UNEC-də Nobel mükafatı laureatının kitabı tərcümə edilib

29 MAY 2017 | VIEWS:
2012

UNEC-də məşhur iqtisadçı alim, İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fridrix Hayekin “Pulun əks-milliləşdirilməsi: dəqiqləşdirilmiş arqument. Paralel Valyutalar Nəzəriyyəsi və Təcrübəsinin təhlili” kitabı Azərbaycan dilinə tərcümə edilib.

Tərcümənin elmi redaktoru UNEC rektoru, professor Ədalət Muradovdur. Kitab UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, i.f.d. Anar Rzayev tərəfindən ingilis dilindən tərcümə edilib.

Kitabda pulun mahiyyəti və ona nəzarət barədə analitik məlumalar, dərin tədqiqat nəticələri və mülahizələr qeyd edilib.

Professor F.A.Hayek yazdığı əsərdə hökumətin pul tədavülü üzərində inhisarçılığına diqqət çəkərək qeyd edir ki, birmənalı olaraq pul emissiyasının azadlığı yaradılmalıdır və o, digər əmtəələr kimi özəl emitetlər arasında rəqabət yolu ilə təchiz edilməlidir. Professor Hayekin apardığı tədqiqatlara əsaslanaraq nəticə onu bildirir ki, hökumətin pul inhisarının ləğvi son 60 ildə dünyanı təqib edən inflyasiya və deflyasiya tutmalarının qarşısını almaq üçün effektiv vasitədir. Bu vasitə həmçinin kapitalizmin ağır qüsuru kimi təqdim edilən depressiya və işsizlik dalğalarına qarşı təsirli çıxış yoludur.

Pul tədavülündə hökumət imtiyazların mənbəyi, pulun azad ticarəti, “Qreşem” qanunu, paralel valyutalar, dövlət maliyyəsi, rəqabət valyutası və tələb, azad bank fəaliyyəti və bu kimi digər əhəmiyyətli istqamətlərdə geniş təhlillərə kitabda yer verilib.

Elmi araşdırmalarla sübuta yetirilən, dəyərli fikirlərlə zəngin kitab UNEC ilə Böyük Britaniyanın İqtisadi Münsibətlər İnstitutu (İnstitute of Economic Affairs) arasında 7 iyun 2016-cı il tarixində bağlanmış müqavilə əsasında tərcümə edilib.

2013 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna