UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı

13 DEKABR 2019 | VIEWS:
664

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı,“İstedadlı Əlillər” İctimai Birliyinin dəstəyi ilə “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı keçirilib.

Konsertin məqsədi fiziki məhdudiyyətli insanların problemlərinə daha çox diqqət ayırmaq, onların hüquqlarını qorumaq və karyera inkişafına dəstək olmaqdır.

Tədbirdə UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev fiziki məhdudiyyətli şəxslərin sosial rifah halının yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası və ictimai həyatın bütün sahələrində fəal iştirak etməsinin ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu deyib. A.Rzayev UNEC-də yaradılan inklüziv təhsil mühitindən də söz açıb. UNEC-də 63 nəfər fiziki məhdudiyyətli tələbənin təhsil aldığını deyən A.Rzayev universitetdə onlar üçün müvafiq şəraitin yaradıldığını vurğulayıb.

Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin sədri Təranə Məmmədova isə tədbirin əhəmiyyətindən danışıb.

Sonra UNEC ilə Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, ictimai birlik tərəfindən UNEC müəllimləri üçün treninqlər təşkil olunacaq, fiziki məhdudiyyətli tələbələrə psixoloji və loqoped dəstəyi göstəriləcək.

Daha sonra fiziki məhdudiyyətli insanlar müxtəlif mahnı, instrumental musiqi və rəqslərdən ibarət ifalarını təqdim ediblər. “Qayğı” Əlilliyi Olan Uşaqlar üçün Reabilitasiya Mərkəzinin, “Birgə və sağlam” İctimai Birliyinin yetirmələri, DanceAbility-İnklüziv rəqs qrupunun nümayəndələri, “Evdə Təhsil” məktəbinin şagirdləri, eləcə də görmə məhdudiyyətlilər öz çıxışları ilə hər kəsin diqqətini çəkiblər.

http://news.unec.edu.az/xeber/105-telebe/5994-bold-red-unec-den-musigiden-ureklere-adli-inkluziv-konsert-programi-bold-red

665 5
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser