UNEC-dən məktəblilərə kitab sevinci

02 APREL 2018 | VIEWS:
2516

UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzi (DQƏTM) Beynəlxalq Uşaq Kitab gününü məktəblilərlə qeyd edib.

UNEC nəzdində fəaliyyət göstərən H.Mahmudbəyov adına 2 saylı texniki-humanitar elmlər liseyində olan UNEC nümayəndələri məktəblilərə 100-dən çox uşaq ədəbiyyatı nümunələri hədiyyə ediblər. DQƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev Beynəlxalq Uşaq Kitab Günü münasibətilə şagirdləri təbrik edib, onlara mütaliənin əhəmiyyətindən danışıb, bu alışqanlığa orta məktəb dövründən başlamağın vacibliyini vurğulayıb. Bildirib ki, mütaliə bacarığı onların daha savadlı və bilikli olması ilə yanaşı, qavrama, düşüncə və yaradıcılıq qabiliyyətini, o cümlədən həyat təcrübəsini də artırımış olur.

Şagirdlərə yaşatdığı sevincə görə UNEC kollektivinə təşəkkürünü bildirən liseyin direktoru Bəkir Mustafayev belə tədbirlərin şagirdlərdə kitaba marağı daha da artırdığını və onlarda stimul yaratdığını diqqətə çatdırıb.

Görüş kitab müzakirəsi ilə davam edib. Şagirdlər oxuduqları bədii ədəbiyyat nümunələri haqqında təəssüratlarını bölüşüblər.

2517 1