalq iqtisadi və inzibati perspektivlər: Yeni regional baxışlar” mövzusunda beynəlxalq konfransa yekun vurulub. UNEC və Türkiyənin Süleyman Dəmirəl Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilib.
Konfrans 12 ölkənin 54 universitetindən 187 nümayəndə heyətini bir araya gətirmək, universitetlər arasında əlaqələri daha da genişləndirmək, dünyanın müxtəlif ölkələrindən gələn alimlərlə, iqtisadçılarla fikir mübadiləsi aparmaq, münasibətləri dərinləşdirmək kimi müsbət nəticələr verib. Tədbir, regionun elmi müzakirə mərkəzinə çevrilən, beynəlxalq tədbirlərə ev sahibliyi edə bilən universitet statusuna malik UNEC-də tətbiq olunan yeniliklərin nüfuzlu ali məktəblərin nümayəndələrinə, elm adamlarına, iqtisadçılara çatdırılması baxımından da yüksək dəyərləndirilib.
Konfrans çərçivəsində UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında Erasmus+ mübadilə proqramı barədə müzakirələr aparılaraq, magistratura pilləsində ikili diplom razılaşması əldə edilib.
Həmçinin UNEC-lə Uludağ Universiteti arasında maliyyə ixtisası üzrə ikili magistr diplomuna dair danışıqlar aparılıb və ilkin razılıq əldə edilib.
Sakarya Universiteti ilə də turizm və otelçilik ixtisası üzrə ikili diplom proqramlarının həyata keçirilməsi planlaşdırılıb.
Tədbir çərçivəsində may ayında təşkil olunacaq digər beynəlxalq konfransın UNEC-də keçirilməsi də qərara alınıb.

1603 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna