İyulun 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sahibkarlığın inkişafı” adlı təlim keçirilib. Təlim “İqtisadçı İdeyaların İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Təlim iştirakçıları beynəlxalq dərəcəli təlimçi Talıb Bayramovdan sahibkar düşüncəsinin fundamental əsasları və sahibsiz idarəetmə modeli barədə ətraflı məlumat alıblar.
Sonda təlim iştirakçılarına sertifikat verilib.