UNEC-də şeir müsabiqəsi keçirilib

13 DEKABR 2016 | OXUNUB:
1284

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan şeir müsabiqəsi keçirilib.

İqtisadiyyat fakültəsi və “Xarici dillər” kafedrasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Distant, qiyabi və əlavə təhsil mərkəzinin tələbələri də iştirak edib. Əvvəlcədən müəyyən edilən münsiflər heyətinə Azərbaycan Dövlət Pedaqoji Univeritetinin “Ədabiyyat” kafedrasının müdiri, “Qızıl qələm” mükafatının laureatı, professor Zahid Xəlil sədrlik edib.

Şeir müsabiqəsində tələbələr Zəlimxan Yaqubun  və öz  şeirlərini səsləndirərək  münsiflər tərəfindən qiymətləndirilib.

Sonda müsabiqənin qalibləri hədiyyələrlə təltif olunub.

1285 1