UNEC-də təqdimat: “Model of United Nations”

21 OKTYABR 2016 | VIEWS:
2407

Oktyabr ayının 20-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisadiyyat Məktəbində Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi və Gənclər və İdman Nazirliyinin birgə layihəsi olan “Model of United Nations”-ın təqdimatı keçirilib.

Rus İqtisadiyyat Məktəbinin direktoru dos. Mənsur Bərxudarov UNEC-in beynəlxalq əlaqələrinin daima genişləndiyini bildirərək, MUN (Model United Nation) layihəsi çərçivəsində də UNEC-in ötən ildə ən fəal universitet olduğunu bildirib.

Tədbirdə bildirilib ki, MUN layihəsi gənclərə BMT-nin işləmə mexanizmini, problem və üstünlüklərini daha dərindən dərk etməyə, yerli və beynəlxalq səviyyədə simulyasiya oyunlarında öz diplomat, natiq, səfir, mediator vərdişlərini inkişaf etdirməyə, eyni zamanda Azərbaycan həqiqətlərini ən nüfuzlu meydançalardan səsləndirmək imkanı verir.

 

2408 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna