UNEC-də yeni təyinat

21 FEVRAL 2018 | VIEWS:
2301

UNEC-də Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə yeni təyinat olub.

Bu gün rektor, professor Ədalət Muradov yeni prorektoru UNEC-in kollektivinə təqdim edib.

Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Sakit Məmədi oğlu Yaqubov 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki UNEC) “statistika” ixtisası üzrə bitirib. 1980-ci ildə Moskva İqtisadi-Statistika İnstitutunda namizədlik, 1993-cü ildə isə həmin ali məktəbdə doktorluq dissertasiyalarını müdafiə edib. S.Yaqubov Azərbaycanda “Statistika” ixtisası üzrə yeganə elmlər doktorudur.

Professor Yaqubov UNEC-in “Statistika və ekonometrika” kafedrasının müdiri, eyni zamanda Elm və İnnovasiyalar Mərkəzinin direktorudur.

100-dən çox elmi əsərin müəllifidir.

2302 1