UNEC-də yeni fənlər üzrə təlim proqramlarına start verilib

24 İYUN 2021 | VIEWS:
422

UNEC-də 2020/2021-ci tədris ilindən başlayaraq, yeni tədris olunan ixtisaslar üzrə beynəlxalq sertifikasiya təlimləri keçirilir.

“Kommunikasiya sistemləri mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Kompüter elmləri” və “Qida mühəndisliyi”, “Sosial iş”, “Beynəlxalq ticarət və logistika” fənləri üzrə təşkil olunan təlimlər ABÇ, Rusiya, Türkiyə, İsveçrənin aparıcı universitetlərinin təlimçiləri tərəfindən aparılır.

Təlimin birinci proqramında UNEC-in 200 əməkdaşı iştirak edib. Təlim zamanı onlara yeni fənlərin tədrisində istifadə olunan, müasir tələblərə cavab verən sillabuslar, dərslklər, təqdimatlar təqdim olunub.

2021/2022-ci tədris ilinə hazırlıq məqsədilə 66 yeni fənn üzrə növbəti təlimlər isə hazırda davam edir. Təlimlərə Türkiyənin Hacettepe, İstanbul, Yıldız Texniki, İstinye, Okan, Ankara, Qazi, Karabük, İNÖNÜ, Necmettin Erbakan universitetlərindən, spesifik fənlər üzrə isə yerli təlimçilər dəvət edilib. Təlimçilər tərəfindən yeni fənlərin tədrisinin təşkili ilə bağlı beynəlxalq təcrübə ilə yanaşı, fənnin tədrisində istifadə edilən tədris materialları, təqdimatlar, test tapşırıqları da paylaşılır. Bəzi fənlər üzrə təlimlərə təlimçi ilə yanaşı, həmin sahə üzrə praktik təcrübələri daha çox olan mütəxəssislər də cəlb olunub. Təlimlərin sonunda iştirakçıların əldə etdikləri biliklər üzrə attestasiyası keçiriləcək. Attestasiyadan uğurla keçən iştirakçılar Türkiyənin Hacettepe, İstanbul, Yıldız Texniki universitetləri ilə yanaşı, UNEC-in müvəffəqiyyət sertifikatını da əldə edəcəklər.

Yeni fənlərin tədrisinin təşkili ilə yanaşı, professor-müəllim heyəti üçün tədris prosesində tədris materiallarının keyfiyyətinin yüksəldilməsi, interaktivliyin artırılması, kompetensiya əsaslı tədris vəsaitləri və təlim metodlarının hazırlanması, distant təhsildə tədrisin təşkili və metodik təminatı ilə bağlı da təlimlər təşkil olunub. UNEC-in təşkilatçılğı ilə keçirilən beynəlxalq təlimlərdə Mingəçevir, Sumqayıt və Lənkəran Dövlət universitetlərinin müəllimləri də iştirak ediblər.

Növbəti təlim proqramının 2021/2022-ci tədris ilinin yaz semestrində tədris olunacaq 81 yeni fənnin tədrisinin təşkilinə hazırlıq məqsədilə təşkil olunması nəzərdə tutulur. Təlim proqramları üzrə ABŞ, Türkiyə, Rusiya və Serbiyanın aparıcı universitetlərinin təlimçiləri tərəfindən keçiriləcək.

*

https://news.unec.edu.az/xeber/100-elm/7619-unec-de-yeni-fenler-uzre-beynelxalg-sertifikasiya-telimleri-kechirilir

423 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna